🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #27

1941-ci ildə Britaniya müharibədə tək qalmışdı. Polşa, Fransa və Avropanın böyük əksəriyyəti artıq Nazi qüvvələrinin əlinə keçmişdi. Elə bu dövrdə Winston Churchill İngiltərənin gələcəyini təyin etməyə başladı. 1941-ci ildə Yaponiyanın Pearl Harbora hücumundan sonra ABŞ da müharibəyə qoşuldu. Churchill həmin ildə Ottawada Kanada parlamentində çıxış edərək Kanada və müttəfiq ölkələrə köməklərinə görə öz təşəkkürünü çatdırdı. Churcill səfəri zamanı Yousuf Karshın onun portretini çəkməsi ilə bağlı tapşırıq aldığını bilmirdi. Çölə çıxan Churcill “Mənə niyə əvvəldən deyilməmişdi?” şəklində Türkiyə doğumlu Kanadıla fotoqrafa sual ünvanlayır. Daha sonra öz siqarını yandıraraq “İndi çəkə bilərsən” deyərək fotoqrafa şəklini çəkməsini söyləyir.

Winston Churchill. 1941

Karsh hazırlanarkən Churchill siqarını buraxmağı rədd edir. Hər şey hazır olduqdan sonra Karsh Baş nazirə doğru gedərək “Bağışlayın, cənab” deyib onun siqarını alır. Sonradan fotoqraf bunları qeyd edir: “Kameraya doğru gələndə o qədər əsəbi görünürdü ki, məni oradaca yeyə bilərdi. Həmin anda fotonu çəkdim.” Bundan sora Churchill gülümsəyərək fotoqrafa bir şəkil daha çəkə biləcəyini söyləmiş və “Fotosunun çəkilməsi üçün kükrəyən şiri belə hərəkətsiz buraxa bilərsiniz demişdi.”

Karshın çəkdiyi bu şəkil tarixdə yayğın şəkildə çoxalan görüntülərdən biri və siyasi portret sənətində bir dönüm nöqtəsi idi. Müasir dövrümüzdə liderlərin hətta tənqidi obrazlarının yaradılmasına səbəb olan şəkil Churchillin LİFE jurnalının üz qabığında da yer alan bu rəsmidir.

What's your reaction?

Excellent
0
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0
Azimoff
Academic researcher, writer, blogger

Comments are closed.

0 %