🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #25

Bir zamanlar dirijabllar var-dövlət və gücü ifadə edən görkəmli hava gəmiləri və lüks nəhənglər idilər. XX əsrin 40-cı illərinə qədər səmanın fatehləri məhz onlar sayılırdılar. Bu hava gəmilərinin gəlişi o dövrdə əhəmiyyətli xəbər sayılırdı. Ona görə də 6 may 1937-ci il tarixində Nyu-Cersidəki “Lakehurst” hərbi hava bazası ərazisində “International News Photos” xidmətinin nümayəndəsi Sem Şir havanın yağışlı olmasına baxmayaraq “Hindenburq” dirijablının gəlişini səbrlə gözləyirdi.

6 may saat 19:00 radələrində minlərlə insanın və çoxsaylı media nümayəndələrinin baxışları altında “Hindenburq” bazaya doğru yaxınlaşırdı. Onu qarşılayanlar arasında hətta hərbi orkestr də vardı. ABŞ rəhbər qurumları bu nəhəng “qonağı” ona layiq şəkildə salamlamaq istəyirdilər. Dirijabl artıq enmək üzrə olduqda qəfildən hidrogen yanacağı alışdı və dəhşətli parlaq sarı alov gəminin tamamilə yanmasına, 36 insanın ölməsinə səbəb oldu.

“Hindenburq Faciəsi” (The Hindenburg Disaster), 1937

Sem Şir bir anda baş verən faciəni lentə alan 30-a yaxın jurnalist və fotoqrafdan biri idi. Ancaq dünyanın hər yerindəki qəzet və jurnalların 1-ci səhifəsində, “Life” jurnalında, hətta 30 ildən sonra “Led Zeppelin” qrupunun albomunun üz qabığında təsvir olunan Şirin yaxın planda çəkmiş olduğu, dəhşətli möhtəşəmliyi ilə seçilən görüntüdür.

Qəza dirijabllar əsrinin sona çatmasına öz güclü təsirini göstərdi. Sem Şirin çəkdiyi fotoşəkil isə insan səhvinin necə ölümə və fəlakətə yol açdığını göstərən bir xatırladıcı kimi öz varlığını davam etdirir.

Bu faciədə demək olar ki, Sem Şirin çəkdiyi fotoşəkil qədər məşhur bir səs də var. Çikaqo radiosunun spikeri Herbert Morrisonun yanan gəmidən özlərini yerə atan insanları izləyərkən ağlayan və kədərli səsi: “Aman Tanrım, o yanır! Bu, dəhşətlidir… Dünyadakı ən pis fəlakətlərdən biridir… Ah, bəşəriyyət!”

What's your reaction?

Excellent
0
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0
Azimoff
Academic researcher, writer, blogger

    You may also like

    Comments are closed.