🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #26

XX əsrin 30-cu illərində Avropada yayılan imperialist tələblər artıq Asiyaya da sıçramışdı. Amerikalılar həmişə olduğu kimi yenə də bütün münaqişələrdən uzaq durmağa çalışırdılar. Ancaq Yaponiya ordusu 1937-ci ilin yayında Şanxaya doğru irəlilədikcə bu fikir dəyişməyə başladı. Avqust ayında döyüşlər başladı. Aramsız atəş və bombalama küçələrdə kütləvi çaxnaşmaya və ölümə səbəb oldu. Digər ölkələrin liderləri münaqişə qurbanlarını 28 Avqust Yapon bombardmançılarının hücumunun nəticələrini görənə qədər vecinə almadılar. Newsreel ləqəbli H.S. Wong Şanxaydakı dağıdılmış Cənubi Stansiyaya gəlib baş verənlərin fotosunu “ayaqqabılarım qana batdı” şərhi ilə çəkmişdi.

“Qanlı Şənbə” (Bloody Saturday), 1937

Dağıntıların ortasında Wong anası yaxınlıqdakı relslərdə ölü vəziyyətdə olan bir ağlayan Çin körpəsini gördü. Çəkilişlərini sürətləndirən Wong daha sonra körpəni təhlükəsiz yerə aparmaq üçün qaçdığını söylədi, ancaq körpənin atası artıq onu oradan aparmışdı. Wongun yaralı, çarəsiz körpəni şəkdiyi şəkli New York şəhərinə göndərildi və kinostudiyalarda, qəzetlərdə, jurnallarda yer aldı. Bu şəkil o zaman ən geniş auditoriyaya sahib idi – 136 milyondan çox insan tərəfindən izlənilən şəkil dünyaya səs gətirmişdi. Bir çoxları üçün körpənin ağrısı Çinin acınacaqlı vəziyyətini və Yaponiyanın qan tökməsini təmsil edirdi. Beləliklə, Qanlı Şənbə adlandırılan foto bütün zamanların ən güclü xəbər fotolarından birinə çevrildi. Onun yayılması bir görüntünün rəsmi və ictimai rəyi sarsıtmaq üçün böyük təsirə malik olduğunu ortaya çıxarır. Wongun fotosu ABŞ, İngiltərə və Fransanın hücuma rəsmi etiraz etməsinə səbəb oldu və Qərbin istiqamətini buraya yönəldərək İkinci Dünya müharibəsinə doğru aparmağa başladı.

What's your reaction?

Excellent
0
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0
Azimoff
Academic researcher, writer, blogger

Comments are closed.

0 %