🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #28

Polyak əsilli Dmitri Baltermants riyaziyyat müəllimi olmağı arzulasa da, fotoqrafiyaya vurulması bütün planlarını dəyişir və o, fotoqraf olur. İkinci Dünya müharibəsi başladığı zaman Dmitriyə Sovet İttifaqının “İzvestiya” qəzetindəki rəhbərlərindən belə bir zəng gəlir: “Hərbi qüvvələrimiz sabah sərhədi keçir. Qərbi Ukraynanın ilhaqını lentə almağa hazır olun!”

Həmin vaxtlarda Sovet İttifaqı Nasist Almaniyasını özünün müttəfiqi hesab edirdi. Ancaq faşistlərin öz yoldaşlarından üz döndərməsi və Sovet İttifaqını işğal etməyə başlaması Baltermantsın da tapşırığını dəyişdirir. Beləliklə, fotoqraf Böyük Vətən müharibəsinə aid fotoşəkillər çəkməyə başlayır. Onun çəkdiyi fotoşəkillər döyüşlərin olmadığı zamanlarda sakitlikdən ləzzət alan hərbi qüvvələrdən tutmuş, ölü bədənlərlə örtülmüş yolların görüntülərinə qədər qorxunc anları əhatə edirdi.

1942-ci ilin yanvarında o, iki ay əvvəl nasistlərin ölüm dəstələrinin qəsəbədəki 7000 yəhudini topladığı, Krımın yeni azad edilmiş Kerç şəhərində idi. Sonralar Baltermants “Bütün ailələri: qadınları, qocaları, uşaqları – hamını bir tankdan müdafiə olunmaq üçün nəzərdə tutulan xəndəyə doldurdular və güllələdilər”, – deyə xatırlayırdı.

Fotoqraf Kerçdə cəsədlə dolu bir tarlaya gəlib çıxır. Burada qoca və gənclərin yərdə uzanan cansız bədənləri yalvarmalarının son anlarında eləcə donaraq qaldığını görür. Ətrafda toplaşan qəsəbə sakinlərinin bəziləri qollarını geniş açaraq fəryad edirdi. Digərlərinin isə kədərin şokundan çiyinləri bükülmüşdü. Payına düşəndən daha çox ölüm görən Baltermants şahidi olduğu görüntüləri lentə alır.

“Dərd” (Grief), 1942

Buna baxmayaraq Sovet İttifaqı ərazisində nasistlər tərəfindən törədilən bu cinayət görüntüləri ölkə liderləri üçün yolverilməz idi. Onlar xalqın gördüyü bu zülmü nümayiş etdirmək istəmirdilər. Beləliklə, Dmitri Baltermantsın çəkdiyi bir çox fotoşəkil kimi bu görüntüyə də senzura tətbiq olunur. Yalnız 1960-cı illərdə rus torpaqlarında liberalizm əlamətləri görünməyə başladıqdan sonra bu fotoşəkil nümayiş etdirilir və rusların gördükləri böyük müharibələrin kollektiv xatirəsinin bir simvoluna çevrilir.

Baltermants bu haqda deyirdi: “İşinizi əlinizdən gələn ən yaxşı şəkildə görün. Mütləq bir gün o, gün üzünə çıxacaq”.

What's your reaction?

Excellent
0
image/svg+xml Happy
0
In Love
0
Wow
0
Funny
0
Azimoff
Academic researcher, writer, blogger

    You may also like

    Comments are closed.