🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #29

Gordon Parks 1942-ci ildə Vaşinqtona gələnə qədər ciddi irqçiliklə üzləşməmişdi. LİFE jurnalının ilk Afro-amerikalı fotoqrafı olacaq Parks, bura gələndə sözün əsl mənasında şok yaşamışdı.

Amerikalı Qotik (American Gothic), 1942

O deyirdi: “Ağ restoranlar məni arxa qapıdan içəri buraxır. Teatrlar isə ümumiyyətlə qəbul etmir.” Bütün təhdid və hədələrə rəğmən, Parks Amerikada yaşayan və bu cür irqçiliyə məruz qalan Afrikalıları axtarmağa başladı və Ella Watsonla qarşılaşdı. Ella həyatındakı mübarizliyindən, linç dəstələri tərəfindən qətlə yetirilən atasından və güllələnmiş ərindən bəhs etdi. Müsahibə zamanı o Ellanın çəkillərini çəkərək 1930-cu ilə yağlı boya ilə çəkilən ikonik Amerikalı Qotik obrazını yaratdı. “Azadlıqlar ölkəsi”ndəki bərabərsizliyə xüsusilə vurğulayaraq Afrikalı Amerikalılara qarşı irqçiliyi bütün ictimaiyyətə çatdırdı və bu obraz Amerikadakı həyatı simvolizə etdi. “Kameranın etdiyi irqçiliyin bütün pisliklərini ortaya çıxarmaqdır” deyən Parks daha sonra irqçiliyin altında əziyyət çəkən insanları göstərirdi.

Azimoff
Academic researcher, writer, blogger

Comments are closed.

0 %