🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #7

“Hərəkət edən at” (The Horse in Motion), 1878

Bir at dördnala qaçdıqda tamamilə havada uçurmu? Bu, 1878-ci ildə Edvard Maybrici düşündürən sual idi. Dəmiryol maqnatı və keçmiş Kaliforniya meri Lelan Stenford bu sualın cavabının “hə” olduğuna inanmış və cavabı sübut etməyi Edvard Maybricə tapşırmışdı. Maybric sualın cavabını tapmaq üçün saniyədən də qısa zaman kəsiyində fotoşəkil çəkmənin üsulunu tapır və şahid jurnalistlərin iştirakı ilə Stenforda məxsus sahədə təyin edilmiş marşrut üzrə 12 kamera yerləşdirir.


Təcrübənin mahiyyəti ondan ibarət idi ki, qaçmağa başlayan at marşrut üzrə kameraların önündən sürətlə keçərkən onlara bağlı olan tellərə ilişir, beləliklə, ard-arda 12 fotoşəkil çəkilir. Maybric çəkdiyi görüntüləri sıra ilə bir araya gətirdikdə məlum oldu ki, sürətlə hərəkət edən at addımlarını atarkən qısa bir zaman ərzində onun bütün ayaqları yuxarı doğru yığılmış vəziyyətdə olur. Beləliklə, sualın cavabının “hə” olduğu təsdiq olundu. Adi gözlə yox, ancaq fotoşəkillərlə görülə bilən bu hal bir şeyi sübut etdi: texnologiya vasitəsilə həqiqət ortaya çıxarıla bilər.

Maybricin yaratdığı stop-motion texnikası cəmi 10 il sonra ortaya çıxacaq kino sənayesinin əsasının qoyulmasına köməkçi olmaqla yanaşı, həm də ilkin animasiya forması idi.

Azimoff
Academic researcher, writer, blogger

Comments are closed.

0 %