🎞 Images of All time

“Bütün ZAMAN-ların ən təsirli 100 fotoşəkli” #31

Şəkildə gördüyünüz əlləri havada olan bu uşağın şəkli bütün zamanların ən təsirli 100 fotoşəklindən biri hesab olunur. O,  Nazilər tərəfindən Varşavada yerləşən nazi düşərgələrinin birində dustaq saxlanılan və böyük əziyyətlərə düçar olan yarım milyon yəhudidən biri idi.

Bütün zamanların 100 ən təsirli fotoşəkli

Yəhudi oğlan Varşavada təslim olur | 1943

1942-ci ilin iyul ayından Alman işğalçı qüvvələr hər gün 5000 Varşava sakinini nazi düşərgələrinə göndərməyə başladılar. Tələfat xəbərləri artdıqca getto sakinləri mübarizə qrupu yaratdılar. Qrupun gənc lideri Mordecai Anielewicz öz qeydlərində bu barədə belə yazırdı: “Biz özümüzü taleyi faciəli yəhudi olaraq görürdük. Çünki bizim vaxtımız ümid və xilasedilmə işarəsi olmadan gəmişdi.”

Onun bəhs etdiyi vaxt 1943-cü il aprelin 19-u idi. Həmin gün Nazi qüvvələri geridə qalmış yəhudiləri də düşərgələrə aparmağa gəlmişdilər. Qrupun tərkibində seyrək şəkilə formalaşan partizan qüvvələr nazi almanlarına qarşı müqavimət göstərdilər, lakin qüvvələr nisbəti nazi almanlarının xeyrinə olduğu üçün partizan dəstələri alman tankları və odlu silahları tərəfindən məhv ediıdi. Üsyan başa çatdıqda isə həyatda qalan 56000 insan toplu edam və ya konsentrasiya düşərgələrinə sürgün edilmək təhlükəsi ilə üzləşdi.

General-mayor Jürgen Stroop gettolardakı cinayətləri ilə o qədər fəxr edirdi ki, bunun şərəfinə dəridən hazırlanmış 75 səhifəlik albomda əldə etdiyi qənimətləri, gündəlik cinayət statistikasını və qətlə yetirilmiş insanların şəkillərini göstərmişdi – aşağıdakı əlləri yuxarı olan uşağın şəkili də məhz onlardan biridir. Sonralar bu albon nazi almanlarının cinayətlərini sübut etmək üçün vasitə kimi istifadə olundu. Nuremburg müharibəsindən sonra bu albom general əleyhinə ciddi sübut kimi göstərildi və nəticədə 1951-ci ildə düşərgələrin birində asılaraq öldürüldü. Kimliyi məlum olmayan bu uşağın fotosu Nazi almanları tərəfindən qətlə yetirilən yəhudilərin üzünü də təmsil edir.

Azimoff
Academic researcher, writer, blogger

Comments are closed.

0 %