Haqqımızda

📌 Uzun müddətdir ki, platformalarımızı izləyən izləyicilərimizə bacardığımız qədər yeni və faydalı məlumatlar çatdırmağa çalışırıq. Ümid edirik ki, bu istəyimizə nail ola bilirik. Bizim bu qədər araşdırma edib, yayımlamağımızdakı ən böyük motivasiya sizə faydalı ola bilməkdir.

🔭 Bildiklərimiz okeanda damla kimidir, amma bildiklərimizi bölüşməyin Sizə faydalı olacağına ümid edirik. Science Arc platformasındakı yazıların əksəriyyəti yaşadığımız təcrübələrin təzahürü, elmi məqalələr isə bu günə qədər araşdırdığımız və öyrəndiyimiz məlumatların aynası olacaq. Ümid edirik ki, məqalələr yararlı olur və bəyənərək başqaları ilə də bölüşürsünüz.

🔍 Qısaca olaraq Science Arc bloqunda aşağıdakı kateqoriyalar üzrə məqalələr yayımlanır:

🔬Elmi məqalələr
📍 Xaricdə təhsil və karyera
📡Texnoloji şərhlər
⏳Maraqlı faktlar
🔭Səmərəlilik və produktivlik

🌏 Saytda yerləşdirilən bütün məqalələr kateqoriyalaşdırılmışdır. Saytın yuxarı hissəsində bu kateqoriyalara keçid edə bilərsiniz. Axtarış bölməsində isə sizə lazım olan sözü yazmaqla mövcud yazılar içində istədiyiniz məlumatı əldə edə bilərsiniz. Saytın sağındakı bölmədə ən çox oxunan məqalələr, yazı arxivi və sosial şəbəkə səhifələrimizin keçidi yerləşdirilib. Saytın menyularının ingiliscə olmasının səbəbi qlobal fəaliyyətimiz və ingiliscə də yayımlanacaq yazıların xarici dostlarımıza asanlıqla çatmasıdır. Əgər bütün bunlara hər hansı təklif və ya iradınız olarsa, bizə bildirməkdən çəkinməyin. Bizimlə əlaqə qurmaq üçün info@sciencearc.comünvanına email göndərə bilərsiniz. Həmçinin Facebook və Instagram səhifəmizi də izləməyi unutmayın 😇🙂😉

❓Saytda yayımlanan məqalələr həm yazarların öz araşdırmaları, həm də müxtəlif mənbələrdə qarşımıza çıxan maraqlı kontentlərin tərcüməsi olacaq. Düşünürük ki, Azərbaycan dilində keyfiyyətli və lazımlı kontentlərin sayı çox azdır. Bu baxımdan hər hansı mövzu ilə bağlı araşdırma apardıqda, Azərbaycan dilindəki məlumatların azlığına görə digər dillərdə olan mənbələrə üz tuturuq. Bu bloq ilə bu məqalələrin bir qismini əlçatan etmək istəyirik. Hər məqalənin sonunda teqlərdən istifadə olunur, beləliklə həmin teqlər üzrə uyğun digər yazılara da keçid edib oxuya bilərsiniz.

💡Science Arc könüllülük əsasında müstəqil fəaliyyət göstərən media qurumudur. 2014-cü ildən fəaliyyətdə olan platformada indiyə qədər minlərlə unikal məlumat izləyicilərə çatdırılmışdır. Sizin də yazar kimi bacarıqlarınız varsa və komandamıza qoşulmaq istəyirsinizsə, özünüz haqqında məlumat və məqalələrinizi info@sciencearc.com e-mail ünvanına göndərə bilərsiniz.

Xoş oxumalar! 🤓

Back to top button