SəmərəlilikYouTube

Sürətli oxumağın yolları: Metodlar və vərdişlər

Sürətli oxumağın yolları haqqında müxtəlif metodlar və vərdişlər var. Jordan Harri deyir ki, bir neçə pis vərdişi aşkar edib dəyişdirərək, detalları gözdən qaçırmadan oxuma sürətinizi asanlıqla artıra bilərsiniz. Bu vərdişləri tətbiq edərək və öyrəndiyi digər qısa yollardan istifadə edərək (TEDx söhbətində paylaşdığı), Harri indi gündə bir kitab oxuyur. Məlumat dolu dünyamızda özümüzü inkişaf etdirmək üçün sürətli oxuma kritik bir bacarıqdır. O, hər kəsin daha sürətli oxumasına kömək edəcək 3 metodu paylaşır.

Harri bizi yavaşladan üç vərdişi müəyyən etmişdir. Bir çoxumuz həmin vərdişlərə sahibik. Ancaq, onları tanıdığımız zaman onların öhdəsindən gələ bilərik. O deyir: “Pis oxucu yoxdur, yalnız pis oxuma vərdişləri var. Oxuma sürətinizə hansı vərdişlərin maneə törətdiyini bildiyinizdə daha sürətli oxumaq çox daha asandır.”

Sizin üçün hazırladığımız videonu buradan izləyin

Kitab və məqalələri sürətli oxumağın yolları: Ekspert metodları və vərdişləri

Subvokalizasiya

İlk pis oxumaq vərdişi subvokalizasiyadır. “Oxuduğunuz zaman tez-tez istifadə etdiyiniz başınızdakı o daxili səsdir. Kiçik yaşlarımızdan bir çoxumuza ucadan oxumaq öyrədilir və yaş irəlilədikcə başımızın içində oxuyuruq”. Çox vaxt bunu etdiyimizdən xəbərimiz olmaya bilər.

Niyə bu problemdir? İnsanların danışma sürəti dəqiqədə 100-160 söz olduğu üçün oxuma sürətimiz əziyyət çəkir. “Daha sürətli oxumaq istəyiriksə, sözləri eşitmək yox, görməyə çalışmalıyıq” deyir Harry.

Bu vərdişi necə dəyişdirmək olar. Harrinin bir tövsiyyəsi, oxuyarkən dilinizin ucunu damağınıza basmaqdır. Bu sizin qeyri-ixtiyari olaraq ağzınızı açmağınızın qarşısını alacaq və beyninizi də fərqli istiqamətdə yönləndirəcək.

Oxuyarkən klassik və ya instrumental musiqi dinləməyə cəhd edə bilərsiniz. Bu, yüksək səslə oxuduğunuz zaman daxili səsinizi söndürməyə kömək edə bilər.

Geriyə dönməyin

İkinci pis oxumaq vərdişi geriyə dönmədir. Harriyə görə, bir vərdiş bir səhifənin sonuna və ya bir məqalənin yarısına çatanda oxuduqlarınızı qəbul etmədiyinizi başa düşməyinizdir. Və ya müəyyən bir obraz və ya terminlə rastlaşırsan və heç cür xatırlaya bilmirsən. Geri dönmək və hər şeyi yenidən başlamaq məcburiyyətində qalırsınız. Bu təkrar-təkrar baş verə bilər. Harri bunun səbəbinin oxuduqlarınızı anlamamaq ilə bağlı deyil, fikrinizin yayınması ilə əlaqədar olduğunu söyləyir. Səylə oxuduğumuzu düşünsək də, diqqətimiz yayınır

Bu vərdişi necə dəyişdirmək olar: Oxuduqlarınıza olan marağınızı yenidən canlandırmaqla başlaya bilərsiniz. “Diqqətimiz yayındıqda, bunun səbəbi passiv olmağımızdır. Maraqlı olmalıyıq “. Aktiv şəkildə maraqlanın – “Bu nə deməkdir?” və “Bu kimdir?” Harri tərəfindən tövsiyə edilən digər suallar “Nə axtarıram?” və “Hansı əsas sözləri və rəqəmləri tapmalıyam?” Hər bir neçə dəqiqədən bir yoxlaya və özünüzdən soruşa bilərsiniz: “İndiyə qədər nə öyrəndim?”.

Digər bir strategiya olduğunuz mühitlə əlaqəlidir – oxuduğunuz zaman diqqəti cəmləməyinizə imkan verən ətrafı mühitin mövcud olduğu yeri seçin. Bəzi insanlar üçün bu, kitabxanaya bənzər bir səssizliyin olduğu yerlər ola bilər. Ancaq bu sizin üçün keçərli deyilsə, başqalarının çalışdığı bir coffee shop-u sınamaq olar. 

Fiksasiya

Üçüncü pis oxumaq vərdişi fiksasiyadır. Bizlər kitab oxuyarkən bəzən gözlərimizi bir yerə zilləyərək və ya çox hərəkət etdirmədən bunu edirik ki, bu da sürətimizə mane olur.

Bu vərdişi necə dəyişdirmək olar: Harri, cümlələri oxuduğunuz zaman onlara işarə edən gözlərinizi hərəkət etməyə sövq edəcək bir şeydən istifadə etməyi təklif edir. Barmağınız, qələm, hətta kursorunuz da ola bilər. Bunun iki əsas faydası var –  “Birincisi, oxuma sürətimizin azalmasına imkan vermir. Çox vaxt oxuyanda, nə qədər sürətli və ya yavaş oxuduğumuzu çox gec başa düşürük. İkincisi, gözlərimizi daha sürətli oxumağa təşviq edir, çünki sürətlə oxumaq məcburiyyətində oluruq. “

Sürətli oxumağın yolları: Mütəxəssislərin metodları

Jim Kwik (yaddaşın yaxşılaşdırılması, beyin performansı və sürətli öyrənmə sahəsində tanınmış mütəxəssis) sürətinizi daha da artırmaq üçün bu metodu sınamağınızı istəyir. Bunun üçün oxunması asan bir mətnə, qələmə və saata ehtiyacınız olacaq:

  1. Özünüzə 4 dəqiqə vaxt təyin edərək rahat bir şəkildə oxuyun (barmağınızın ucu ilə izləyərək). Vaxt tamam olan kimi qaldığınız yeri işarələyin. Bu sizin “finiş xəttiniz” olacaq. 
  2. İndi 3 dəqiqə vaxt təyin edin. Buradakı məqsəd vaxt tamam olmadan həmin finiş xəttinə çatmaqdır. 
  3. Vaxtı 2 dəqiqə təyin edin. Oxuduqlarınızı anlayıb-anlamamağınız haqqında düşünməyin. 2 dəqiqə ərzində finiş xəttinə çatmağa çalışın. 
  4. Sonuncu mərhələdə taymeri 1 dəqiqəyə təyin edin. Finiş xəttinə bir dəqiqədə çatmaq üçün əlinizdən gələni edin. Heç bir sətri atlamayın.
  5. İndi nəfəs alın. Taymeri 2 dəqiqəyə təyin edin. Yeni bir mətn oxumaq üçün finiş xəttinizdən başlayın. Rahat bir şəkildə bu dəfə oxuduqlarınzı anlayaraq oxuyun. Bu vaxt ərzində oxuduğunuz sətirlərin sayını qeyd edin, hər sətirdəki sözlərin sayına vurun və sonra bu rəqəmi ikiyə bölün. Bu, yeni oxuma sürətinizdir. 

Bu məşqi etməklə oxu sürətinizin artdığını görəcəksiniz. Burada bir bənzətmə var: Əgər avtomobil yolunda saatda 110 km sürətlə hərəkət edirsinizsə və sonra yüngül tıxac səbəbindən sürətinizi saatda 90 km-ə qədər aşağı salırsınızsa, bir az fərq hiss edəcəksiniz. Bunun səbəbi, daha yüksək sürətlə maşın sürməyə öyrəşdiyinizdir. Ancaq əslində çox yavaş getmirsiniz, çünki hamısı bir-birinə görə nisbidir.

Eyni prinsip oxumaq üçün də keçərlidir. Özünüzü alışdığınızdan iki və ya üç qat daha sürətli oxumağa məcbur etsəniz, nəhayət oxuma sürətinizi rahat bir sürətə endirdiyiniz zaman orijinal sürətiniz yavaş hiss etdirir.

Bu 4 dəqiqəlik məşqi gündə ən azı bir dəfə məmnun və razı qaldığınız bir səviyyəyə çatana qədər tətbiq etməlisiniz. Oxumağınızı əvvəldən planlaşdırın. Mütəmadi olaraq oxumalısınız, əks halda oxuma əzələləriniz zəifləyəcək.

Periferik Vizyonunuzu genişləndirin

Periferik görmə qabiliyyətiniz, gözlərinizin bir baxışda görə biləcəyi hərflərdən və ya sözlərdən ibarətdir. Periferik görmə qabiliyyətinizi artıraraq bir anda daha çox söz görə və anlaya biləcəksiniz. Əksər insanlar bir baxışda yalnız bir söz oxumağı bacarır. Amma əslində bundan artıq oxumağa qadirsiniz.

Sizə maraqlı ola biləcək yazı: Zaman idarəetməsi və səmərəlilik: 7 əsas metod

İnsanların oxuma sürətinin məhdud olmasının səbəblərindən biri də hər dəfə bir söz oxumasıdır. Məsələn, dəniz sözünü Xəzər sonuna qoysanız, Xəzər dənizi əldə etmiş oluruq. Bu iki sözün fərqli mənaları var, ancaq zehniniz onları bir vahid olaraq görür. Zehniniz bu iki sözü bir yerdə görməyə qadir olduğu kimi, eyni zamanda söz qruplarını da görmə qabiliyyətinə malikdir. Bunu etməklə oxu sürətinizi daha da qaldıracaqsınız. Hərfləri ayrılıqda deyil, tək sözü gördüyünüz kimi, bacarıqlı oxucular ayrı-ayrı sözləri deyil, söz qruplarını görürlər.

Qeyd etdiyimiz üsullardan istifadə edərək subvokalizasiya çətinliyiniz azalacaq. Daha sürətli oxuma təbii olaraq sözləri başınızın içində söyləməyi çətinləşdirir. Müəyyən bir mərhələni keçdiyiniz zaman (dəqiqədə təxminən 300 ilə 350 söz), bütün sözləri subvokalizə etmək sadəcə mümkünsüz olacaq. Bu mərhələdə, beyniniz sözləri səsləndirməkdən daha çox onları şəkil olaraq görməyə başlayacaq. Kitab oxumaq daha çox film izləmək kimi olacaq.

Oxşar yazılar

Back to top button