Productivity

Kensho və Satori: Ağrı və Düşüncə ilə böyümək arasındakı fərq

Kensho (見 性) Zen ənənələrindən olan bir yapon terminidir. Ken “görmək”, shō “təbiət, mahiyyət” mənasına gəlib, “birinin (həqiqi) təbiətini görmək” kimi tərcümə olunur.

Həyatda ağrı-acı və ya düşüncə ilə böyüməyi seçə bilərsiniz. “Ağrı və ya düşüncə”. Çox sadə səslənir, amma hər iki element bizim fərd olaraq formalaşmağımızda müstəsna rol oynayırlar. Bu məqaləni oxuduğunuzda diqqət yetirin və özünüzdən soruşun ki, son bir neçə ayda Kensho və ya Satori tərəfindən inkişaf etmisinizmi?

Kensho ağrı-acılarla böyüməkdir, ağrılar həyatımıza daxil olanda bizi dəyişməyə təşviq edirlər, yara aydınlığın sizə daxil olduğu yer olur. Kensho üçün müxtəlif nümunələr vermək olar.

Bir biznesə başlayırsınız, amma uğursuz olur və çoxlu pul itirirsiniz. Ağrılıdır, ancaq səhvlərinizə baxırsınız və yenidən cəhd etmək istədikdə növbəti dəfə nə edəcəyinizi və nə etməməyinizi öyrənəcəksiniz.

İşdə son dərəcə iddialı ola bilərsiniz, amma stres öz təsirini göstərir və xəstələnirsiniz. Ağrılıdır, ancaq sağaldıqdan sonra sağlamlığınıza daha yaxşı qulluq etmək üçün lazım olduğunu anlayırsınız.

Romantik münasibətdə olursunuz, amma sona çatır, ayrılırsınız. Ağrılıdır, amma təcrübə qəlbinizi daha dözümlü edir və uyğun insanı sevməyi və özünüzü daha çox qiymətləndirməyi öyrənəcəksiniz.

İndi kim olduğunuzu düşünsəniz, üç il əvvəl olduğunuzdan tamamilə fərqli bir insan olduğunuzu görərsiniz. Bu kensho anlarının zamanla kiçik və incə təsirlərinin sizin üzərinizdəki nəticəsindədir.

Böyüməyin ikinci yolu daha zövqlüdür, lakin həyatımızda daha az-az baş verir.

Kenshō termini tez-tez satoru feilindən yaranan Satori ilə birlikdə istifadə olunur və “anlama; başa düşmə” mənasını verir.

Satori həyatımızdakı ani oyanışlardır, düşünməklə formalaşır və sanki təsadüfi olaraq qarşımıza çıxır.

Satori və Kensho anlarının qrafik üzərində təsviri

Bu anlar şəxsi-inkişaf proqramından götürdüyünüz bir fikirdir, seminardan qazandığınız məlumatdır, kitabdan və ya təfəkkürdən əldə edə biləcəyiniz müdriklik formasıdır.

Satori konsepti bizə şəxsi inkişafımızın nə qədər vacib olduğunu anlamağa vadar edir. Bəli satori anları nadir hallarda olur, ancaq şəxsi inkişafımıza diqqət yetirməklə özümüzü ən yaxşı vəziyyətə gətiririk və həyatmızı daha maraqlı edirik.

Digər tərəfdən Kensho konsepti bizə həyatdakı ağrılı anları tamamilə fərqli bir rakursdan izləməyə və yaşamağa vadar edir, ağrılar artıq bizi zəiflədəcək bir şey olmur. Bunun əvəzinə ağrı bizim üçün yeni bir böyümənin zirvəsində olduğumuzun göstəricisinə çevrilir.

Beləliklə, növbəti dəfə hamımızın həyatında olduğu kimi ağrılı anlar yaşayanda bu sualı özünüzə verin

“Bundan nə öyrəndim və necə böyüyə bilərəm?”

Bunu etdikdən sonra ağrının sizi həyatda növbəti addımı atmağa yönəldən həyat yolundan başqa bir şey olmadığını daha tez başa düşəcəksiniz.

Back to top button