Elm

Backster Effekti – Bitkilərin hissləri

📌 1966-cı ildə Amerikanın tanınmış yalan maşın mütəxəssisi Cleve Backster təlimlər keçir və poliqrafdan istifadə qaydalarını öyrədirdi. Bir gün sırf əyləncə olsun deyə yalan maşınlarının elektrodlarını tropik bitkilərin böyük yarpaqlarına bağladı. Yalan maşınları qorxu, sevinc, təəccüb kimi halların elektrik dəyişikliklərini ölçdüyünə görə Backster düşünürdü ki, bəlkə bitkilər onlara su verildikdə sevinirlər.

☘️ Bitkiyə su verəndə galvanometr aşağıya doğru ziqzaq çəkərək endi. Halbuki Backster yuxarıya doğru hərəkət gözləyirdi. Yarpaqlarını isti qəhvəyə qoyanda da gözlədiyi reaksiyanı ala bilmədi.Daha sonra kibritlə yarpağı yandırmağı düşündü. Kibriti əlinə alanda bitkidən gələn siqnallar galvanometrin əqrəblərini sürətlə yuxarı qaldırdı. Backster buna inana bilmədi. Öz özünə “Necə yəni? Bitki mənim düşüncələrimi oxudu?” Onun bu təcrübəsi insanlıq tarixində yeni mərhələ başladırdı. Bundan sonra silsilə təcrübələr apardı. Bitkilərin sadəcə düşüncələri oxumadığı, ətrafındakı hər şeyi hiss etdiyi də ortaya çıxdı. Qaynar suya atılan bitkilər ölümü, yarpaqlarına batan iynəni də hiss edirdi. Uzun məsafələrdə yaşanan sevincə və təəssüfləri bilirdi. Hətta bəziləri qorxudan huşunu da itirirdi.

Backster effekti
Təcrübə zamanı bitkilərin verdikləri reaksiyanın dalğa xəritəsi

🌲Bir gün başqa şəhərdən gəlmiş botanikaçı xanım içəri girəndə bütün bitkilər səssizləşdi. Heç birindən reaksiya gəmirdi. Hamısı səssizliyə bürünmüşdü. Bitkilər həmin xanımın təyyarəyə minib getməsindən 45 dəqiqə sonra yenidən aktivləşdilər. Backster apardığı təcrübələrdən sonra anladı ki, həmin xanım bitkiləri qurudub bəzi ölçülər alırdı. Backster bitkilərin həmin xanımı gördükdə özündən getdiklərini müşahidə etdi.

🍀 Bunu yoxlayıb təsdiqləmək üçün bir təcrübə apardı. 6 köməkçisinə eyni gecə ərzində fərqli tapşırıqlar verdi. Tapşırıqlardan biri gecə yarısı gəlib bitkilərdən birini kökündən çıxarıb parçalamaq idi. Ertəsi gün həmin köməkçi otağa gələndə bütün bitkilərin reaksiyası yenə galvanometrin əqrəblərini limitlərinə çatdırdı. Backster bununla da anladı ki, bitkilər sadəcə hiss etmir, həm də xatırlayırlar. Bundan sonra bəzi cinayət işlərində bitkilərin şahidliyindən də istifadə edildi, çünki onlardan əldə olunan nəticələr heç vaxt yanlış olmurdu. Bitkilər yalan deyə bilmirdilər. Bu təcrübələr daha sonra məqalə olaraq yayımlandı və dünyanın hər yerindən elm adamları mövzu üzərində işləməyə başladılar. Onlar da ağılasığmaz nəticələr əldə etdilər.

📌 Məsələn, qoparılmış bir yarpağa gözəl sözlər deyildikdə normal yarpaqlardan daha çox canlı qala bilirdi. 120 km uzaqlıqdan ağrı və sevinci hiss edə bilirdilər. İnsanların düşüncələrini oxuyur, pislik edənləri unutmurdular. Eyni zamanda bu məlumatları digər bitkilərlə də paylaşırdılar. Özü ilə pis rəftar gördükdə bəziləri intihar da edirdi. Yanındakı bitkinin susuz qaldıqda, öz suyunu onunla bölüşürdü.🔬 Bitkilər bütün canlılarla əlaqə qurmaq baxımından bizim təsəvvürlərimizin çox yuxarısında bir həssaslığa malikdir. Məşhur Avatar filmi də məhz bu məlumatlardan faydalanaraq çəkilib.

Mənbə:
The Not-So-Secret Life of Plants: In which the historical and experimental myths about emotional communication between animal and vegetable are put to restZepelim – Plant Consciousness & CommunicationPlant neighbor detection and allelochemical response are driven by root-secreted signaling chemicals (Nature Communications)

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button