Science

Kainatın mərkəzi harada yerləşir?

Bu sual insanlar tərəfindən ən çox səsləndirilən suallardan biridir. Lakin hal-hazırda bu suala heç kim cavab verə bilmir. Kainatın mərkəzi, Böyük partlayış nəzəriyyəsinin ən qarışıq məsələlərindən biridir. Hazırda mövcud nəzəriyyə və təcrübələrə əsasən demək olar ki, əslində kainatın mərkəzi yoxdur. Bu məsələni adi partlayış ilə müqayisə etsək onda həmin partlayışın mənbəsinin hardasa mərkəzdə olduğunu görərik. Məsələn atəşfəşanlıq zamanı alovların istiqamətinə uyğun olaraq biz partlayışın mənbəyini rahatlıqla tapa bilərik. Bundan əlavə, baş vermiş partlayışın mərkəzində temperatur daha yüksək olur. Partlayışın yayılması ilə isə həmin temperatur aşağı düşməyə başlayır. Lakin Böyük partlayış hadisəsi adi partlayış kimi deyil. Nəzəriyyələrə görə Böyük partlayışa səbəb boşluqda olan enerjinin bir nöqtəyə toplanması və yüksək təzyiq nəticəsində sıxılmaya tab gətirməməsidir. Tədqiqatçı alimlər kainata müxtəlif istiqamətlərdə ötürücülər yönləndiriblər və aparılan müşahidələr nəticəsində onlar kainatın həmcins olduğu qənaətinə gəliblər. Yəni, kainatda elə bir yer yoxdur ki, orada temperatur kainatın digər hissələrinə nisbətən yüksək olsun. Bu isə o deməkdir ki, mərkəzin varlığına tapmaq və ya ümumiyyətlə onu təyin etmək mümkün deyil. Bunu necə təsəvvür etmək olar?

Sizə maraqlı ola biləcək yazı: Kosmik tullantılar və onların artan təhlükəsi

Biz bilirik ki, kainat genişlənmə xüsusiyyətinə sahibdir. Mərkəzi olmayan kainat anlayışını yaxşı başa düşmək üçün genişlənən şar təcrübəsindən istifadə edə bilərik. Əgər biz, şarın üzərində bir neçə nöqtə çəksək və onu hava ilə doldurmağa başlasaq, onda görərik ki, şar genişləndikcə həmin nöqtələr bir-birindən uzaqlaşırlar. Yəni bu təcrübədə şarın özü deyil, onun səthi kainatı təmsil edir. Şarın özünü kainat kimi təsəvvür etsək, onda genişlənən kainatın mərkəzini məhz şarın geometrik mərkəzində yerləşdirmək marağı yaranacaq. Beləliklə, diqqəti, məhz şarın səthinə yönəltdikdə hər bir nöqtənin öz qonşusundan yavaş-yavaş uzaqlaşdığını müşahidə edə bilərik. Bu halda istənilən nöqtəni mərkəz kimi qəbul etmək düzgün deyil. Çünki bu nöqtələr bir birindən eyni istiqamət və məsafədə uzaqlaşmırlar. Təsəvvür edin ki, həmin nöqtələr qalaktikalar rolunu oynayırlar və bəşəriyyət həmin qalaktikalardan birinin mərkəzində yerləşir. Kənarlara baxdıqda digər qalaktikaların müxtəlif istiqamətdə uzaqlaşdığı müşahidə olunacaq və bəşəriyyət özünü mərkəzdə hesab etdiyi üçün onlara görə kainatın mərkəzi həmişə olduqları nöqtə sayılacaq. Bu termin, məşhur fizik Fred Hoyle tərəfindən irəli sürülmüşdür. O, kainatın yaranması barədə müzakirələrə sarkastik yanaşırdı: “Əgər partlayış olubsa, deməli partlayışın yeri və ona səbəb olan faktorlar da olmalıdır. Əslində isə genişlənən kainatın mərkəzi olmamalıdır.”

Show More

Azimoff

Academic researcher, writer, blogger
Back to top button