Günəş sistemi haqqında 10 maraqlı fakt
Günəş sistemi öz əsrarəngizliyi və sirli nöqtələri ilə bəşəriyyətin yaranmasından etibarən insanların diqqətində qalmışdır. İndiyə qədər Günəş sistemi və planetlər haqqında çox məlumatlar əldə etmişik, ancaq əminliklə deyə bilərik ki, əslində biz onun haqqında heç nə bilmirik. Günəş sistemi və onun ətrafında baş verənlərlə az məlumata sahib olsaq da, aşağıda sadalanan faktlar öz təsdiqini tapıb.
1. Merkuri ən isti planet deyil!
Lakin normal düşüncə bizə bunun əksini deyir. Günəşə ən yaxın planet, ən isti planet olmalıdır. Amma digər amilləridə nəzərə almaq lazımdır – məsələn planetin atmosferinin sıxlığı. Merkuridə bu əmsal demək olar sıfıra bərabərdir. Digər tərəfdən də Merkuridən sonra Venera gəlir. Günəşdən sıra etibarilə ikinci planet Veneranın atmosfer sıxlığı çoxdur – Yerdən yüz dəfə çox. Və bu bir növ “parnik effekti” yaradır. Merkurinin səthində tempratur 427 C, Venerada isə 464 C-dir.
2. ABŞ Plutondan böyükdür
ABŞ-ın bir küncündən digərinə qədər olan məsafə 4700 km-dir. Pluton üçün isə bu məsafə (diametr) 2300 km-dir.
3. Kosmosda vulkanlar yoxdur
Amma fontanlar var. Biz əlbəttə biraz şişirtdik, amma bu elə də əhəmiyyət kəsb etmir. Əgər yerdə vulkan dedikdə lava püskürməsi nəzərdə tutulursa kosmosda (məs. İo peykində) bu tərkibi kükürddən ibarət olan su partlaması olacaq. Ümumiyyətlə, Günəş sistemindəki vulkanlar su püskürür.
4. Günəş sistemi Pluton ilə bitmir
Əgər evdə astronomiyaya aid kitab varsa, dərhal onu götürüb şəkillərə düzəliş edin. Güşən sisteminin kənarını Plutondan xeyli aralıda çəkmək lazımdır. Düşünülür ki, bizim Günəş sistemi Günəşdən 50000 astronomik vahid uzunluğuna qədər davam edir. Plutondan sonra transneptun obyektlər və Koyper kəməri gizlənir.
5. Günəş sisteminin quyruğu var
Bu daha çox böyük bir kometin quyruğuna bənzəyir. “Gelio-tale” adlanır. Onun haqqında heç nə məlum olmamağının çox sadə səbəbi var. O bizim alətlər üçün görünməz hissəciklərdən ibarətdir. Lakin o mövcuddur və Günəş sisteminin kənarından 13 milyard km-ə qədər uzanır. Onun hissəcikləri ətrafa saatda 1.6 milyon km sürətlə yayılır. Güclü küləklər onu bu sürətlə hərəkət etdirir.
6. Yerdə Marsdan gəlmə süxurlar var
Onları biz gətirməmişik. Saxara və Antraktidaya düşən meteoritlərin tədqiqi zamanı aşkarlanıb ki, bu səma cisimləri əvvəlcə Mars planetinin bir hissəsi olub. Analiz meteoritin tərkibində Mars atmosferində olan qazın varlığını təsdiqləyib. Ola bilər ki, onlar Marsda vulkan püskürməsi nəticəsində bizim planetə “qonaq” gəlib.
Sizə maraqlı ola biləcək yazı: Kainatın gizli kəşfiyyatçıları: Voyager Kosmik Cihazlar
7. Ən böyük dəniz Yupiterdə yerləşir
Məhz burada ən böyük Hidrogen və Helium yataqları yerləşir – planet demək olar ki, ancaq bu iki elementdən təşkil olunub. Planetin kütləsini və tərkibini öyrəndikdən alimlər belə qənaətə gəliblər ki, buz buludlarının altında maye halında hidrogen dənizi gizlənir. Hesablamalara görə bu dəniz Günəş sistemində nəinki ən böyük həmçinin ən dərin dənizdir. Təqribi hesablamalar bu dənizin dərinliyinin 40000 km olduğunu deyir.
8. Bir planet çatışmır
Bunu alimlər qaz nəhənglərinin orbitlərini araşdırdıqdan sonra anlayıblar. Onlar belə qərara gəliblər ki, bu planetlərin orbitləri heç bir modelə uyğun gəlmir və bununda yalnız bir səbəb ola bilər. Günəş sistemində daha bir planet olub və onun çəkisi Yerdən dəfələrcə çox olub. Bu planeti X adlandırırlar. Düşünülür ki, bu planet ulduzlar arası boşluğa çıxıb və hələdə orda öz hərəkətini davam etdirir. Lakin o əvvəlki yerində qalsaydı, belə biz onu heç vaxt görməzdik. O, Plutondan xeyli uzaqda yerləşir və Günəş ətrafında bir tam dövrəni bir neçə milyon ilə edərdi.
9. Uran və Plutonda almaz yağışları yağır
Bu planetlərin səthində yerləşən nəhəng maye karbon okeanlarının varlığından xəbər tutan alimlər bu qərara gəliblər. Araşdırmalar göstərib ki, bu okeanlarda böyük almaz aysberqləri üzür. Bundan əlavə fiziki proseslərdən qaynaqlanaraq bu planetlərdə karbon yağışları yağır. Buna görə ola bilər ki, bəzən xırda almazlardan ibarət dolu yağıntısı olsun.
10. Əslində biz Günəşin içində yaşayırıq
Adətən biz bu ulduzu böyük şar kimi təsəvvür edirik. Şar hardasa səmada yerləşir bizə işıq verir, səhərin açıldığından xəbərdar edir. Lakin Günəş haqqında təsəvvürləri dəyişmək lazımdır. Çünki onun xarici örtüyüdə var. Və o örtük bizim planetdən xeyli uzaqda bitir. Günəşdəki hər partlama Yerdə, Yupiterdə, Saturnda, Uran və Neptunda qütb parıltısı kimi görsənir. Ona görə alimlər belə hesab edir ki, biz Günəşin heliosferində yaşayırıq və onun radiusu 100 astronimik vahiddir.