Faktlar

Molotov Kokteyli – Dünyanın Ən Məşhur Odlu Silahının Qısa Tarixi

Təxminən bir əsrdir ki, benzin bombası da adlandırılan bu şey texnoloji cəhətdən üstün düşmənə qarşı mübarizə aparan zəiflər üçün ən əlçatan silah olmuşdur. Molotov kokteyli daşdan qat-qat təsirlidir, və əldə etmək o qədər də çətin deyil. Lazım olanların hamısı bir şüşə butulka və bir neçə yanan maddədir. Molotov kokteyli adətən yanacağın, adətən spirt və ya benzinin, şüşə butulkaya parça və ya cır-cındır kimi alışan əşyanın qoyulması ilə hazırlanan sadə odlu silahdır. Yanacağa batırılmış şey yandırılır və şüşə atılır.

Rus tankları uzun müddətdir ki, Molotov kokteyllərinin hədəfi olub. İspaniya Vətəndaş Müharibəsində sağçı millətçi üsyançılar ilk dəfə 1937-ci ildə Respublikaçı hökumətə verilən Sovet tanklarına qarşı benzin bombalarından istifadə etdilər. Britaniya briqada generalının şahidi olduğu bir münaqişədə, evdə hazırlanmış bu növ bombalar doqquz tankı məhv edə bildi. Tezliklə Respublikaçı Ordusu və onun yanında döyüşən beynəlxalq briqadalar da onlardan istifadə etdilər.

1968-ci ilin mayında Parisdə vətəndaş iğtişaşları zamanı etirazçı Molotov kokteyli hazırlayır. (PHOTOGRAPH BY BRUNO BARBEY, MAGNUM PHOTOS)

Ancaq, Finlandiya xalqı ilk dəfə olaraq populyarlaşan bu addan istifadə edənlər olmuşdur. 1939-cu ildə Sovet qoşunları Finlandiyaya hücum edəndə Stalinin xarici işlər naziri Vyaçeslav Mixayloviç Molotov döyüş təyyarələrinin ölkəyə havadan ərzaq daşıdığını, bomba atmadığını iddia etdi. Finlər bombalara “Molotovun çörək səbətləri” adını verərək cavab verdilər və onlarla birlikdə servis etmək üçün içki və ya kokteyl verməyi təklif etdilər. Bundan sonra, dövlət içki fabrikləri artıq araq istehsalından fin qoşunlarının sovet zirehlərinə qarşı istifadə etdiyi improvizasiya edilmiş yandırıcı vasitələrin kütləvi istehsalına keçmişdi. “Molotov kokteyli” adı da buradan yarandı və tez bir zamanda bütün dünyaya yayıldı.

Sizə maraqlı ola biləcək yazı: Varfolomey gecəsi – Məzhəb müharibələrinin qanlı tarixi

İkinci Dünya Müharibəsi zamanı İngiltərə, qorxulu nasist işğalına qarşı əhəmiyyətli bir müdafiə olaraq Molotov kokteyllərini istifadə etdi. 1940-cı ildə İspaniya Vətəndaş Müharibəsi beynəlxalq briqadalarının veteranı Tom Vintrinqem Britaniyanın məşhur “Picture Post” jurnalında Molotov kokteylləri haqqında bələdçi nəşr etdi. Bunun üçün resept təqdim etdikdən sonra o, oxuculara onlardan necə istifadə olunacağını izah etdi.

İkinci Dünya Müharibəsindən sonra, 1956-cı ildə macar xalqı sovet nəzarətinə qarşı ayağa qalxdıqda, Molotov kokteyli onların seçdiyi silah idi. Üsyan yatırılana qədər onlar 400-ə qədər tankı məhv etdilər.

O vaxtdan bəri Molotov kokteyli bütün dünyada etirazlar və silahlı münaqişələr zamanı istifadə olunur. Çexoslovakiyalılar Praqa baharı zamanı işğalçı Varşava Müqaviləsi ölkələrinin qoşunlarına qarşı istifadə etməyə başladılar. Parisdə tələbələr onları Fransa polisinin üzərinə atıblar. Fələstinlilər onları İsrail əsgərlərinin üzərinə atıblar. Sandinistalar onları Nikaraquada Milli Qvardiyaya atıblar. İran inqilabı zamanı şah əleyhdarı etirazçılar onları istifadə ediblər. Honq-Konqdakı nümayişçilər Çinin son repressiyaları zamanı onları atıblar. ABŞ-da onlar irqi etirazlar zamanı istifadə olunublar.

Oxşar yazılar

Back to top button