Faktlar
Trend

Misir piramidaları haqqında 15 maraqlı fakt

Piramidalar dünyanın ən sirli tikililərindən sayılır. Onlar haqqında saysız hesabsız əfsanə və rəvayətlər var. Dünyanın bir çox ölkəsində müxtəlif mənşəli piramidalar olsa da, Misir piramidaları öz quruluşuna görə hamısından fərqlənir. Onların kimlər tərəfindən necə tikilməsi hələ də sual altındadır. Çünki həmin dövrün texnologiyalarına görə olduqca piramidaların insanlar tərəfindən tikilməsi çox çətin görünür. Bu yazımızda Misir piramidaları haqqında 15 faktdan bəhs edirik.

Tarixin keçmiş dövrlərindən bizə miras qalan möhtəşəm abidələrdən biri Misir piramidalarıdır və onlar əzəmətin, gücün göstəricisi kimi tərənnüm edilir. Burada qədim sivilizasiyanın dini baxışları və qeyri-adi dəfn ritualları da önəm daşıyır. Qahirə yaxınlığındakı Gizada yerləşən piramidalar arasında ən böyük olanı Xeops ehramı sayılır. Bu piramida dünyanın yeddi möcüzəsi siyahısındadır və 4500 il bundan əvvəl firon Xufunun (Xeops) məzarının üstündə tikildiyi iddia olunur. Piramidanın inşasına hələ o sağikən başlanılmışdı. Böyük piramidanın uzunluğu hal hazırda 138 metrdir, amma aşınmalara məruz qalmazdan öncə 146 m olduğu təxmin edilir. Xeops piramidası 2.3 milyon daş blokdan ibarətdir. Kütləsi 5.9 milyon ton olan bu nəhəng abidənin ümumi həcmi isə 2,5 milyon m3-dir. Piramidanın tikintisinin isə 20 il davam etdiyi söylənilir. Bu rəqəmlər və iddialar isə təbii olaraq belə bir sual yaradır: misirlilər piramidaları tikməyi necə bacardılar?

Piramidaların tikintisində istifadə olunan daş blokların tonlarla ağırlığı var. Tarixi məlumatlara görə istifadə olunan qranit daşlar Sinay yarımadasından gətirilib. Ancaq bu ağırlıqdakı daşları qaldırmaq və piramidanı tikmək üçün texniki avadanlıq olmadan nə edilə bilərdi? Bu barədə tədqiqatçılar bir neçə nəzəriyyə irəli sürürdülər. Hətta onlardan bəziləri piramidaların tikintisini yadplanetlilərlə əlaqələndirirdi. Ancaq son zamanlarda aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, misirlilər uzaq məsafədən qranit daşları gəmilərin köməyi ilə piramidaların tikildiyi yerlərə çatdırıblar. Bu iddiaya səbəb isə arxeoloqların qazıntılar zamanı 1224 taxta parçası aşkar etməsidir. Fərziyyələrə görə misirlilər sökülüb yığıla bilən gəmilər istehsal edirdilər. Bununla da onlar daşları Sinay yarımadasından torpaq yolla Qırmızı dənizə qədər aparırdılar. Digər iddia isə daşların Nil çayından qazılmış kanallar vasitəsilə bura gətirilməsidir.

Misirdə yerləşən bu abidələrin piramida şəklində olması onların uzaq məsafədən görülməsi və tanınması baxımından da önəmlidir. Məsələn, Xeops piramidasının tək xüsusiyyəti onun böyük olmasında deyil. Bu piramidada fironun mumyalanmış bədəni üçün mərkəzi hissədə xüsusi otaq tikilib. Misirlilər insanın öldükdən sonra da digər həyatda yaşamına davam etdiyinə inanırdı. Ona görə də bədəndən ayrılmış ruhun öz cisçini tapması üçün olduğu kimi qalması önəmli idi. Digər piramidalarda belə otaqlar yoxdur, onlar fironların qəbri üzərində tikilib.

Sizə maraqlı ola biləcək yazı: Pompey şəhəri və sirli hekayəsi – Günahlar şəhəri necə yox oldu?

Aşağıda isə Misir piramidaları haqqında maraqlı 15 fakt qeyd etmişik.

ℹ️ 1- Piramidalardakı daşlar 2 ilə 15 ton arasındadır.

ℹ️ 2- Piramida daşlarının sayı təxminən 3 milyondur.

ℹ️ 3- Kral otağının tavanındakı qranit daşı təxminən 70 ton ağırlığındadır.

ℹ️ 4- Piramidanın hündürlüyü 149,4 metrdir. Yerlə Günəş arasındakı məsafə 149,4 milyon kilometrdir.

ℹ️ 5- Piramidanın giriş dəhlizinin ulduzu Şimal qütbünü və daxili giriş dəhlizinin ulduzu isə Sirius ulduzunu göstərir.

ℹ️ 6- Piramidadakı kameralara ət parçası qoysanız, mayeləri quruyar, ancaq çürüməz.

ℹ️ 7 – Piramidanın ətrafının piramidanın hündürlüyünə bölünməsi 3.14 -dir. Bu rəqəm riyaziyyatda qeyri -adi bir rəqəm hesab olunur. Riyazi sabit deyilir və riyaziyyat/fizikada geniş istifadə olunur.

ℹ️ 8 – Üç piramidanın mövqeyi, göydəki Orion Kəməri adlanan üç ulduza paraleldir.

ℹ️ 9 – İldə bir gün, günəşin şüaları Fironun doğum günü olan Böyük Piramidaya nüfuz edir.

ℹ️ 10- Piramidada otaqlarda olan Firon xəncərləri paslanmır və min illər keçsə də bıçaqların itiliyi itmir.

ℹ️ 11 – Piramidanın bəzi otaqlarında cihazlar işləmir, siqnalları kəsilir və səbəbi də bilinmir.

ℹ️ 12- Piramidaların mövqeyi Atlantik Okeanındakı Bermuda Üçbucağı ilə Sakit Okeandakı Formosa Üçbucağını birləşdirən eyni xətt üzərindədir və hər iki üçbucaqda gəmilərin və təyyarələrin yox olması kimi qəribə hadisələr baş verir.

ℹ️ 13- Piramidanın dörd guşəsi, XX əsrin elm adamlarının hesablamalarını düzəltməsinə imkan verən inanılmaz dəqiqliklə Yerin original qütb istiqamətlərinə doğru salınıb.

ℹ️ 14- Piramidanın ortasından keçən orbit, qitə və okeanları sahə baxımından iki bərabər yarıya bölür.

ℹ️ 15- Soyuq ülgüclər piramidada bir neçə gün qalsa, qılınc kimi iti olurlar.

Back to top button