Sirri açılmamış hadisələr – Tarixin ən qəribə faktları
Dünya tarixinə nəzər salsaq indiyə qədər sirri açılmamış hadisələr olduqca çoxdur. Bu hadisələrlə bağlı tədqiqatlar aparılmış, nəzəriyyələr irəli sürülmüş, ancaq sonda heç bir nəticə əldə olunmamışdır. İllərdir elm adamları və tədqiqatçılar bu hadisələr üzərində baş sındırsalar da, hələ də sirri açılmamış hadisələr olaraq qalırlar. Bu yazımızda 11 sirri açılmamış hadisədən bəhs edirik.
Fenix (Phoenix) işıqları
Fenix işıqları Arizonada, Phoenix şəhərində ilk dəfə 1997-ci ildə görülüb. Səmada görülən bu işıqları həmin dövrdə UNO adlandırmışdılar. Redaksiyalara zəng edən minlərlə insan eyni şeyi deyirdi: göydə dairəvi narıncı işıqlar var idi. Daha sonra bu işıqların uçan cisimdən gəldiyi deyilsə də, sirri açılmamış hadisələr siyahısında ən yuxarılardadır.
İtmiş Malayziya təyyarəsi
2014-cü ildə Malayziyanın MH370 səfər nömrəli təyyarəsi havalandıqdan sonra Hind okeanı üzərində birdən birə yoxa çıxdı. Təyyarə Kuala Lumpurdan Pekinə doğru hərəkət edirdi. Təyyarədən gələn siqnallar radardan itdikdən sonra onun Hind okeanı üzərində qəzaya uğradığı düşünülmüşdü. Ancaq daha sonra aparılan axtarışlarda təyyarəyə aid heç nə tapmaq mümkün olmadı. Günümüzə qədər təyyarənin itməsi sirri açılmamış hadisələr siyahısındadır və hələ də təyyarəyə, sərnişinlərə nə olduğu barədə heç bir fikir yoxdur.
Yonaguni sualtı qalıqları
1985-ci ildə yapon tədqiqatçılar təsadüfən Yaponiyada suyun altında piramida şəklində qalıqlar kəşf edirlər. Yonaguni dənizində çəkicbaşlı köpəkbalıqlarının sayı artır. Bunu araşdırmaq üçün suyun dərinliklərinə enən tədqiqatçılar bu piramidaları kəşf edirlər. Formasına və quruluşuna görə onların təbii yolla əmələ gəlməsi mümkün görünməsə də, aparılan tədqiqalar nəticəsində heç bir insan izinə rast gəlinmir.
Nazka xətləri
Nazka xətləri Perunun cənubunda Nazka çölündə yerləşir. Çöldə çəkilmiş heyvan və digər fiqurların kim tərəfindən necə çəkildiyini tapmaq mümkün olmayıb. Səhrada yerləşən bu fiqurların nə məqsədlə çəkildiyi uzun müddətdir ki, tədqiqat mövzusudur. Mövzu ilə bağlı bir çox nəzəriyyə irəli sürülsə də, onların heç birini isbat etmək mümkün olmayıb. Ona görə də Nazka xətləri hələ də sirri açılmamış hadisələr sırasında yer alır.
Tunguska hadisəsi
1908-ci ildə Sibirdə baş verən qəribə partlayışa Tunquska hadisəsi deyilir. Böyük səma partlaması kimi bilinən bu hadisəyə nəyin səbəb olduğu və necə baş verdiyi heç cür tam işıqlandırılmadı. Hətta bu partlayışdan sonra bölgəyə ciddi zərər dəymişdi. Hətta bu hadisəyə səbəbin asteroid olduğu düşünülsə də, aparılan tədqiqatlarda asteroiddən qala biləcək parça belə tapılmamışdır. Hələ də aydınlaşdırılmayan bu hadisə sirri açılmamış hadisələr içərisində yer alır.
Taos uğultusu
Taos uğultusu dünyanın bir çox yerində insanlar tərəfindən eşidildiyi iddia olunan sirli səsdir. Motor səsinə bənzədiyi deyilən uğultu İngiltərədə, Meksikada, ABŞ-da fərqli zamanlarda fərqli insanlar tərəfindən eşidilib. Ancaq səsin mənbəyini müəyyən etmək mümkün olmayıb. Ona görə də sirri açılmamış hadisələr kimi tarixə keçib.
Sizə maraqlı ola biləcək yazı: Pompey şəhəri və sirli hekayəsi – Günahlar şəhəri necə yox oldu?
Kristal kəllə sümükləri
Maya və Aztek mədəniyyətlərinə məxsus olan kristal kəllə sümükləri Meksika və Latın Amerikasının bir sıra ölkələrində tapılıb. Bu sümüklərin niyə düzəldildiyi bilinmir. Ancaq o dövrdə texnologiya ilə bu cür dəqiqlikdə cisim hazırlamaq mümkün deyildi. Buna görə də bəzi insanlar bu cisimləri yadplanetlilərin gətirdiyini və maya/aztek xalqlarının onlarla əlaqəsi olduğu fikrini irəli sürürdülər. Bu da sirri açılmamış hadisələr siyahısında tarixdə öz yerini alıb.
Dyatlov keçidi
Dyatlov keçidi Rusiyanın Ural dağlarında yerləşir. Dyatlov keçidində 1959-cu ildə 9 alpinist faciəvi şəkildə həyatını itirmişdi. Keçiddə baş verən bu hadisənin tam olaraq necə baş verdiyi bilinmir. Ancaq hadisənin səbəbinin hərbi əməliyyalar və ya vəhşi heyvanlar olduğu düşünülürdü. Hadisə ilə bağlı geniş araşdırmalar aparılsa da, səbəbini tapmaq mümkün olmadı və sirri açılmamış hadisələr kimi tarixə keçdi.
Mu qitəsi
Mu qitəsi Sakit okeanda yerləşən və 12 min il öncə bataraq yox olduğu düşünülən bir hipotetik qitədir. Onun Sakit okeanda, Amerika və Asiya qitələri arasında yerləşdiyi, Havay adalarının şimalından Fici və Paskal adalarına qədər uzandığı, şərqi ilə qərbi arasındakı məsafənin 9500 km, şimalı ilə cənubu arasındakı məsafənin isə 4500 km olduğu hesab olunur.
Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil. Bu faktiki sübutların ən önəmliləri, şübhəsiz, arxeoloqların da elmi sənəd kimi qəbul etdiyi, bişmiş gildən hazırlanmış tabletlərdir. Bu tabletlərdəki bilgilərə görə, Mu imperiyası Sakit okeanın suları ilə əhatə olunubmuş. Taleyi Atlantidayla oxşardı: 12 min il bundan əvvəl bu mədəniyyət də güclü zəlzələlər qarşısında tab gətirməyərək bugünkü dünya xəritəsindən birdəfəlik silinib. Hələ də Mu qitəsi və onun batması sirri açılmamış hadisələr siyahısında yer alır.
İtmiş qitə Atlantida
İtmiş qitə sayılan Atlantida məşhur filosof Platonun da kitablarında bəhs etdiyi əfsanəvi qitədir. İnkişaf etmiş sivilizasiyaya malik qitənin güclü zəlzələlər nəticəsində batdığı güman olunur. Ancaq uzun müddətdir ki, tədqiqatlar aparılsa da bu qitənin harada olduğu, hansı mədəniyyətə sahib olduğu və dəqiq olaraq niyə batdığı barədə dəlillərə rast gəlinməyib. Qitənin əfsanəvi olduğu barədə fikirlərlə yanaşı, Antarktidada buzlaqların altında olduğunu da iddia edənlər var. Ona görə də Atlantida qitəsi ilə bağlı hər şey sirri açılmamış hadisələr siyahısında ən üstlərdədir.
Terra Cotta ordusu
1974-cü ildə bir əkinçi tərəfindən Çində tapılan torpaq ordu böyük müzakirələrə səbəb olmuşdu. 2000 ildən çoxdur ki, yerin altında olan ordu atları, arabalar, qılınclar, oxlar və əsgərlər gildən hazırlanıb. Həqiqi insan ölçülərində olan 8000-ə yaxın əsgərin nə məqsədlə hazırlandığı hələ də bilinmir.