Elm

İnformasiya müharibəsi: Həqiqətən istədiyimizi əldə edə bilirikmi?

Müasir dövrümüzdə siyasi proseslər artıq sadəcə konfliktlərlə və müharibələrlə deyil, diplomatiya, informasiya müharibəsi və bütün bu qəbildən olan elemetləri özündə birləşdirən ‘yumşaq güc’ vasitəsilə istiqamətləndirilir. Bu elementlərdən ən vacibi informasiya müharibəsidir.

İnformasiya müharibəsi nədir?

İnformasiya Müharibəsi geniş mənada, informasiya və kommunikasiya prosesi uğrunda mübarizədir. Bu mübarizə forması insan ünsiyyəti və qarşıdurmanın nəticəsində meydana gəlməsi ilə başlayır. Son bir neçə on il ərzində informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi və cəmiyyətlər arasında yayılması rabitə proseslərində inqilabi dövr başlatdı və nəticədə informasiya müharibəsinin əhəmiyyəti və onun nəticələri daha böyük önəm kəsb etməyə başladı.

İnformasiya müharibəsi bizim üçün bəlkə də son iki ildə tam anlamıyla önəm qazanmağa başlayıb, amma qərb ölkələrində bu barədə məsələlər xüsusilə SSRİ-nin yıxılmasından sonra qaldırıldı. Məsələn, amerikalılar informasiya müharibəsini belə şərh edir: “İnformasiya müharibəsi düşmənin məlumatlarını və onun funksiyalarını inkar etmək, istismar etmək, korlamaq və ya məhv etmək üçün hər hansısa bir fəaliyyət növüdür”. İnformasiya müharibəsi haqqında geniş təsəvvürə malik olmaq üçün buna da baxın.

İnformasiya müharibəsinin effektiv olması üçün beş şərt ödənilməlidir:

Məlumatların toplanması: Bu şərt informasiya müharibəsinin önəmli hissələrindəndir, çünki istənilən münaqişədə daha çox bilən həll edici üstünlüyə malik olur. Yəni nə qədər çox məlumat varsa, daha yaxşı strategiya və olan quraraq, effektiv nəticələr qazanmaq mümkün olur.

Məlumatların mübadiləsi: Böyük həcmdə məlumat toplamaq təsirli metoddur, lakin istifadə etmədikdə, və ya edə bilmədikdə artıq öz dəyərini itirir. Məlumatı lazımi istiqamətlərə ötürmək informasiya müharibəsinin digər vacib tərəfidir. Bu mübadilənin əsas vasitələri isə günümüzdə mövcud olan ağlımıza gələcək istənilən informasiya və kommunikasiya cihazlarıdır. Bu cihazların hər birinin məlumat ötürmə texnologiyaları və protokolları olur, bu texnologiyaların təhlükəsizliyi isə onun infrastrukturuna görə müəyyənləşir.

Məlumatların qorunması: İnformasiya müharibəsində ən ciddi məsələlərdən biri də rəqibin əldə edə biləcəyi məlumat miqdarını minimuma endirməkdir. Bu metod daha çox dövlət sirlərinin qorumasına, əhəmiyyətli məlumatların düşmən əlinə keçməsinə qarşı istifadə olunur. Yəni, məlumatı özündə saxlayan elektron cihazların sistem infrastrukturu xüsusi olaraq hazırlanır, bu sistemlər güllə keçirməyən gövdələrə malik olur, məlumatları əldə etmək üçün xüsusi növ kilidlərdən istifadə olunur, ötürülmə zamanı şifrələnir.

Məlumatların manipulyasiyası: İnformasiya müharibəsi konktestində manipulyasiya düşmənin reallıq mənzərəsini təhrif etmək məqsədilə məlumatların dəyişdirilməsinir. Bunun üçün mətn, qrafika, video, audio və digər informasiya növlərini redaktə etmək üçün kompyuter proqramları da daxil bir sıra texnologiyalardan istifadə oluna bilər.

Məlumatların yararsız hala salınması və ya inkar edilməsi: İnformasiya müharibəsində son elementi isə məlumatı yararsızlaşdırma və ya inkar etmədir. Yəni burada məqsəd düşmənin düzgün məlumat əldə edilməsinin qarşısını almaqdır. Bu tip mübarizə forması xüsusi qruplar tərəfindən təşkil olunur.Qeyd edilən bu elementlər tamamlandıqda, artıq məlumatların etibarlılıq və düzgünlük məsələsi meydana çıxır. Bir çox insan bu ikisini eyni anda tətbiq etmədiyi üçün bir informasiya haqqında debatda asanlıqla rəqibinə məğlub ola bilər.

Etibarlılıq və əsaslılıq: Fərq nədir?

Etibarlılıq araşdırmanın tutarlılığı, əsaslılıq isə dəqiqliklə bağlı olur. Aşağıdakı cədvəldə bunu belə izah etmək olar:

Etibarlılıq (Reliability)Əsaslılıq (Validity)
Nə deyir?Bir araşdırma eyni şərtlər altında təkrarlandıqda nəticələrin nə qədər dəyişkən olmasıAraşdırmaların ölçməli olduğu bir şeyi həqiqətən nə dərəcədə ölçməsi
Necə qiymətləndirilir?Müəyyən zaman ərzində fərqli müşahidəçilər arasında və testin öz hissələrindən əldə olunan nəticələrin etibarlılığını yoxlayaraq.Nəticələrin müəyyən edilmiş nəzəriyyələrə və eyni konsepsiyanın digər ölçülərinə nə dərəcədə uyğun olduğunu yoxlayaraq
Necə əlaqə qurulur?Etibarlı ölçmə həmişə etibarlı deyil: nəticələr ara sıra təkrarlana bilər, ancaq mütləq şəkildə doğru deyildir.Əsaslandırılmış ölçü həmişə etibarlıdır: əgər test dəqiq nəticələr verirsə, deməli təkrarlana bilinən olmalıdır

Etibarlılıq nədir?

Etibarlılıq, bir metodun bir testi nəq qədər tutarlı şəkildə ölçüdüyünü ifadə edir. Eyni şərtlər daxilində eyni metodlardan istifadə edərək tutarlı şəkildə eyni nəticə əldə olunursa, bu zaman ölçüm güvənilir və ya əsaslı hesab olunur.

Məsələn:

Bir mayenin temperaturunu bir neçə dəfə eyni şərtlər altında ölçürük. Termometr hər dəfə eyni dərəcəni göstərirsə, nəticəetibarlıdır.

Bir həkim uzun müddətli xəstəliyi olan bir pasiyentə diaqnoz qoymaq üçün bir simptom sorğusundan istifadə edir. Bir neçə fərqli həkim də bu metoddan istifadə edərək xəstəyə fərqli diaqnoz qoyur. Eyni şərtlər daxilində fərqli nəticələr əldə olunursa, bu zaman məlumatın etibarlılığı çox aşağıdır.

Əsaslılıq nədir?

Əsaslılıq bir metodun ölçmək istədiyi testi nə qədər dəqiq ölməsinə deyilir. Tədqiqat yüksək əsaslılığa malikdirsə, bu, sosial və ya fiziki müstəvilərdə real xüsusiyyətlərə və versiyalara dair nəticələr əldə edir. Yüksək etibarlılıq ölçmənin etibarlı olduğunu göstərən bir göstəricidir. Bir metod etibarlı deyilsə, yüksək ehtimalla əsaslı da deyil.

Məsələn:

Nümunənin temperaturunun eyni qalmasını təmin etmək üçün şərtlərə diqqətlə nəzarət etməyinizə baxmayaraq, termometr hər dəfə fərqli temperatur göstərərsə, termometr yəqin ki, düz işləmir və onun nəticələri əsaslı deyil.

Bir simptom sorğusu fərqli zamanlarda fərqli həkimlər tərəfindən etibarlı şəkildə diaqnoza səbəb olarsa, bu, tibbi vəziyyətin ölçümünün yüksək əsaslılığa malik olduğunu göstərir.

Ancaq etibarlılıq özlüyündə əsaslılıq üçün kifayət deyil. Hətta test etibarlı olsa belə, real vəziyyəti dəqiq əks etdirə bilməz.

Məsələn:

Termometr hər ölçüdə etibarlı nəticələr göstərir. Ancaq termometr kalibrlənmədiyi üçün həqiqi dəyərdən 2 dərəcə aşağı nəticəalır. Buna görə də ölçmə əsaslı deyil.

Əsaslılığı qiymətləndirmək etibarlılıqdan daha çətindir, amma daha vacibdir. Faydalı nəticələr əldə etmək üçün məlumatların toplanılmasında istifadə olunan metodlar əsaslı olmalıdır: tədqiqat ölçmək istədiyini ölçməlidir. Bu, məlumatların müzakirəsi və sonrasında əldə oldunmuş nəticələrin də əsaslı olmasını təmin edir.

İnformasiya müharibəsində haradayıq?

İndi gələk həm müharibədən əvvəli dövrə, həm müharibə dövrünə, həm də müharibədən sonrakı dövrə. 44 gün ərzində xalq bir yumruq kimi birləşib həm ön cəbhədə, həm arxa cəbhədə, həm də informasiya müharibəsində mübarizə apardı və qalib gəldi. Müharibə dövründə bir sıra tanınmış saytlar, mənbələr, insanlar, vəzifəlilər, qurumlar və s. qərəzli məlumatlar da yayırdılar. Sosial şəbəkələrdə hər kəs bununla müzakirə aparır, məlumatların ötürülməsi nəzərdə tutulan insanları qərəzli məlumatlara qarşı xəbərdar edirdilər.

Ancaq hələ də mediya və ədəbiyyatda qərəzli yazılar çoxdur və buna istinadlar da çox edilir. İnformasiya müharibəsi dövründə həssas mövzularda etibarlılıq və əsaslılıq ən önəmli faktorlara çevrilir, xüsusilə əsaslılıq mühüm əhəmiyyət daşıyır. Müharibə dövründə Azərbaycan qoşunlarının tərkibində Suriyalı döyüşçülərin olduğu iddia olunurdu. Bir müddət sonra nüfuzlu bir sıra mənbə də bir birinə istinad verərək bu məsələni ictimailəşdirirdi. Buna görə də düşmən tərəf bütün müzakirələrində bu məsələni qabardaraq üstünlük əldə etməyə çalışırdı. Edilən yanlışlardan biri həmin arqumentə əks arqument gətirilməsi idi. Halbuki sadə test ilə bu iddianın əslində əsaslı olmadığını sübut etmək olar.

Məsələn:

Bir neçə mənbə Suriyalı döyüşçülərin Qarabağda olduğunu qeyd edirdi. Xəbərlərdə, göstərilən saylar az-çox fərqli olsa da etibarlılıq xüsusiyyəti təmin olunurdu. Ancaq əsaslı deyildi. Çünki Suriyalıların haradan, necə, hansı şəraitdə gətirildikləri məlum deyil. Harda döyüşdükləri dəqiq qeyd olunmurdu və ən əsası bütün mənbələrdə bir birindən fərqli məlumatlar əks olunurdu. Hətta əgər bu ehtimal düz olsa belə, real nəticəni tam göstərmədiyi üçün əsaslılığını itirirdi.

informasiya müharibəsi

İnformasiya müharibəsinin əsas elementlərini təmin etmək üçün bu qeyd olunan metodoloji şərtlər təmin olunmalıdır. Əldə olunan nəticələr etibarlı ola bilər, ancaq hər zaman əsaslı deyil. Nəticələri əsaslı edən həmin testlərdə mövcud olan faktlar və bu faktların bütün şərtlər daxilində eyni nəticəni göstərməsidir. Bu gün qlobal mediyada və akademik ədəbiyyatda Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar olduqca azdır. Buna bir çox səbəblər var, lakin bu sayı artırmaq üçün məlumatlarımızın etibarlı və əsaslı olduğunu təmin etmək lazımdır. Akademik sahədə əsaslılıq çox önəmlidir və bu sahədə mövcud olan bütün araşdırmalar istənilən dövrdə növbəti araşdırmalara istiqamət verir. Ona görə növbəti mərhələdə artıq bu məsələyə xüsusi diqqət ayırılmalıdır. Bu zaman aparan prosesdir, ancaq heç vaxt gec deyil.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button