Elm

Bataqlıqda batmaq: “bataraq ölmək” mümkündürmü?

İzlədiyimiz bir çox filmdə təbiət səhnələrindən biri insanların bataqlıqdan xilas ola bilməməsi və bataraq ölməsidir. Bataqlıqda batmaq bir çox filmlərdə ən təhlükəli hadisə kimi izləyiciyə çatdırılır. Bu film səhnələrinə görə insanlar arasında gəzən iddialardan biri də budur:

Bataqlıqlar insanları içinə doğru çəkir. Bataqlıq içində mübarizə aparmaq mənasızdır, çünki qüvvət böyük olduğu üçün bataqlıq insanı içinə çəkir və boğularaq ölməsinə səbəb olur.

Bataqlıqda batmaq ilə bağlı reallıq nədir?

Bataqlıqlar təbiəti etibarilə iddia olunduğu kimi canlıları içinə doğru çəkə bilmir. Hətta bataqlıqlarda batmaq demək olar ki, mümkünsüzdür.

Bu iddiaların formalaşmasının müxtəlif səbəbləri var. Bataqlıqlarda hərəkət etmək olduqca çətindir. Çünki hərəkət etməyən bütün nöqtələrin ətrafındakı bataqlıq olduqca qatı hal alır. Bu qatılığın yenidən əvvəlki vəziyyətinə qayıtması üçün lazımi qədər təzyiq tətbiq etmək lazımdır. Bu isə olduqca böyük qüvvət tələb edir. Yəni bataqlıqda ayağınızı saniyədə 1 sm sürətlə hərəkət etdirmək üçün lazım olan güc, orta böyüklükdə maşını qaldırmaq üçün tələb olunan gücə bərabərdir.

Bataqlıqlarda hərəkətin çətin olması elmi-fantastik filmlərdə yuxarıda qeyd etdiyimiz iddianın formalaşmasına səbəb olub. Slate tərəfindən aparılan tədqiqata əsasən, 1960-cı ildən sonra yayımlanan elmi-fantastik filmlərin 3%-də bir bataqlıq və onun içində bataraq xilas ola bilməyən fərd çəkilib.

Sizin üçün maraqlı ola biləcək yazı: Backster Effekti – Bitkilərin hissləri

Bataqlığın təbiəti

Bataqlıqlar “kolloid hidrogel” adlanan, qum, gil, su və çınqıllardan ibarət qatı məhluldur. Adətən boş qumların qəfil silkələnməsi ilə əmələ gəlir. Qumun içərisindəki su başqa yerə axmadıqda palçıq kimi bir forma alır. Ona görə də uzaqdan yaş qum kimi görünən bataqlıqlara basdıqda, cisimləri daşıya bilmir və içinə düşməsinə səbəb olur.

Bataqlıqlar “yırtılma qüvvəsi ilə incələn qeyri-Nyuton mayesi (shear thinning non-Newtonian fluid) kateqoriyasına daxildirlər. Yəni üzərində hər hansı təzyiq olmadığı təqdirdə qatı görünürlər (əslində isə gel kimidir). Amma üzərindəki təzyiqin 1% dəyişməsi belə bu gelin axıcılıq müqavimətinin azalamasına səbəb olur (yəni maye kimi davranmasına gətirib çıxarır). Buna görə də kimsə bataqlığın üzərində yeriməyə çalışsa, bataqlıq ilk addımın atıldığı anda maye kimi davranacaq və fərdin batmasına səbəb olacaq.

Bataqlığın belə təbiətinə baxmayaraq, ölümə səbəb olacaq qədər təhlükəli deyillər. Çünki bataqlığın ortalama sıxlığı 1 millimetrdə 2 qramdır. İnsanın sıxlığı isə 1 millimetrdə 1 qramdır. Yəni, bataqlıqlar insanlardan 2 dəfə daha qatıdır. Bataqlığa düşən insan buna görə də heç vaxt batmır, çünki bataqlığın sıxlığı insanı daim yuxarıda saxlayır. Yəni bataqlıqda batmaq mümkün deyil, sadəcə içinə düşə bilərsiniz.

Dünyanın ən məşhur jurnallarından biri olan Nature jurnalında məhz bu barədə məqalə yayımlanmışdı. Nyu Yorkda yerləşən Rensseleaer Politexnik İnstitutundan torpaq mexanikası üzrə mütəxəssis müsahibəsində bu fikirləri səsləndirmişdi:

Bir insanın bataqlıq tərəfindən udulması ehtimalı qısaca sıfırdır. Hollivudun indiyə qədər mövzu ilə bağlı göstərdikləri xətalıdır.

Əgər bir bataqlıq üzərində sürətlə qaçsanız və ya üzərində tullansanız, aşağıdakı hal ilə qarşılaşarsınız.

bataqlıqda batmaq

Kanal:
Telegram kanalımızYouTube kanalımız:Facebook səhifəmiz
Mənbə:
A. Khaldoun, et al. (2005). Liquefaction Of Quicksand Under Stress. Nature, səh: 635.R. Khamsi. Quicksand Can't Suck You UnderK. Oakes. This Is What Would Actually Happen If You Fell Into QuicksandK. Bonsor. How Quicksand Works

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button