Interesting facts

İnsanlar arasında ilk müharibə necə başlayıb?

40000 il əvvəl müasir insanlar Avropaya gəldikdə tarixin yönünü dəyişəcək bir şey kəşf etdilər. Onlar Avropaya gəlmədən öncə artıq Neadertallar burada məskunlaşmışdı. Arxeoloji qazıntılar zamanı əldə olunan materiallara əsasən onların burada nisbətən inkişaf etmiş mədəniyyət və texnologiyaları var idi. Ancaq bir neçə min il ərzində Neandertallar müasir insanların yayılması tempinə çata bilmədiyi üçün yox oldular.

Neandertalların yox olma səbəbləri hələ də tədqiqatçılar tərəfindən müzakirə mövzusudur. Son dönəmlərdə bu müzakirələrdə ifadə olunan 2 əsas açıqlama isə onların yox olma səbəblərinin müasir insanlara rəqabət etməsi və qlobal iqlim dəyişikliyini ehtiva edir.

Afrika xaric bütün müasir insanların genlərində olan Neandertal genetik materialın davamlılığı iki növün bir biri ilə qarşılıqlı münasibətdə (cinsi münasibətlər də daxil olmaqla) olduğunu göstərir. Bəzi tədqiqatçılar Neandertallar və müasir insanlar arasında ov və daş alətlər üçün xammaddə axtarışında rəqabət etdiyini önə sürür. Digər tədqiqatçılar isə şiddətli qarşıdurmaların, hətta onlar arasındakı müharibələrin Neandertalların nəslinin kəsilməsinə səbəb olduğunu iddia edir. Bununla yanaşı qədim müharibələrin mövcudluğu bəzi tədqiqatçılar üçün maraqlı mövzu olmuşdur.

müharibə

Müharibəmi, yoxsa cinayətmi?

Son araşdırmalar göstərir ki, əvvəllər insanlar arasında mərhələli şəkildə müharibələr olmuşdur. Ancaq əldə olunan bütün maddi sübutlar bu nəzəriyyəni tam olaraq izah etmir, çünki bu tip maddi sübutları axtarıb tapmaq çox çətin və zaman alan prosesdir. Tədqiqatçıların bu nəzəriyyələrinin əsasını arxeoloji qazıntılar zamanı əldə olunan kəllə sümükləridir. Həmin sümüklərdəki zədələr həmin dövrdə döyüş olduğunu sübut edə bilir, ancaq tarixdən əvvəli “müharibə”ləri ayırd etməkdə çətinlik yaradır; həmin insanlar cinayətin qurbanları da olmuş ola bilərlər.

Bu sualların bir cavabı Neolit dövründən qalmaq bir sıra Avropa ölkələrində aşkarlanan toplu qətl edilmiş insanların sümükləri idi. Bir müddət kənd təsərrüfatının əhali artımına səbəb olduğu və cəmiyyətləri mübarizəyə sövq etdiyi düşüncəsi sualları cavablandırmış kimi görünsə də, kütləvi qətl nəzəriyyəsini dəstəkləyən köhnə dəlillər mübahisələri yenidən canlandırdı.

müharibə

Müharibənin tərifi

Neandertallara nə olduğunu, onlar arasındakı münaqişələrin hansı həddə olduğunu təxmin etmək hələ də çox çətindir. Tarixdən əvvəli cəmiyyətlərdə baş verən hadisələrə müharibə tərifini uyğunlaşdırmaq da o qədər asan deyil. Antropoloq Raymond Kellinin iddialarına görə qəbilə cəmiyyətləri arasında qrup zorakılığı olsa da, bu, həmişə “müharibə” sayılmır. Məsələn, bu tip qarşıdurmaların səbəbləri cadugərlik, sosial probemlər, ədalətsizlik, pusqu qurulması və s. ola bilər. Bu mənada müharibə anlayışı ethiva etdiyi rəqəmlərlə deyil, sosial məzmunu ilə təyin olunur.

müharibə

Burada önəmli nöqtə odur ki, müxalifət qrupundan olan bir şəxs bu qrupu təmsil edirsə, o şəxsin “etibarlı hədəf” kimi göründüyü yerdə çox xüsusi bir məntiq mövcuddur. Nümunə kimi əvvəlki hücumdan qisas almaq üçün qisas qrupu tərəfindən bu hücumla əlaqəsi olmayan bir insanın öldürülməsini göstərmək olar.

Bu mənada müharibə bir sıra fiziki davranışlara görə mücərrəd və təsviri düşüncə tərzini də əhatə edən bir ruh halındadır. Bu cür müharibələr həm kişilərə, həm də qadınlara və uşaqlara (ümumiyyətlə kişilər tərəfindən) qarşı edilə bilər. Əldə olunan insan sümüklərinin təhili nəticəsində isə bu davranışın əvvəlki müasir insanların skeletlərində olduğunu görmək mümkündür.

Sizə maraqlı ola biləcək yazı: Eksperimental Arxeologiya

Fosil dəlillər

Onda sual oluna bilər ki, Neandertalların və müasir insanların müharibə edib etmədiklərini dair bu sadalananlar nə ifadə edə bilər? Tapılan fosil dəlillər, xüsusilə kəllə sümüklərindəki küt xəsarət izləri onların şiddətə məruz qaldığını göstərir. Ancaq bunların hamısı müasir insanların Avropaya gəlməsindən əvvəlki dövrlərə aiddir, bu səbəbdən bu iki növün qarşılaşmalarında baş verən hadisələr ola bilməz. Qədim müasir insanların fosil dəlilləri arasında silah yara izləri də var, ancaq onların bir çoxu Neandertalların yox olmasından bir neçə min ilə aiddir.

Neandertallar arasındakı şiddəti təsdiqləyəcək yeganə dəlillər demək olar ki, sadəcə kişilərin qurban edilməsidir. Yəni buradan bu nəticəyə gəlmək olar ki, bu cür hadisə rəqabətdən çox “müharibə”ni təmsil edir. Neandertalların zorakı hərəkətlərdə iştirak etməsi şübhə doğurmasa da, müasir insan mədəniyyətinin başa düşdüyü “müharibə” tərifini konseptləşdirdikləri və ya konseptləşdirmədikləri mübahisəlidir. Bu iki növün kiçik və dağınıq qrupları bir araya gəldikdə, şiddətli toqquşmalar baş vermiş ola bilər (nümunəvi bir dəlil olmasa da), lakin bunlar müharibə məvhumu ilə realist bir şəkildə xarakterizə edilə bilməz.

Yuxarı paleolit dövrünün müasir insan skeletlərində Mezolitik və Neolitik dövrlərdə eyni qalmış şiddətli travma izlərinə rast gəlirik. Buna baxmayaraq, Neandertalların bu vəziyyətlə əlaqəli olub-olmadığı qeyri-müəyyəndir.

Müasir insanların Neandertalların yox olmasına cavabdeh olub-olmadığı barədə daha böyük suala gəldikdə, növlərimiz hələ oraya çatmadan əvvəl Avropanın bir çox yerində Neandertalların yoxa çıxdığını bilmək lazımdır. Bu onu göstərir ki, müasir insanlar o dövrün müharibəsində və ya rəqabətində günahlandırıla bilməzlər.

Çünki ən böyük səbəblərdən biri Neandertalların ilk növbədə qalmağı üstün tutduqları meşə mühitini azaldan dramatik və davamlı iqlim dəyişikliyi idi. Müasir insanlar Afrikanı yenicə tərk etsələr də, fərqli mühitlərə uyğunlaşa bilirdilər. Neandertalların yaşamaq qabiliyyətini çətinləşdirən səbəblər soyuq və açıq yaşayış yerlərində yaşaya bilmək çətinliyi idi. Müasir insanlar isə bunun öhdəsindən gələ biləcək xüsusiyyətlərə malik idilər.

Tədqiqatların nəticəsində, hələki bizə məlum olan odur ki, müasir Avropalılar müharibələri törədən ilk insanlar olsa da, Neandertalların yox olmasını tamamilə onlara bağlamaq olmaz. Neandertallar əslində planetimizin təbii təkamülünün qurbanı olmuş ola bilər.

Məqalənin tam versiyasını buradan oxuya bilərsiniz.

Azimoff
Academic researcher, writer, blogger

Comments are closed.

0 %