Faktlar

Rusiya və sanksiyalar: İtirən sadəcə Rusiyadırmı?

Rusiya regionun və dünyanın ən böyük dövlətlərindən biridir. Buna görə də qlobal miqyasda xarakterinə uyğun olaraq hərəkət edir. Bu gün Rusiyanın apardığı aqressiv xarici siyasət son illər ərzində formalaşmayıb. Tarixən Rusiya həmişə özünə təhdid gördüyü bütün güclərə qarşı bu cür davranış sərgiləyib. Rusiyanın xarici siyasət konsepsiyası da məhz özünümüdafiə bəndlərinə söykənir.

Bununla yanaşı Rusiya özü də dünyaya böyük təhdidlərdən biridir. Birincisi Rusiyanın əlində nüvə silahlarının olması, onu həmişə söz sahibi dövlətlər sırasında saxlayacaq. İkincisi Rusiya coğrafi və geopolitik olaraq Həm Avropaya, həm də Asiyaya yaxın olub nəzarət edə bilir. Yəni burda baş verəcək istənilən insident, mübarizə və müharibə birbaşa bu regionlardakı dövlətlər və Rusiya arasında olacaq.

Bir şeyi qəbul etmək lazımdır ki, Rusiyanın siyasi və iqtisadi gücü digər dövlətlər kimi deyil. Məsələn, İran üzərində bu qədər sanksiya olmasına baxmayaraq, ölkə iqtisadiyyatını çəkib çevirir. Bununla yanaşı İrana tətbiq olunan sanksiyalara görə Rusiya qədər aktiv deyil. Rusiya isə həm beynəlxalq münasibətlərdə aktiv aktordur, həm təsirli iqtisadi oyunçudur, həm də ən böyük beynəlxalq təşkilatlarda veto sahibi ölkədir.

İndi gələk sanksiyalara. Rusiya ilə Ukrayna arasında baş verən hadisələrin fonunda Qərb hərbi dəstək verə bilməsə də, iqtisadi və siyasi olaraq Rusiyanı gərgin saxlayacaq. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Putin bu müdaxiləni etməzdən əvvəl bütün bunları düşünüb, götür-qoy edib.

Bu yazı çox qısa müddət ərzində hazırlanıb, ona görə də analiz hissəsi daha sonra əlavə olunacaq. Ancaq hazırda Rusiyanın dünya iqtisadiyatındakı yeri və rolu barədə bir neçə məqama toxunulacaq.

Rusiya Avropa regionunun qaz istehlakının böyük bir hissəsini qarşılayır. Yəni Aİ ölkələri hələ də Rusiyadan enerji baxımından çox asılıdır, xüsusilə Şərqi Avropa ölkələrinin iqtisadi gücünü nəzərə alsaq, bu asılılığı ciddi dərəcədə azaltmaq elə də asan deyil.

Aİ ölkələrində ümumi qaz istehlakında Rusiya qazının payı (%)

Russian-energy
  • Slovakiya 176
  • Avstriya 151
  • Latviya 126
  • Macarıstan 81
  • Bolqarıstan 76
  • Danimarka 65
  • Estoniya 65
  • Finlandiya 63
  • Xorvatiya 61
  • Çexiya 57
  • Yunanıstan 52
  • Almaniya 50
  • Sloveniya 45
  • Polşa 44
  • Litva 40
  • Fransa 31
  • İtaliya 29
  • Hollandiya 27

Aİ-Rusiya arasındakı enerji ixracı

2021-ci ildə Aİ-yə enerji ixracının Rusiyanın ümumi ixracında payı 17% təşkil edib. Sadəcə Almaniyanın enerji idxalında Rusiyanın 2000 və 2020-ci illərdəki payı əhəmiyyətli dərəcədə artıb:

  • Təbii qaz: %46➡️%55
  • Kömür: %18➡️%49
  • Xam neft %29➡️%34

Aşağıdakı diaqramda Rusiya ilə Aİ regionunu bir birinə bağlayan əsas qaz enerji xətləri təsvir olunub. Bu xətlər Rusiyadan Aİ ölkələrinə böyük miqdarda qaz ötürür. Onların həcmi isə aşağıda təsvir olunub (mlrd. kub metr):

  1. Nord Stream 1 & 2 – 55 (ayrı ayrılıqda)
  2. Via Ukraine – 40
  3. Yamal – 33
  4. TurkStream – 31.5
  5. Blue Stream – 16

Almaniyanın Rusiyadan enerji asılılığı təkcə təbii qaz deyil, həm də neft və kömürlə bağlıdır.
-Almaniyanın qaz idxalının 50%-i
-Almaniyanın kömür idxalının 50%-i
Almaniyanın neft idxalının -1/3 hissəsi Rusiyanın payına düşür.

Rusiya-Ukrayna böhranının dərinləşməsi Aİ və xüsusilə Almaniya üçün enerji sahəsində mənfi nəticələrə səbəb ola bilər. ABŞ-ın istehsal etdiyi LNG-nin Rusiya təbii qazını əvəz etməsi mümkün olmasa da, Almaniya təbii qazının 55%-ni Rusiyadan idxal edir.Enerji istehlakında qazın payı 32%-dir. Ətraflı buradan oxuyun.

Almaniyanın təbii qaz idxalında Rusiya təbii qazının payı 55,2%, Aİ təbii qaz idxalında Rusiya təbii qazının payı 43,9%-dir. Avropada təbii qazın qiymətləri isə ildə 3-4 dəfəyə qədər artır.

Almaniya və Aİ Rusiyadan ən çox neft idxal edir.

Almaniyanın neft idxal etdiyi ölkələr (Milyon ton)

  • Rusiya – 28.1
  • Britaniya – 9.5
  • ABŞ – 9.4
  • Norveç- 8

Aİ-nin neft idxal etdiyi ölkələr (Milyon ton)

  • Rusiya – 135.8
  • İraq – 45.3
  • Nigeriya – 39.6
  • S. Ərəbistanı – 38.9
  • Azərbaycan 22.7

Dünyanın ən böyük neft və qaz reservinə sahib olan ölkələr arasında Rusiya da var.

Ən büyük neft rezervinə malik ölkələr: (Milyard barel):

  • Venezuela🇻🇪 304
  • S.Ərəbistanı🇸🇦 298
  • Kanada🇨🇦 168
  • İran🇮🇷 158
  • Iraq🇮🇶 145
  • Rusiya🇷🇺 108

Ən böyük təbii qaz rezervinə malik ölkələr: (Trilyon kub metr):

  • Rusya🇷🇺 37.4
  • İran🇮🇷 32.1
  • Katar🇶🇦 24.7
  • Türkmenistan🇹🇲 13.6
  • ABD🇺🇲 12.6
  • Çin🇨🇳 8.4

Dünyanın ən böyük taxıl istehsalçıları

Rusiya və Ukrayna dünya buğda ixracının 1/4-dən çoxunu istehsal edir. Rusiya ən böyük buğda ixracatçısı olduğu halda, Ukrayna 5-ci yerdədir. Türkiyə isə 2020-ci ildə Misir və İndoneziyadan sonra dünyanın 3-cü ən böyük buğda idxalçısı olub.

Aşağıdakı diaqramda 2019-cu ildə buğda importu və eksportunun ölkələrin payına düşən hissəsi göstərilir. Rusiya buğda exportu üzrə dominantlıq edir.

Rusiyanın ərzaq ixracı

Rusiya 2021-ci ildə rekord 37,7 milyard dollarlıq ərzaq məhsulları ixrac edib. Rusiyanın ən çox ərzaq ixrac etdiyi ölkə Türkiyədir (4,33 milyard dollar, 2020-ci ilə nisbətən 38% artım). Rusiya Aİ-27-yə 4,7 milyard dollarlıq ərzaq ixrac edib. Xəbərin mənbəsi 👉🏻 РФ в 2021 году экспортировала продукции АПК на $37,7 млрд

Kömür istehsalı

Dünyada son zamanlar enerji əldə etmək üçün kömür istehsalında da ciddi artımlar var.

Kömürdən ən çox enerji istehsal edənlər % ilə (Exajoule, 2020)

  • Çin 80.9
  • İndoneziya 13.9
  • Hindistan 12.7
  • Avstraliya 12.4
  • ABŞ 10.7
  • Rusiya 8.4
  • Cənubi Afrika 6
  • Qazaxıstan 2
  • Polşa 1.7
  • Almaniya 1

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2024-cü ildə ən çox kömür hasil edəcək ölkələr (Mt) və onların dünyadakı ümumi payı:

  • Çin 3,982 (50%)
  • Hindistan 955 (12%)
  • İndoneziya 570 (7%)
  • ABŞ 484 (6%)
  • Avstraliya 477 (6%)
  • Rusiya 445 (5%)
  • Aİ 247 (3%)

Rusiyanın xarici ticarət profisiti

Enerji qiymətlərinin artması Rusiyanın xarici ticarət profisitini artırır.

  1. Rusiya 2021-ci ildə 240 milyard dollardan çox neft və qaz ixrac edib. 2020-ci illə müqayisədə artım 60% təşkil edir.
  2. 2021-ci ildə Rusiyanın Aİ ilə ticarət profisiti 70 milyard avro təşkil edir.
  3. 2021-ci ildə Rusiyanın Türkiyə ilə ticarət profisiti 23,2 milyard dollar təşkil edir.

Almaniyanın ən böyük ticarət əməkdaşları

Çin altı ildir ki, Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. 2021-ci ildə Almaniya-Çin ticarətinin həcmi 245,4 milyard avro təşkil edib. Bununla yanaşı Rusiya Aİ ölkələrindən sonra Almaniyanın ən böyük 13-cü ticarət tərəfdaşıdır. Bu əməkdaşlıq nəticəsində Rusiyadan Almaniyaya gedən məhsulların həcmində və ticarət həcmindəki artım digər illərə nəzərən daha da çoxalıb. Xüsusilə, enerji sahəsində Rusiya Almaniyanın strateji tərəfdaşına çevrilib.

Rusiya sadəcə individual olaraq deyil, region olaraq da Avropa ölkələrinin ən böyük ticarət tərəfdaşıdır. Aşağıdakı siyahıda 2021-ci ildə Avropa İttifaqının ən böyük ticarət tərəfdaşları qeyd olunub. Ticarətin həcmi milyard avro (€) hesablanır:

1-Çin 🇨🇳 696
2-ABŞ 🇺🇸 631
3-Böyük Britaniya 🇬🇧 430
4-İsveçrə🇨🇭 280
5-Rusiya 🇷🇺 248
6-Türkiyə 🇹🇷 157
7-Norveç 🇳🇴 131
8-Yaponiya 🇯🇵 125
9-Cənubi Koreya 🇰🇷 107
10-Hindistan 🇮🇳 88

Dünyanın ən böyük qızıl mədənləri

Rusiya dünyanın ən böyük qızıl mədənlərinə sahib ölkələrindən biridir.

2021-ci ildə ən çox qızıl hasil edən ölkələr (ton, ABŞ Geoloji Tədqiqat İnstitutu)

  1. Çin 370
  2. Avstraliya 330
  3. Rusiya 300
  4. ABŞ 180
  5. Kanada 170

Maksimum qızıl ehtiyatı (ton)

  • Avstraliya 11.000
  • Rusiya 6800
  • Cənubi Afrika 5000

ÜDM üzrə artış

SSRİ yıxıldıqdan sonra beynəlxalq arenaya daha çox oyunçular gəldi. İki qütblü sistem çökdü və ölkələr artıq iqtisadi münasibətlərə daha çox fokuslanmağa başladılar. Beləliklə, böyük dövlətlərin dünya ticarətində çəkisi dayanmadan artmağa başladı. Ən çox artım Çin iqtisadiyyatında oldu, ancaq Rusiyanın da ÜDM-də çəkisi artdı.

2021-ci ildə ən çox gəlir əldə etmiş neft şirkətləri

2021-ci ildə 30 şirkət dünyada ən çox gəlir əldə edən şirkətlər olub. Rusiyadan 3 əsas şirkət – Gazprom, Lukoil və Rosneft bu siyahıya daxil olub. Solar Energy Insights bu barədə çox detallı araşdırma edib. Həmin yazını buradan oxuya bilərsiniz.

Ticarət əməkdaşları

Aşağıdakı diaqramda dünya ölkələri və onların əsas tərəfdaşları təsvir olunub. Birlikdə bütün iqtisadi sistemi təşkil edirlər. Rusiyanın strateji ticarət əməkdaşlarının arasında Çin də var. Bu da Rusiyanın dünya iqtisadiyyatındakı çəkisini daha da artırır. Çinin iqtisadi siyasətində də Rusiyanın xüsusi rolu var və əməkdaşlığa xüsusi diqqət ayırır.

Rusiyanın ən böyük idxal/ixrac əməkdaşları

Rusiya Qərb ilə yaşadığı bütün insidentlərə baxmayaraq, onlarla iqtisadi sahədə sıx əməkdaşlıq edir.

Rusiyanın ən böyük ixrac tərəfdaşları (ümumi %)

  • Aİ – 38
  • Çin – 14
  • Türkiyə – 5
  • Belarusiya – 5
  • Koreya – 4
  • ABŞ – 3

Rusiyanın ən böyük idxal tərəfdaşları (ümumi %)

  • Aİ – 34
  • Çin – 23
  • ABŞ – 6
  • Belarusiya – 5
  • Koreya – 3
  • Türkiyə – 2

Xidmət sektoru

Aşağıdakı diaqramda Aİ-nin xidmət sektorunda ilk 10 ticarət tərəfdaşı əks olunub. Rusiyanın payı olduqca az olsa da, ilk 10 ölkə sırasında öz yerini alıb.

Son olaraq…

Rusiyanın dünya iqtisadiyyatındakı rolu, siyasətdəki ağırlığı ona başqa ölkəni işğal etmək hüququ vermir. Amma burada başqa suallar da qoyulmalıdır. Hadisələrin bu dərəcədə ağırlaşmasının tək səbəbi Rusiyadırmı? NATO nə üçün kiçik ölkələri şirnikləndirib Rusiyanın qarşısında tək qoyur? Aydındır ki, Rusiya NATO ölkələrinə müharibə elan etməz, o zaman kiçik ölkələrə verilən sözlər niyə tutulmur?

Digər məsələ isə budur: Uzun illər SSRİ altında birlikdə yaşamış bu xalqlar niyə Rusiyanı istəmir? Əslində cavab bəllidir: Rusiyadakı sistem, rejim və azad olmaq arzusu. Bu ölkələrdəki insanlar artıq avtoritar, bürokratik, işə yaramaz sistemdən beziblər. Bu şəkildə inkişaf etmədiklərini də anlayırlar. Rusiyadan kiçik ölkə olaraq qopmaq çox çətindir, ancaq bəzi hallarda strateji addım atılmalıdır. Mövcud vəziyyət düzgün analiz edilməlidir.

Nə Putin, nə də Qərb ölkələrinin liderləri müharibə istəmir. Rusiyanın son hadisələr fonunda Ukraynaya hərbi təcavüz etməsindən başqa bir yolu qalmamışdı. Ancaq bu dünyaya da mesaj olmalıdır. Rusiyanı yox saymaq ağılsızlıqdır. Ümumiyyətlər, dünya artıq təkqütblü deyil. Rusiya ilə yanaşı başqa oyunçular da var. Çin yeni dünya nizamında söz sahibi ölkələrdən biri olmaq istəyir. Avropanın daxilində də anlaşmazlıqlar çoxdur. Almaniya siyasi liderliyi Fransaya buraxmaq istəmir.

Qısacası, bu yazıda təqdim olunan statistikalar Rusiyanın qlobal iqtisadiyyatda nə qədər çəkisi olduğunu göstərməkdir. Yəni hər hansı rasional qərar sadəcə Rusiyaya deyil, dünya iqtisadiyyatına, eləcə də Rusiya ilə ticari əməkdaşlıq edən hər kəsə ziyan vura bilər. Təbii ki, sanksiyalar ən güclü təsiretmə mexanizmlərindən biridir, ancaq əsas sual budur: indiki vəziyyətdə Rusiyanı nə qədər belə saxlamaq olacaq?

Yazı ilə bağlı əlavə mənbələr də aşağıya yerləşdirildi.

Mənbə:
Energieexperten einig: Flüssiggas aus den USA kann die Lieferungen Russlands im Ernstfall nicht ersetzenTHE BIGGEST ENERGY COMPANIES IN THE WORLD RANKED BY REVENUE PER SECONDWhat’s at Stake for the Global Economy as Conflict Looms in UkraineRussia Integrates : Deepening the Country’s Integration in the Global EconomyThe Return of Global RussiaThe State of the Russian Economy: Balancing Political and Economic Priorities

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button