Faktlar

Albert Eynşteyn ölümündən sonra miras qoyduğu sirr

Məşhur Nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn 1955-ci il aprelin 18-də daxili qanaxmadan ürəyi dayanaraq dünyaya gözlərini yumur. Öz vəsiyyətinə görə onun yandırılmış bədəninin külləri gizlincə dəfn edirlir. Lakin belə bir əfsanə mövcuddur ki, cənazə ilə bərabər ölümündən qabaq yandırdığı bəzi əlyazmalarının külü də basdırılır. Eynşteyn hesab edirdi ki, bu məlumatlar hələlik bəşəriyyətə ancaq ziyan gətirə bilər. Bəs bu məlumatlar nə idi?

Təəssüf ki, bu sualın cavabını dahi fizik əbədi olaraq özü ilə aparmışdı. Məlumdur ki, Albert Eynşteyn nüvə silahının yaradılmasına qarşı mübarizə aparmışdır. Onun bu mübarizəsi ömrünün son dövrlərində, Vahid sahə nəzəriyyəsinin yaradılması üzərində işləyərkən daha da aktivləşmişdi. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, üç fundamental qüvvənin -elektromaqnit, qravitasiya və nüvə qüvvələrinin birgə təsirini yeganə vahid bir tənlik vasitəsilə ifadə etmək mümkün olsun. Ola bilsin ki, Eynşteyni öz zəhmətini məhv etməyə məcbur etmiş səbəb də elə bu sahədə edilmiş gözlənilməz bir kəşf olmuşdur. Lakin dahi fizikin bu kəşfinin içində gizlənmiş olan təhlükəni sezənə kimi Amerika hərbi dairələri artıq bu nəzəriyyənin bəzi qisimlərini tətbiq edərək həyata keçirməyə müəssər olmuşdular.

Əlavə məlumat üçün buradan oxuya bilərsiniz.

Bu istiqamətdə aparılmış bir neçə eksperiment həqiqi mənada faciə ilə nəticələnmişdi. Müharibə dövrü olduğuna görə hərbi mütəxəssislər gəmi və təyyarələri düşmən tərəfin lokatorları üçün “görünməz” etmək sahəsində ciddi işlər aparırdılar. Belə bir ideya yaranmışdı: elə yüksək gərginlikli elektromaqnit sahəsi yaratmaq lazımdır ki, işıq şüaları barama kimi bükülüb obyekti həm insan gözü üçün, həm də cihazlar üçün görünməz etsin. Bu sahədə bəzi hesabatların aparılması isə ən güclü alim kimi Eynşteynə tapşırıldı.

Sonradan isə XX əsrin ən müəmmalı hadisələrinə çevrilən hadisələr baş verməyə başladı. 1943-cü ildə Filadelfiyada “Eldric” hərbi gəmisi ilə əlaqədar anlaşılmaz hadisələr baş verdi. Mövcud versiyaya görə, “görünməzlik generatoru” quraşdırılmış gəmi sadəcə gözdən itməmişdi. O, sanki digər bir ölçüyə keçərək tamam yox olmuş və bir müddətdən sonra ağlını itirmiş gəmi heyəti ilə birlikdə yenidən peyda olmuşdu. Lakin əsas məsələ gəminin itməsində yox, hərbi gəmi ilə aparılmış eksperimentin onun heyətinə göstərdiyi müəmmalı təsirindədir. Dənizçilər özlərini qəribə aparmağa başladılar: bəziləri “donaraq” vaxtın real axınından uzaqlaşır, digərləri sanki havada “əriyirdilər”, bəziləri tamamilə itkin düşmüş, bəziləri isə ikinci sınaq zamanı gəminin metalına əriyərək yapışmışdılar.

Bu gün artıq alimlər üçün aksiomdur ki, qravitasiya kollapsına (qravitasiya qüvvələrinin təsiri altında böyük cisimlərin sıxılması) qapanmış əyilmiş fəza “Şvarstşild sferası” və yaxud “qara dəliklər” əmələ gətirir. Qara dəliklərin ölçüsü o qədər böyükdür ki, buraya bir qalaktika belə yerləşə bilər. Günümüzdə bir sıra alimlər iddia edirlər ki, kosmosun çox uzun məsafəli nöqtələrinə bu məsafəni qət etmədən də getmək mümkündür. Bunun üçün Yeri tərk etmədən, güclü energetik təsirlə fəzanı “dələrək” keçmək lazımdır.

Daha ətraflı buradan oxuya bilərsiniz.

Bir çoxları düşünür ki, bəlkə də Albert Eynşteyn özü ilə qəbirə elə bu sirri – digər ölçülərə keçidin reallığı sirrini aparmışdır. Bu versiya üzərində müxtəlif insanlar uzun zaman araşdırmalar aparmışdır. Məsələn italyan tədqiqatçı Luçano Bakkonenin apardığı eksperimentin qeyri-adi nəticələri elə bununla izah oluna bilər. Xüsusi cihazlar vasitəsilə göydə gözlə görünməyən bəzi varlıqların şəklini çəkmiş Bakkone bu “kritterlər”i həyatın xüsusi forması olan efir forması adlandıraraq onların bizim dünyaya paralel fəzadan düşdüyünü iddia edir. Nəzərə alsaq ki, hər nüvə partlayışı zamanı yüksək enerji ayrıldığına görə, digər dünyaya keçid mümkündürsə, onda aydın olur ki, “kritterlərin” Yerə gəlməsi üçün kifayət qədər imkan yaranmışdır. Qeyd edək ki, sadəcə 1955-ci ildən 1973-cü ilə kimi SSRİ, ABŞ və Böyük Britaniyada 960 nüvə sınaqları aparılmışdır.

Əlbəttə ki, bütün bunlar hələ də hipotez və iddia olaraq qalır. İnsanlar uzun illərdir ki, bir nöqtədən digərinə sürətli getməyin yollarını, görünməz olmağı, yadplanetlilərin mövcudluğunu, başqa planetlərə, qalaktikalara səhayət etməyin yollarını axtarırlar. Bəzi alimlər də məhz bunun üçün ömürlərini sərf ediblər. Albert Eynşteyn tarixin ən xüsusi alimlərindən biri idi. Onun kəşfləri, nəzəriyyələri və həyata keçirdiyi təcrübələr həyatımızın bəlkə də bütün sahələrinə təsirsiz ötüşməyib. Ancaq onun ömrünün son anlarındakı çalışmaları bəlkə də uzun müddət aydınlanmayacaq.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button