Faktlar

Planetlərin Paradı – Kosmosun ən nadir hadisələrindən biri

Kosmos ilə bağlı son proqnozlara görə İyulun 4-də çox nadir hadisələrdən biri sayılan ‘planetlərin paradı’ baş tuta bilər. Bu yazımızda planetlərin paradının nə olduğunu, nə zaman baş verdiyini və növbəti paradda nələrin gözlənildiyindən bəhs edəcəyik. Qeyd edək ki, bu cür astronomik hadisələr çox nadir hallarda baş verir.

Planetlərin paradı nədir?

‘Planetlərin paradı’ Günəş sistemindəki bütün planletlərin dövrləri zamanı bir sırada düzülməsinə deyilir. Astronomiyada rəsmi olaraq belə bir termin olmasa da, planetlərin bu cür düzülüşünü ifadə etmək üçün ən uyğun şərh hesab olunur. Ümumi olaraq belə ifadə etsək, planetlərin Günəş sistemində eyni anda Günəşdən bir istiqamətdə bir sıra kimi düzülməsi zamanı meydana gəlın astronomik hadisəyə planetlərin paradı deyilir. Belə planet paradlarından biri 2002-ci il aprelin 18-də baş tutmuşdu. Bu zaman bir sıraya düzülmüş planetləri Yerdən gecə vaxtı açıq gözlə görmək mümkün idi. Proqnozlara görə planet paradlarını 2020-ci il iyulda və 2022-ci il iyunda və görmək mümkün olacaq. Planetlərin paradının dörd növü vardır: ✅ Mini parad — Günəşə nəzərən eyni sektordakı 3 planetin bir sırada düzülməsi ✅ Kiçik parad — Günəşə nəzərən eyni sektordakı 4 planetin bir sırada düzülməsi ✅ Böyük parad — Günəşə nəzərən eyni sektordakı 5-6 planetin bir sırada düzülməsi ✅ Tam parad — Günəş sistemindəki bütün planetlərin bir sırada düzülməsi (Pluton da bəzən bu paradda yer ala bilir) Mini paradlar nadir astronomik hadisələr hesab olunmurlar, çünki onlar ildə bir neçə dəfə eyni sırada müşahidə oluna bilirlər.

Günəş sistemindəki planetlər nə zaman bir sırada düzülür?

Planetlərin paradındakı ən önəmli nüanslardan biri bu hadisənin mükəmməl dərəcədə olmamasıdır. Yəni planetlər şəkillərdə göstərilən kimi düz xətt boyunca sıralanmırlar. Buna səbəb Günəş sistemində planetlərin heç biri mükəmməl şəkildə orbitdə qalmadığı üçün və üçölçülü fəzada fərqli orbitlər üzrə dövr etdikləri üçün mükəmməl şəkildə sıraya düzülməsi mümkün deyil.

4 iyul paradı

Proqnozlara görə iyulun 4-də ən nadir astronomik hadisə – bütün planetlərin – Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun planetləri və cırtdan planet sayılan Plutonun Günəşdən eyni istiqamətdə bir sırada düzülməsi gözlənilir. Bu düzülməni gecə səmada müşahidə etmək olacaq. Planetlərin belə paradı daha öncə 1982-ci ildə baş tutmuşdu. Bu zaman Merkuri və Venera planetləri Yer kürəsindən görünməsə də, demək olar ki, bütün planetlər fəzadə eyni istiqamətdə idilər. Növbəti parad isə 2161 və 2492-ci ildə baş tutacaq. Astronomik hadisədən olduğunuz yerin zamanına görə xəbərdar olmaq istəyirsinizsə, buradan lazımi proqramı endirərək, bildirişləri aktivləşdirə bilərsiniz.
 

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button