Yazar ol!
Sciencearc.com könüllülük əsasında müstəqil fəaliyyət göstərən media qurumudur. 2014-cü ildən fəaliyyətdə olan platformada indiyə qədər minlərlə unikal məlumat izləyicilərə çatdırılmışdır. Sizin də yazar kimi bacarıqlarınız varsa və komandamıza qoşulmaq istəyirsinizsə, özünüz haqqında məlumat və məqalələrinizi info@sciencearc.com e-mail ünvanına göndərə bilərsiniz.
Məqalənizin Sciencearc.com saytında dərc olunması və ya istifadəçi hesabı açılması üçün aşağıdakılar vacibdir:
- Şəkliniz və ya özünüz üçün uyğun hesab etdiyiniz görüntü
- Əsl adınız və soyadınız (əgər adınızın əvəzinə təxəllüslə iştirak etmək istəyirsinizsə, səbəbini izah edin);
- Qısa tərcümeyi-halınız, vəzifəniz, və ya özünüzü təcəssüm etdirəcək qısa ifadələr, həmçinin saytın “müəllif haqqında” bölməsində yerləşdirmək istədiyiniz məlumat.
- Azərbaycan dilini mükəmməl bilmək (saytdakı məqalələr ana dilimizdə yerli insanların məlumatlandırılması üçün nəzərdə tutulur).
Göndərilmiş məqalə üçün başlıq seçimi baş redaktorunun səlahiyyətlərinə daxildir. Redaktor, məqalənin başlığını dəyişmək, məqalənin kontekstini təhrif etmədən uyğun başlıq seçmək hüququna sahibdir.
Yazı üçün mövzuların əhatə dairəsi kifayət qədər genişdir: bloq, fərdi inkişaf, araşdırma, biznes, maliyyə, mədəniyyət, texnologiya, maraqlı faktlar, bioqrafiya, elm və bu sahələrin qolları. Qeyd etmək istərdik ki, saytın oxucularını ilk növbədə əsaslandırılmış və etibarlı rəylər maraqlandırır. Əlavə olaraq isə yazılan mövzunun bədiiləşdirilməsi, hekayələşdirilməsi və fərdi yanaşma da təqdir olunur.
Mətnlərin həcmi. Mətnin oxucular tərəfindən daha yaxşı qavranılması üçün bir yazıda 6000 işarə həcminə qədər yazıların təqdim olunması tövsiyə olunur. Daha böyük mətnləri hissələrə bölərək, o mövzuda seriyalar yarada bilər, «ardı var» şəklində dərc edə bilərsiniz.
Yazılar zamanı aşağıdakılar qadağandır:
a) Oxucuların, digər yazarların və sayt rəhbərliyinin şərəf və ləyaqətini təhqir edən təxribatçı ifadələr;
b) İstər açıq, istərsə də gizli şəkildə senzuradan kənar leksikadan istifadə
c) Dini, irqi, millətlərarası nifrətin, irqi, etnik, cinsi, dini, sosial əlamətlərinə görə düşmənçiliyin, yaxud ayrıseçkiliyin təbliği və qızışdırılması;
d) Yalan məlumatın yayılması;
e) Gizli və ya açıq reklam;
f) Separatizmin təbliği;
g) Vətəndaşların və ya təşkilatların işgüzar nüfuzunu və ləyaqətini alçaldan, gözdən salan, onlara qarşı təhlükədaşıyan məlumatlar;
h) Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərə çağırış.
Sayt siyasi məqalələri dərc etməmək hüququnu özündə saxlayır. Həmçinin redaksiya heyəti məqalənin dərcindən izahat vermədən imtina edə bilər.
Yazısı Sciencearc.com-da dərc olunan müəllif, materialın müəlliflik hüquqlarını Sciencearc.com-a verir. Bu halda saytda dərc olunan yazıların müəlliflik hüquqları qanunvericilik çərçivəsində qorunur.
Bütün materiallar yazarlar tərəfindən işlənərək hazırlanmalı və yalnız Sciencearc.com-a təqdim edilməlidir. Başqa KİV-lərə təqdim edilən, ya da hər hansı bir şəkildə (çap və ya onlayn) yayınlanmış məqalələr qəbul edilmir.