Müəllif hüquqları
1. Dəyişikliklər
Biz bəzən bu Şərtləri dəyişə bilərik, buna görə də vaxtaşırı Şərtləri nəzərdən keçirməyiniz tövsiyə olunur. Şərtlərin ən aktual və son versiyası (qüvvəyə mindiyi tarixdən etibarən) Saytdan istifadə zamanı təqdim olunacaqdır. Şərtlərdə dəyişiklik olunduqdan sonra Saytdan istifadə etməyə davam etdiyiniz təqdirdə, bütün dəyişiklikləri qəbul etmiş olursunuz.
2. Məxfilik siyasəti; Əlavə şərtlər
Gizlilik Siyasətimiz sizin təqdim etdiyiniz və ya Sayt və Xidmətlər vasitəsilə sizin haqqınızda əldə edə biləcəyimiz məlumatlarla bağlı təcrübələrimizi təsvir edir və Xidmətlərdən istifadə etməklə məlumatların Məxfilik Siyasətinə uyğun istifadəsinə razılıq verirsiniz. Saytdan istifadə zamanı əlavə şərtlər tətbiq oluna bilər. Bu şərtlər Saytımızda müvafiq bölmələrə əlavə olunacaq; əlavə dəyişikliklər bu şərtlərə istinad (link) yolu ilə birləşdiriləcək. Əgər mövcud şərtlərlə əlavə şərtlər arasında ziddiyyət olarsa, o zaman əlavə şərtlər üstün tutulacaq. Saytımızdakı püşkatma, yarışma və kampaniyalara əlavə yaş qaydaları, coğrafi ərazi məhdudiyyətləri kimi əlavə qaydalar və uyğunluq tələbləri də tətbiq oluna bilər, göstərilən qaydalara və tələblərə əməl etmək üçün məsuliyyət daşıyırsınız.
3. Əqli Mülkiyyət; Lisenziya
Sayt və xidmətlər (“Məzmun”) ilə əlaqəli məzmun, məlumatlar, dizaynlar, kod və materiallar əqli mülkiyyət və digər qanunlarla qorunur. Siz bu qanunlara və tətbiq olunan müəlliflik hüquqları, ticarət markası və digər qanuni bildirişlərə və ya məhdudiyyətlərə əməl etməlisiniz. Bu şərtlərə uyğun olaraq, Sayta yalnız şəxsi, qeyri-kommersiya məqsədli daxil ola və istifadə edə bilərsiniz. Sayt, xidmətlər və məzmuna dair bütün hüquqlarımızı qoruyuruq və icazəmiz olmadan Saytın, Xidmətləri, Məzmunu və ya onun hər hansı hissəsini başqa şəkildə kopyalamaq, çoxaltmaq, yaymaq, nümayiş etdirmək, icra etmək və ya yenidən yaratmaq olmaz. Saytdan və Xidmətlərdən istifadə üçün nəzərdə tutulan bu məhdud hüquqları transfer edə və ya sata bilməzsiniz
a. Viral Paylaşma
Şəxsi, qeyri-kommersiya məqsədli istifadə üçün müəyyən Məzmunu yenidən paylamağınıza açıq şəkildə icazə verə bilərik. Biz bu məzmunları yenidən paylaşmaq və ya hansı vasitələrlə (e-poçt, bloqlar) bölüşmək barədə məlumatları sizə bildirəcəyik. Biz bu səlahiyyəti istənilən vaxt ləğv edə bilərik. Əgər siz məzmunu yenidən paylaşırsınızsa, Siz açıq elan edilmiş Məzmunu redaktə edə və ya silə bilməlisiniz və ya istəyimizə əsasən dərhal redaktə edib silməlisiniz.
b. Kommersiya lisenziyaları
Məzmundan və ya Saytdan və Xidmətlərdən kommersiya məqsədli istifadə üçün yazılı şəkildə bizdən icazə almalısınız. Saytdan və Xidmətlərdən Məzmuna görə lisenziya əldə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
4. Qanuni şikayətlər
Science Arc əqli mülkiyyət hüquqlarına hörmət edir. Saytdakı məzmunun sizin müəllif hüququnuzu pozduğunu düşünürsünüzsə, müəllif hüquqları pozuntusu iddiası üçün nəzərdə tutulmuş prosedurlarımızı izləyin. Əgər müəlliflik hüququndan fərqli qanuni şikayətiniz varsa, zəhmət olmasa digər qanuni şikayətlər prosedurumuza əməl edin.
5. Üçüncü tərəf məzmunları
Biz zaman-zaman Saytımızda üçüncü tərəfin məzmununu paylaşır və ya üçüncü tərəflərin veb səhifələrinə bir başa keçid yerləşdiririk. Biz üçüncü tərəflərin məzmunlarının və ya veb saytlarının Saytımızda mütləq şəkildə yayımlanmasını təsdiqləmirik və onların fəaliyyət və qüsurlarına görə məsuliyyət daşımırıq. Üçüncü tərəflərin xidmətlərindən istifadə etməzdən öncə istifadə şərtlərini və məxfilik siyasətlərini nəzərdən keçirməyinizi tövsiyə edirik.
6. Məqbul istifadə
Sayt unikal formatda və görünüşdə Məzmunlar təqdim etmək üçün hazırlanmışdır. Bizim icazəmiz olmadan Saytın interfeysindən istifadə edə bilməməyinizlə razılaşırsınız. Biz öz qərarımıza əsasən Saytımıza yönəltdiyiniz bağlantı icazələrini rədd edə bilərik və tələbimizə əsasən yaratdığınız bağlantıları dərhal redaktə edə və ya silə bilərsiniz. Bu şərtləri məhdudlaşdırmadan Sayt və Xidmətlərimizdən aşağıdakı hallarda istifadə edə bilməzsiniz:
- Başqalarını təhdid etmək, alçaltmaq, böhtan atmaq, şərləmək, sui-istifadə etmək və ya digər şəxslərin hüququnu pozmaq və ya qeyri-qanuni fəaliyyətlə məşğul olmaq;
- Vulqar, alçaldıcı, səhv, qanunsuz, cinsi ayrı-seçkilik edən, irqçi, şiddəti, irqçi nifrəti və ya terrorizmi təşviq edən hər hansı saytdan bizim Sayta və Xidmətlərə birbaşa bağlantı yönəltmək;
- Saytı və Xidmətləri öz rəsmi loqolarından başqa bütün loqolarda bağlantı olaraq göstərmək və ya Technote tərəfdaşları ilə üçüncü tərəflər arasında saxta əlaqələr təklif etməklə bizi gəlirlərdən (reklam, marka və xidmət gəlirləri daxil olmaqla) məhrum edə biləcək fəaliyyətlər;
- Hər hansı şəxsin və ya fərdin qanuni hüquqlarını pozma (əqli mülkiyyət, məxfilik və ictimai hüquqlar daxil olmaqla) və ya bu istiqamətdə məlumatlar ötürmək, əqli mülkiyyət hüquqlarını və digər qanuni bildirişləri silmək və ya dəyişdirmək;
- Virus, casus proqramlar və digər zərərli kodları olan faylları ötürmək;
- Bizim icazəmiz olmadan reklam xarakterli məzmunlar paylaşmaq və ya xidmətlər təbliğ etmək;
- Saytdan və Xidmətlərdən istifadə edərək başqalarına müdaxilə etmək və ya Sayt və Xidmətləri başqa şəkildə pozmaq;
- Bu istifadəçilərin və Technote-un razılığı olmadan digər istifadəçilər haqqında şəxsiyyəti təyin edən məlumatları ötürmək, toplamaq və ya əldə etmək;
- Şəxsi məlumatları əldə etmək üçün avtomatlaşdırılmış proqramlardan istifadə etmək;
- Hər hansı şəxsi və ya qurumu təqlid etmək, bu və ya digər şəkildə mənsubiyyətinizi və ya ötürülmüş materialların mənşəyini təhrif etmək;
- Sizin istifadəniz üçün icazə vermədiyimiz Saytın və Xidmətlərin hər hansı hissəsinə giriş əldə etmək, şifrə ilə qorunan hesablara daxil olmaq, onların məlumatlarından istifadə etmək və ya digər şəxslərə öz hesabınızdan istifadə üçün icazə vermək.
7. Təminat
Science Arc təqdim olunan məlumatları gizli saxlamağa, məlumatları üçüncü tərəflərə ötürməyəcəyinə və bu məlumatların təhlükəsizliyinin təmin olunmasına zəmanət verir. Saytdan istifadə edərkən məlumatların təhlükəsizliyinin təmin olunması ilə bağlı çərəz siyasətini Saytın “Cookie Policy” bölməsindən oxuya bilərsiniz. Bunlarla yanaşı, gizlilik çərçivəsində Saytın tərkibində olan məlumatlar üçüncü tərəflərə aşağıdakı şəkildə ötürülə bilər:
- Hüquqi orqanlardan yazılı şəkildə tələb olarsa;
- Saytın mülkiyyət hüquqlarını qorumaq məqsədilə;
Science Arc Saytda özünə məxsus hissələrdə iş siyasətinə uyğun olaraq yerləşdirdiyi Banner və yönləndirmə tətbiqləri vasitəsilə digər platformalara yönləndirilən istifadəçilərin həmin platformalarda qarşılaşacağı məzmun və gizlilik siyasətinə görə məsuliyyət daşımır.
8. İmtina etmə; Məsuliyyət Məhdudiyyəti
Science Arc aşağıda qeyd olunmuş şərtlərə təminat vermir:
- Saytın və Xidmət platformalarının funksiyalarının və ya kodlarının xətasız daimi işləməsini;
- Bu xətaların tam həll edilməsini;
- Saytda və ya Xidmətlərdə əldə etdiyiniz informasiyaların gələcək tarixlərdə mövcudluğunu qorumasına.
Science Arc özünün məzmun yayımlama və “İstifadəçi Şərtləri”nə əsasən yayımlanan informasiyaların hər hansı şəkildə limitləşdirilməsinə və ya məhdudlaşdırılmasına çalışmır, lakin bu çərçivədə tətbiq olunan qaydalar pozulduğu təqdirdə məzmunların yayımlanması məhdudlaşdırıla bilər. Saytda yerləşdirilən məlumatlar “olduğu kimi”, “xətaları ilə” öz mövcudluğunu qoruyacaqdır. Saytdan istifadə tamamilə sizə məxsus prosesdir. Əgər Saytdan narazı olsanız, Saytdan və Xidmətlərimizdən istifadə etməyi dayandırmaq tamamilə sizin iradənizdən asılıdır. Saytımızdan istifadə etməklə məhsullarımıza zərər verməməyi, zərər verildiyi təqdirdə tətbiq olunacaq qanuni prosedurları qəbul edirsiniz.
9. Qanuni tətbiqetmə, Yeri və Yurisdiksiyası
Saytın və Xidmətlərin bütün hüquqları Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən qorunur. Saytdakı məlumatları icazəsiz istifadə etmək, çoxaltmaq, yaymaq, yenidən yayımlamaq və müəllif hüquqların pozmaq qadağandır. Bu sadalananların baş verdiyi təqdirdə Saytın və Xidmətlərimizin şərtlərini pozan şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunacaqlar.