Bioqrafiya

Bill Gates – insanların gələcəyi barədə proqnozları

Yer Kürəsi əhalisinin kəskin artımı, tərəqqi adına diktatura, iqlim dəyişilikləri və süni zəkaların inkişaf tendensiyası əvvəlki dövrlərə nisbətən daha da dərinləşib. Ancaq sonuncu barədə danışarkən ağıllara Bill Gates gəlir. O, özünə məxsus fikirlərə və uzaqgörənliyə sahib idi. Bill Gatesin fikrincə yaxın gələcəkdə insan sivilizasiyasını gözləyən təhlükələr yuxarıda sadalananlar arasından olacaqdır. Bill Gates öz müsahibələrinin birində gələcəyin problemləri və onların mümkün həll yolları barəsində danışıb.

Kasıblığın “yel dəyirmanları”

Microsoft şirkətinin qurucusu Bill Gatesin proqnozlarına görə 2030-cu ilə kimi insanlıq kasıblığın bütün formalarını aradan qaldıra biləcək. Bu təşəbbüs ilə bağlı BMT nəzdində bir sıra müzakirələr aparılmış və ortaya qoyulan fikirləri 193 ölkə dəstəkləmişdi. Lakin daha sonra Bill Gates öz müsahibəsində kasıblıqla bağlı bildirmişdi ki, növbəti onilliklərdən sonra da bəzi regionlardakı kasıb əhalinin payı dəyişməyəcək. Bill Gates ilə Melinda Gatesin rəhbərlik etdiyi xeyriyyəçilik fondunun yayımladığı hesabatında Bill Gates etiraf etmişdi ki, kasıblığın aradan qaldırılması prosesi ləngiyib. Bunun əsas səbəbi isə kasıb regionlarda əhali sayının artmasıdır. Produktiv və sağlam həyatın çətin olduğu ölkələrdə daha çox uşaq dünyaya gəlir.

Bu problemdən əziyyət çəkən ən böyük region Afrikadır. Analitiklərin hesablamalarına əsasən 2050-ci ilə kimi Afrika əhalisinin sayı 2 dəfə artacaq. Hətta kasıb əhalinin payı iki dəfə azalsa da, kasıb vəziyyətdə yaşayan insanların sayı əvvəlki kimi qalacaq. Bill Gates öz müsahibəsində məhz Afrika ölkələrinin bu vəziyyəti, onların səbəbləri və Asiya ölkələrinin yolu ilə getməsində yaşadığı çətinliklər barədə də fikirlərini səsləndirmişdi. Afrika kontinentinin problemləri coğrafi vəziyyət, düzgün fəaliyyət göstərən tədarük kanallarının olmaması, tarix, kolonializmin təsiri və həmçinin daxili siyasi problemlər (yəni ağıllı idarəetmə sisteminin olmaması) ilə əlaqəlidir.

Demokratiyasız iqtisadi yüksəliş

Bill Gates bildirib ki, hər hansısa ölkənin əhalisi orta həyat səviyyəsinə yüksəlirsə, həmin ölkənin siyasi arenasında uğurlu və effektivli rəhbərlər ortaya çıxır. Lakin tərəqqi və həyat şəraitinin yaxşılaşdırılması artıq demokratiya sözünün sinonimləri deyillər. “İqtisadi yüksəliş və demokratik azadlıq bizim istədiyimiz kimi heç də sıx əlaqəli deyillər” – deyə Bill Gates bildirib. Onun fikrincə hökumətin siyasi modeli ikinci dərəcəlidir. Əsas olan hakimiyyətin korrupsiya ilə mübarizə, təhsil və səhiyyə sahələrinin inkişaf etdirilməsi istəyidir.

“Tayvanın aktiv inkişafı dövründə avtoritar rejimi hökm sürürdü. Cənubi Koreya isə öz inkişafı dövründə diktatorun hakimiyyəti altında idi. Lakin sonradan onlar demokratik idarəetmə üsullarına keçdilər” – deyə Bill Gates öz müsahibəsində vurğulamışdı. Müsahibəsində Bill Gates vətəndaşlarının həyat şəraitlərinin yaxşılaşdığı, lakin siyasi modelinin əvvəlki kimi qaldığı Çin haqqında fikirlər səsləndirməmişdi, ancaq son dövrlərdə Çinin iqtisadi yüksəlişi barədə bir çox nəzəriyyə və fikirlər irəli sürülür.

Bilinməyən gələcək

Bill Gates İnformasiya texnologiyaları sahəsinin liderləri və planetin ən varlı şəxsləri ilə əlaqə saxlayır. Lakin buna baxmayaraq heç özü də bilmir ki, yaxın gələcək necə olacaq. Bundan əlavə olaraq onun fikrincə yaxın gələcək barəsində olan proqnozlar təmkinli və ehtiyatlı olmalıdırlar. Onun fikrincə hətta 50 ildən sonra belə bizi nələrin gözlədiyini söyləmək çox çətindir. Lakin sürətli inkişaf modelləri və varlı-kasıb təbəqə arasındakı balansın pozulması onu göstərir ki, gələcəkdə insanlar daha böyük resurs və biliklərə sahib ola biləcəklər. Bu isə o deməkdir ki, onlar üçün gələcək ilə bağlı proqnozların tərtib olunması daha asan olacaq. Müsahibəsində Bill Gates inkişaf baxımından şübhə duymadığı 3 sahənin də adını çəkib: İqlim dəyişiklikləri, qlobal pandemiyalar və kütləvi qırğın silah ilə mübarizə.

Süni ət qalib gələcək

İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün insanlar öz qidalarına fikir verməlidirlər. Bir sıra mütəxəssislər yarı-vegeterian pəhrizinə keçid etməyi məsləhət görürlər. Bu pəhriz özündə heyvan mənşəli məhsulların kiçik hissəsini birləşdirir. Bill Gates özü isə ətin bitki tərkibli analoqlarına üstünlük verir. O, “Impossible Foods” və “Beyond Meat” kimi startapları dəstəkləyir. Həmin startaplar heyvan məhsullarından istifadə etməyərək ətin inandırıcı analoqunu yaradırlar. Bundan əlavə olaraq o, həmçinin süni ət istehsalı ilə məşğul olan “Memphis Meats” şirkətinə də investisiyalar yatırır. “Mən inanıram ki, müəyyən müddətdən sonra süni ət geniş məşhurluq qazanacaq” – deyə Bill Gates öz müsahibəsində bu məsələyə diqqət çəkmişdi. Onun fikrincə bu halda mal-qaranın sayı azalacaq, lakin həmçinin heyvanlar da artıq əziyyət çəkməyəcəklər.

Sizə maraqlı ola biləcək yazı: Stephen Hawking – astrofizik haqqında bilinməyənlər

Süni zəka

Bill Gates, real problemləri unudaraq süni zəkanın qlobal risklərindən danışan mütəxəssisləri tənqid edir. Məsələn onlar malyariya xəstəliyi ilə mübarizəni o qədər də önəmsəmirlər. Onun fikrincə bir çox tərtibatçılar süni zəkanın riskləri barəsində danışmaqla yanaşı süni zəkanın inkişafına təkan verən texnologiyalar da hazırlayırlar. O, süni zəka barədə vurğulayırdı: “Onlar süni zəka üzrə təcrübələr aparmağı sevirlər. Alqorimtlərlə çalışmaq əyləncəlidir. Tərtibatçılara elə gəlir ki, onlar riskləri azaldırlar. Lakin mən buna heç bir sübut görmürəm.” Həmçinin onun fikrincə böyük məlumatlar gələcəkdə dəyərli resurslara çevrilməyəcəklər. Daha öncədən o bildirmişdi ki, Yer kürəsi əhalisinin sayının artması ilə böyük məlumatların deyil, torpağın qiyməti yüksələcək.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Bunları da oxumadan keçməyin
Close
Back to top button