Sciencearc Bülleten

#1. Başlamaq həmişə çətindir…

👋🏻 Salam dostlar,

Bu aydan etibarən saytımızda aylıq bülleten yayımlamağı qərara almışıq. Bülleten hazırlamaq digər yazılara nisbətən çətindir, çünki oxuculara dəqiq və vacib informasiya çatdırmaq lazımdır. Əgər bülletenlərimiz sizin marağınıza səbəb olsa, sonrakı aylarda da yazmağı düşünürük. Əgər bülletenlərdəki nəşrlərdən xəbərdar olmaq istəyirsinizsə, aşağıda yerləşdirdiyimiz linkə keçid edib abunə ola bilərsiniz. Saytda nəşrlər yayımlandıqda sizin email adresinizə xəbərdarlıq emaili göndəriləcək.

Emailinə gəlməsini istədiyiniz yazılar üçün buradan abunə olun 👉🏻 Science Arc aylıq bülleten

Əgər yazılar xoşunuza gəlməsə və ya faydalı olmasa, abunəliyi dayandıra bilərsiniz.

🔥 Elə isə başlayaq!

🔍 Bülletenə nələr daxildir?

  • Ayın sitatı
  • Kitab tövsiyələri
  • Səmərəlilik məsləhətləri
  • Əsas xəbərlər (siyasi, iqtisadi, və texnoloji)
  • Həftənin tətbiqi (mobil və ya kompyuter)
  • Motivasiya hekayələri
  • Karyera məsləhətləri
  • Maraqlı elmi məqalələr və yazılar
  • Başqaları tərəfindən yazılan faydalı və maraqlı bloq yazıları
  • və daha çoxu..

📚 Kitab tövsiyəsi

🎙 İlk həftənin kitab tövsiyəsi David İqlmanın müəllifi olduğu “İnkoqnito” kitabıdır (David Eaglemen – Incognito). Kitab olduqca maraqlıdır və insan beyninin işləmə prinsiplərindən bəhs edir. Bu barədə YouTube kanalımızda video hazırlamağı da planlaşdırırq. İndidən, abunə ola bilərsiniz.

ℹ️ İnkoqnito beynimizin şüursuz hissəsini — daim bir-biri ilə mübarizə aparan, hərəkətlərimizə, diqqətimizə və düşüncələrimizə təsir edən mürəkkəb neyron şəbəkələrini araşdırır. Əksər hallarda, özümüz seçim etdiyimizi düşünsək də, əslində hərəkətlərimizə və düşüncələrimizə belə nəzarət edə bilmirik. Beyin haqqında mürəkkəb terminologiya olmadan elmi kitab oxumaq istəyirsinizsə, bu oxumalı olduğunuz ən yaxşı kitabdır. Bu kitab həyata baxış bucağınızı və dünyagörüşünüzü dəyişəcək.

📍 Ayın sitatı

“Başlamaq üçün şərtlərin mükəmməl olmasına qədər gözləməyin. Başlanğıc şərtləri mükəmməl edir.”

Alan Cohen

📜 Əgər iş üçün müraciət edirsinizsə…

Yaxşı hazırlanmış CV və effektiv yazılmış motivasiya məktubu (cover letter) iş üçün müsahibə və işə qəbul prosesini olduqca asanlaşdıra bilər. Əksər insanlar bu sənədlərə ya layqeyd yanaşır ya da nəticə əldə edə bilməyəcəyi tərzdə hazırlayır.

Mükəmməl CV hazırlamaq üçün 5 qızıl qayda | Nümunələrlə ətraflı izah

CV barədə həm saytımızda, həm də YouTube kanalımızda faydalı resurs paylaşmışıq. Aşağıdan həmin yazını oxuya, videonu izləyə bilərsiniz. Motivasiya məktubu barədə isə maraqlı mənbə bölüşmək istəyirik. Məqalə motivasiya məktubunu necə yazmaq və müsahibəyə dəvət almaq üçün necə formatlamaq barədə bəhs edir. Həmin məqaləni buradan oxuyun: Mükəmməl CV hazırlamaq qaydası – 2022

📬 Ayın bloq yazısı…

Başlamaqdan bəhs ediriksə, elm adamlarından danışmaq mütləqdir. Çünki onların töhfələri sayəsində bu gün bu qədər resurs və informasiyaya malikik. Bəşəriyyət özünü dərk etməyə başladığından bəri insanlar daim maraqlanır, sorğulayır, suallarına cavab axtarır. Dünya tarixində minlərlə elm adamı olsa da, onlardan bəziləri öz fikir və kəşfləri ilə iz qoymağı bacarıb. Çünki bilinməyən bir şeyi kəşf etmək və araşdırmaq olduqca çətindir. Bu yazımızda tarixə iz qoymuş məşhur elm adamları və onların elmə töhfələrindən bəhs edirik.

Buradan oxuyun 👉🏻 Tarixə iz qoymuş məşhur elm adamları

Hələlik bu qədər, növbəti yazılarımızda görüşənədək.

Back to top button