Biography 📜

Milyonları xilas edib, həyatına son qoyan elm adamı

Elm adamları həmişə dünyanın taleyini təyin edən faktorlardan biridir. Onların əməyi olmasa, bu gün gördüyümüz mövcud texnologiya və şərait bəlkə də çox geridə olardı. Bu gün haqqında bəhs edəcəyimiz elm adamı sözün məcazi mənasından qaranlığın və aydınlığın tək bədəndə təzahür etdiyi, bəlkə də həqiqətlərin acı olduğunun yeganə sübutu olan Fritz Haberdir. O, həm insanların aclıqdan ölməsinin qarşısını almış, həm də cəsəd yığınları ilə dolu kütləvi qəbirlərə səbəb olan kimyəvi silahların hazırlanmasında mühüm rol oynayıb.

Fritz Haber 1868-ci ildə Prusiyanın Breslau şəhərində ziyalı yəhudi ailəsində dünyaya göz açmışdır. Alman kimyagər 1886-cı ildə həmin zamanların ən məşhur kimyaçıları olan Robert Bunsen və Carl Liebermannın tələbəsi olaraq kimya araşdırmalarında yer aldı. 1891-ci ildə Friedrich Wilhelm Universitetində kimya üzrə doktorantura təhsilini tamamladıqdan sonra 1894-cü ildə Karlsruhe Universitetində professor olaraq çalışmağa başladı.Fritz Haber

Kimyanın Mələyi

Fritz Haber 1911-ci ilə qədər Carl Bosch ilə birlikdə işlədi və araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaratdılar. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar.

Beləliklə, sənaye miqyasında gübrə istehsal etməyə imkan verən ikilinin ixtirası sayəsində məhsullar həm həcmdə böyüdü, həm də milyonlarla insanı qidalandırmaq üçün lazımlı qidalar çox ucuzlaşdı. Bu ixtiradan sonra Haber 1918-ci ildə Nobel mükafatına layiq görüldü. Hal-hazırda Haber-Bosch prosesi ammonyak istehsalında geniş istifadə olunur. Bu texnika ilə istehsal olunan gübrələrdən qida istehsalında istifadə olunur.

Fritz Haber

Ayın qaranlıq üzü

Əgər Fritz Haber Nobel mükafatını aldıqdan sonra araşdırmalarını eyni istiqamətdə davam etdirsəydi, o zaman bəşəriyyət tarixinin ən böyük xilaskarı kimi xatırlana bilərdi. Lakin Birinci Dünya müharibəsinin başlaması ilə birlikdə Fritz Haber üçün də qaranlıq dövr başlanır. Alman Müdafiə Nazirliyi ona o dövrdə “kimyəvi müharibənin atası” ünvanını vermişdi. Buna səbəb müharibə dövründə işlədiyi qrup ilə birgə ixtira etdiyi Xlor qazı idi. Həmin dövrdə Haber yəhudilikdən də imtina etmişdi, çünki artan antisemitist təzyiqlər onun akademik mövqeyinə zərər verirdi.

Buna baxmayaraq, olduqca vətənpərvər idi. Onun ixtira etdiyi Xlor qazı digər zəhərli qazlarla birlikdə səngərlərə atıldıqda ölümcül təsir edirdi və bu, almanlara müharibədə üstünlük qazandırmışdı. Hətta zəhərli qazların tənəffüsə hansı zaman aralığında təsir etdiyini də hesablayaraq “Haber qanunu”nu da kimya elminə gətirmişdi.

Fritz Haber

Haberin ölümü

Müharibə dövründə geri dönüşü mümkün olmayan bir yola girən Haber, daha sonra Almaniya üçün gizli kimyəvi silahlar hazırlamağa davam etdi. Nəticədə Almaniya onun vətəni idi və vətənini qorumaq üçün bütün biliyindən istifadə edirdi. Almanlar onu Kaiser Wilhelm İnstitutunun rəhbəri təyin etdi. 1931-ci ildə isə yəhudilikdən imtina etməsinə baxmayaraq, artan təzyiqlər ondan da yan keçmədi.

O, həmin illərdə rəhbərlik etdiyini institutda işləyən yəhudilərin işlərinə son qoyulması qərarına qarşı gələrək, onların yeni iş yeri tapana qədər olduqları yerdə davam etmələrinə çalışırdı. 30 aprel 1933-cü ildə istefa etdikdən sonra Birinci Dünya müharibəsində düşmən olduğu ingilis kimyagərlərin köməyi ilə Berlini tərk etdi.

Həmin dövrlərdə onun sağlamlığında ciddi problemlər var idi. Haber 1934-cü ildə 65 yaşında ürək çatışmazlığından dolayı vəfat etdi. Ancaq ölümündən sonra onun yaratdığı kimyəvi qazlar ən çox Nazi rejimi tərəfindən istifadə olundu. Hətta bundan sonra Nazi rejimi Fritz Haberin işlərindən istifadə edərək daha da dəhşətli qazlar ixtira etdilər. Nazi rejimin istehsal etdiyi Zyklon B qazı Nazi kamplarında milyonlarla yəhudinin öldürülməsində istifadə olundu.

Fritz Haber bəşəriyyət tarixində öz imzasını qoydu. Ancaq onun ölümündən sonra miras qoyduğu tək sual var: Haber qıtlığın qarşısını alan bir dahi idimi, yoxsa milyonlarla insanın ölümünə səbəb olan canimi?

What's your reaction?

Excellent
4
image/svg+xml Happy
3
In Love
4
Wow
2
Funny
1
Azimoff
Academic researcher, writer, blogger

    You may also like

    Leave a reply

    Your email address will not be published. Required fields are marked *