Bioqrafiya

Steve Jobs haqqında bilinməyən 15 maraqlı fakt

Steve Jobs dünyanın ən məşhur insanlarından biri idi. Apple şirkətinin yaradıcısı, şirkətin bu qədər güclü və rəqibsiz olmasının səbəbkarı olan Steve Jobsun həyatı çox uğurlu olmuşdur. Maşın qarajında yaradılan şirkət bu gün dünyanın ən dəyərli texnologiya şirkətidir. Bu məqalədə Steve Jobs haqqında maraqları faktları nəzərinizə çatdıracağıq.
 
1. Həyat xronologiyası:
1973-cü il: Universiteti tərk edir.
1976-cı il: Apple şirkətini qurur.
1985-ci il: Apple şirkətindən qovulur və NexT şirkətini qurur.
1986-cı il: PiXaR şirkətini satın alır.
1996-cı il: Apple şirkətinə yenidən geri dönərək CEO vəzifəsini icra edir.
2006-cı il: PiXaR şirkətini rekord qiymətə satır.
 
Steve Jobs
2. Steve Jobs Alexander Graham Bell, Albert Einsteyn və Henry Ford kimi öyrənməkdə çətinlik çəkməsinə səbəb olan disleksiya xəstəliyinə sahib idi.
3. Steve Jobs əslində dəcəl biri olub.
4. Steve Jobsun iş kartının nömrəsi 0 (sıfır) olmuşdur. Şirkət qurulduqdan sonra rəhbərliyin qərarı ilə burada işləyən hər kəs iş kartı almalı və işə daxil olma sırasına görə nömrə götürməli idi. Şirkətin ikinci mühəndisi və ortağı Steve Wozinak 1 nömrəli iş kartını götürdüyü üçün Steve Jobs 2 nömrəli iş kartını götürmək məcburiyyətində qalmışdı. Amma daha sonra Steve Jobs, özünün 1-cidən əvvəl gəldiyini deyərək 0 nömrəli iş kartını tərtib etdirdi.
 
Steve Jobs
 
5. Steve Jobs kompyuterlərlə 15 yaşında tanış olmuşdu. Onu tanış edən isə Hewlett Parkda mühəndis kimi işləyən Larry Lang idi. Məhz bundan sonra o, ilk kompyuterinə sahib oldu.
6. Steve Jobs yazıları bəzəyərək yazmağı sevirdi. Xəttatlıqla yaxından maraqlanırdı. Bu səbəbdən Makintoşda olan xoş görünümlü yazıların stilini o, dizayn etmişdi.
7. Təmiz deyildi. Hətta Ataridə işlədiyi müddətdə bir gün gecə təmizləməsinə aparılmışdı. Çünki çox pis qoxur və özünə baxmırdı.
8. İlk kostyumunu isə 22 yaşında almışdı. Almasına səbəb də 1977-ci ildə Apple II-ni təqdim etmək üçün qatıldığı bir sərgidə kostyum geyinmək şərtinin olması idi.
 
Bu yazı da sizə maraqlı gələ bilər: 

Apple şirkətinin işə qəbul zamanı verdiyi 31 qəribə sual
9. St.Croix qara kaşmir və ipək boğazlı köynək, Levis markalı göy şalvar, New Balance markalı idman ayaqqabısı onun gündəlik geyimi idi. Hətta iddialara görə bunlardan onda 100lərlə var idi.
Steve Jobs
 
10. Bir dəfə onun səhvən öldüyü yayımlanmışdı. 2008-ci ildə Bloomberg öldüyü haqqında məlumatı kabel kanalı ilə göndərmiş və bu xəbər qlobal mediaya bomba kimi düşmüşdü.
11. Meyvələri çox sevirdi. Elə şirkətin adının “Apple” olması da buna bağlı idi. Bununla yanaşı bu ad ilə bağlı bir sıra iddialar mövcuddur. Almanı çox sevirdi. Steve ailəsi həmçinin vegetarian idi. Heç vaxt ət məhsulları almırdı.
 
12. Pepsi şirkətinin prezidentini öz şirkətinə gətirməyə nail oldu. John Sculleyi Apple CEOluğuna gətirə bilmək üçün ona belə demişdi: “Bütün həyatın boyunca şəkərli su satmaq istəyirsən, yoxsa dünyanı dəyişdirmək istəyirsən?”
Steve Jobs
13. Steve Jobs Apple CEOsu olaraq ildə 1 dollar maaş alırdı. Disney hissələrindən isə illik 48 milyon dollar gəlir əldə edirdi.
14. Steve Jobs “Forbes” jurnalının ən zənginlər sırasında 136-cı yerdə idi. Sərvəti isə 5.5 milyard dollar idi.
15. Zarafat etməyi sevirdi. 2007-ci ildə Macworld tədbirində iPhone 4 cihazını təqdim edərkən Starbucksa zəng etmiş və 4000 südlü qəhvə sifariş vermişdi.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Bunları da oxumadan keçməyin
Close
Back to top button