Həqiqətən neçə dostumuz var?
Müasir dövrdə internet və sosial media öz əhatəmizi genişlədərərək dünyanın hər yerindən insanlarla əlaqə yaratmağımıza imkan verir. Vəziyyət belə olduqda bizə elə gəlir ki, sanki minlərlə dostumuz ola bilər. Ancaq tanınmış ingilis antropoloq Robin Dunbarın araşdırmalarında əldə etdiyi nəticələr bunun tam əksini sübut edir. 2016-cı ilə yayımlanan bir hesabata görə həyatımız hər nə qədər bir-birinə bağlı olmuş olsa belə, eyni anda yalnız 5 ən yaxın dostluq münasibətini davam etdirə bilirik.
Robin Dunbarın adını daha əvvəl eşitməmişsinizsə də, nəzəriyyələrindən biri sizə tanış gələ bilər. Dunbar ədədinə görə bir insanın istənilən zaman intervalında dayanıqlı sosial münasibət və ya dostluq qura biləcəyi insanların təqribi maksimum sayı 150-dir. O özü qısaca bu 150 insanı belə təsvir etmişdir ki, təsadüfi olaraq “pub”da bu qrupa daxil olan insanlardan biri ilə qarşılaşsanız, o sizi dəvət etməsə belə, heç bir utanc hissi keçirmədən onunla içki içməyə qoşulardınız.
Tanınmış antropoloq bu dəfə də bir insanın neçə “ən yaxın” dostu ola biləcəyini araşdırıb. O bildirir ki, yuxarıda qeyd olunan 150-ə yaxın dostun bir hissəsinin şəxsə digərlərindən daha yaxın olması məntiqli ehtimaldır. Məsələn, bu 150 nəfərin hər birilə münasibətimiz olsa da, ən səmimi fikir və hisslərimizi onların hər birilə bölüşmürük. Robin Dunbarın fikrincə 150 nəfərdən bizə ən yaxın olan şəxslərin sayı təqribən 5 nəfərə qədər olur. Onun əvvəlki nəzəriyyəsində qeyd etdiyi 150 nəfərlik sosial çevrəmizi nəzərə aldıqda bu rəqəm xeyli kiçik qalır.
Ümumən antropoloq insanın sosial əhatəsini təbəqələr şəklində təsvir edir. Dostluq sərhədi ən yaxın dostların olduğu 5 nəfərlik qrupdan başlayaraq genişlənməyə başlayır. Növbəti dost təbəqəsi çox yaxın olduğumuz orta hesabla növbəti 10 nəfəri əhatə edir. Bundan sonra isə çox daha aşağı münasibətimiz olan 35 nəfərlik dost qrupu yer alır. Nəhayət Dunbarın sıralamasında 100 nəfərdən ibarət sonuncu təbəqə yer alır və 150 nəfərlik sosial çevrəmiz tamamlanmış olur. Yəni Dunbar ədədinə görə ən yüksək saya çatmış oluruq.
Robin Dunbar və digər araşdırmaçılardan ibarət qrup bu nəticəyə gəlmək üçün Avropada yerləşən və adı verilməyən bir ölkədə 35 milyon insan tərəfindən edilən 6 milyard telefon danışığını analiz etmişdir. Daha sonra çoxluq alqoritmlərindən istifadə olunmuş, bir sıra qəliblər müəyyənləşdirilərək (məs. zəng edilən şəxslər geri zəng etmişdilərmi?) yuxarıda qeyd olunan sosial təbəqələrin hər biri üçün göstəricilər əldə edilmişdir.
Araşdırmalar nəticəsində ən çox müxtəliflik orta sırada yer alan iki təbəqədə (10 və 35-lik) müəyyənləşdirilmişdir. Tədqiqatçılara görə bu vəziyyət iki şeyi düşünməyə səbəb olur: introvert (“daxilə” meyilli) və ekstravert (“xaricə” meyilli) şəxslər arasındakı fərq və ya zamanla dəyişən dostluq münasibətlərinin nəticəsini…
Sizə maraqlı ola biləcək yazı: Bu dünyaya oturmağa gəlməmişik
Tədqiqatçı qrup məlumatları analiz edərkən müntəzəm olaraq geri dönüş edilməyən zəngləri hesaba qatmamaqla iş məqsədilə həyata keçirilən zəngləri aradan çıxarmağa çalışıb. Bundan başqa, onlar telefonlarından çox istifadə etməyən şəxsləri də nəzərə almayıblar. Çünki bu şəxslər öz sosial çevrələrilə böyük ehtimalla başqa vasitələrlə əlaqə qururmuşlar. (Yeri gəlmişkən ən çox zəng edən şəxslər gün ərzində orta hesabla 40-dan çox zəng ediblər.)
Tədqiqatçılar eyni zamanda şəxsin sosial münasibətlərinin telefon zənglərindən daha geniş anlayışları əhatə etdiyini qeyd edir və qəbul edirlər. Buna görə də sadəcə telefon zənglərini analiz edərək bir nəticəyə gəlmək çox çətindir. Bununla belə qeyd olunan araşdırmada istifadə olunan məlumatlar (2007-ci ildən) bu gün çox geniş şəkildə istifadə olunan smartfonların və onlayn sosial şəbəkələrin sürətli inkişafından daha əvvəlki dövrü əhatə edir. Bu səbəbdən daha müasir təsirlər və çətinliklər nəzərə alınmamışdır. Çünki geniş olaraq istifadə edilmirdilər.
Tədqiqatçı qrup: “Təbəqələşmiş struktura yönəlməyə dayir güclü sübutlara nail olduq”, – deyə yazırlar öz məqalələrində. “Lakin bununla birgə ayrı-ayrı təbəqələri müəyyənləşdirmək olduqca çətindir… Nəticələr az elementli təbəqəyə işarə edir və xaricdəki iki təbəqə üçün gözəl dəstək təqdim edir.”
Bir sözlə, əgər dost qrupunuza yeni bir şəxs əlavə etmək istəsəniz, bunun üçün əvvəlcə qrupdakı başqa biri ilə aranıza məsafə qoymuş olmalı ola bilərsiniz. Bu, Robin Dunbarın müəyyən etdiyi bütün dost təbəqələrinə aiddir.
Məqaləni endirib oxumaq üçün buradan istifadə edin.