Productivity

Eisenhower Qərar Matrisi: Təcili və Vacib Tapşırıqları Necə Ayırmaq olar

Dwight Eisenhower, təsəvvür edə biləcəyiniz ən məhsuldar həyatlardan birini yaşamışdır.

Eyzenhauer, ABŞ-ın iki dönəm (1953 – 1961) vəzifə yerinə yetirmiş 34-cü prezidenti idi. Vəzifədə olduğu müddətdə ABŞ -da ölkədaxili quruyolu sisteminin inkişafı, internetin istifadəyə verilməsi (DARPA), kosmosun araşdırılması (NASA) və alternativ enerji mənbələrinin istifadəsi (Atom Enerjisi Qanunu) kimi layihələri başlatmışdır.

Prezident olmazdan əvvəl Eyzenhauer, ABŞ Ordusunda beş ulduzlu bir general idi, İkinci Dünya Müharibəsi zamanı Müttəfiq Qüvvələrin Ali Komandanı olaraq xidmət etmiş və Şimali Afrika, Fransa və Almaniyaya hücumların planlaşdırılmasından və icra edilməsindən məsul idi.

Həyatının müxtəlif mərhələlərində, Kolumbiya Universitetinin prezidenti olaraq xidmət etdi, NATO -nun ilk Ali Komandanı oldu və bütün bunlarla yana qolf və yağlı boya kimi hobbilərlə məşğul olmaq üçün də vaxt tapırdı.

Eyzenhauer, məhsuldarlığını yalnız həftələrlə və ya aylarla deyil, onilliklər ərzində qoruyub saxlamaq üçün inanılmaz bir qabiliyyətə sahib idi. Və bu səbəbdən onun zaman idarəetməsi, layihə idarə etməsi və məhsuldarlıq metodlarının bir çoxları tərəfindən araşdırılması və öyrənilməsi təsadüfi deyil.

Ən məşhur məhsuldarlıq strategiyası Eisenhower Matrix (və ya Eisenhower Box) olaraq bilinir və istifadə edə biləcəyiniz sadə bir qərarvermə metodudur. Gəlin, məhsuldar olmağın yollarından və Eyzenhauer strategiyasının necə işlədiyindən danışaq.

Eisenhower matrisi: necə daha məhsuldar olmaq olar

Eyzenhauerin işə başlamaq və onları idarəetmə strategiyası sadədir. Aşağıdakı qərar matrisindən istifadə edərək işlərinizi dörd ehtimala əsasən ayıracaqsınız.

  1. Təcili və vacib (dərhal edəcəyiniz işlər).
  2. Vacib, lakin təcili deyil (daha sonra etməyi planlaşdıracağınız işlər).
  3. Təcili, lakin vacib deyil ( başqasına həvalə edəcəyiniz işlər).
  4. Nə təcili, nə də vacib (ləğv edəcəyiniz işlər).

Təcili və Vacib arasındakı fərq

Vacib olan şey nadir hallarda təcili, təcili olan isə nadir hallarda vacibdir.

-Dwight Eisenhower

Təcili işlər, onlara dərhal reaksiya verməyiniz lazım olan şeylərdir: email-lər, telefon danışıqları, mətnlər, xəbərlər. Bu arada, Brett McKay-in sözləri ilə desək, “Vacib vəzifələr uzunmüddətli missiyamıza, dəyərlərimizə və hədəflərimizə töhfə verən şeylərdir.”

Məşğul olmaq məhsuldar olmaq ilə eyni şey deyil. Saatlarla vaxt sərf edə bilərsiniz və günün sonunda uzunmüddətli məqsədlərinizə çatmağa yaxın ola bilməzsiniz. Bu, vaxtınızından istifadə üçün səmərəsiz və emosional olaraq yorucu bir yoldur.

Məsələ işlərimizi prioritetləşdirməklə bağlıdır. İnsanlar, uzunmüddətli hədəflərindən asılı olmayaraq, zamana həssas olan işlərini hər hansı digər işdən üstün tuturlar.

Təcili işlərə çox vaxt ayırdığımız zaman siyahımızdakı vacib işlərə laqeyd yanaşırıq. Daim özümüzü məşğul etməklə hədəflərimizə çatmaq üçün çalışmaq fürsətindən məhrum oluruq.

Təcili və vacib vəzifələri ayırd edərək daha çox vaxt və enerjininizi ən vacib işlərə yönəldə bilərsiniz.

İşlərinizi prioritetləşdirmək

Birincisi, matrisdə vaxtınızı nələrə sərf etdiyinizi qiymətləndirin. Bir həftə ərzində onları izləyin. 

Bir həftə sonra, tamamladığınız tapşırıqları meyar olaraq aşağıdakı suallardan istifadə edərək müvafiq kvadrata daxil edin:

  1. Bu iş mənim üçün təcili idi?
  2. Bu iş mənim üçün vacib idi?

Bir ay ərzində hər həftə yuxarıdakı proseduru təkrarlayın. Əziyyətinizin bəhrəsini görmək üçün hər həftənin nəticələrini müqayisə edin.

Back to top button