Bioqrafiya

Bill Qeytsin proqnozları və gözü ilə 2022-ci il

2015-ci ildə baş tutan bir çıxışında dünyanın ən zəngin insanlarından olan Bill Qeyts bəşəriyyəti şəhərlərdə yayılacaq bir virusun necə təhlükəli ola biləcəyi ilə bağlı xəbərdar etmişdi. 2019-cu ildən davam edən Covid-19 pandemiyası B.Qeytsin sözlərinin acı gerçəkliyini hər gün bütün insanlığa təkrarlamaqda davam edir.

Sözlərinin həqiqətə çevrilməsi ilə milyarderin elm-texnologiya və müasir dünyanın gələcəyi ilə bağlı proqnozları artıq daha diqqətlə və yaxından izlənilir. 2021-ci ilin yekunları ilə bağlı özünün “GatesNotes” adlı bloqunda növbəti yazısını paylaşan B.Qeyts, eyni zamanda 2022-ci ilə dair proqnozlarını da qeyd edib.

Beləliklə, Bill Qeyts 2022-ci il ilə bağlı proqnozları ilə bağlı aşağıdakı düşüncələrini səsləndirib.

Covid-19 pandemiyasının ən pis dövrü 2022-ci ildə keçmiş olacaq.

Bill Qeyts inanır ki, pandemiyanın ən pis dövrü 2022-ci ildə artıq arxada qalacaq. Ancaq bu, hər şeyin 2019-cu ildə olduğu kimi əvvəlki vəziyyətinə qayıdacağı anlamına gəlmir.

Növbəti 2-3 il ərzində iş görüşlərinin, iclasların Metaverse daxilində keçirilməsi geniş yayılacaq.

Bill Qeyts də Mark Zukerberq kimi Metaversin üfüqdə görünən yeni texnologiya olması fikrindədir. O, Metaversin iclasların keçirilmə formasını kökündən dəyişdirəcəyinə inanır. Milyarder bu barədə düşüncələrini aşağıdakı sözlərlə ifadə edir:

“Düşünürəm ki, yaxın 2-3 il ərzində əksər virtual iclaslar 2D kamera görüntülərindən 3D rəqəmsal avatarları özündə əks etdirən Metaversə keçəcək. Həm "Facebook" ("Meta"), həm də "Microsoft" qısa müddət əvvəl bu barədə görüşlərini açıqladılar və bu da bir çoxlarına bunun necə görünəcəyinə dair ilk fikirlər vermiş oldu. ”

İnsanlar artıq evlərindən çıxmadan səhhətləri ilə bağlı diaqnoz qoya bilmək imkanına malik olacaqlar.

Bu haqda isə Bill Qeytsin fikirləri belədir: “Hazırda, illik müayinənizin vaxtı çatdıqda həyati orqanlarınızı yoxlatdırmaq və qan alınması üçün həkiminizin olduğu klinikaya baş çəkməlisiniz. Bəs evinizdə həkiminizin qan təzyiqinizi ölçmək üçün uzaqdan idarə edə biləcəyi bir cihaz olsa necə olar? Həkiminiz necə yatdığınızı və aktiv ürək döyüntünüzün nə qədər olduğunu görmək üçün smart saatınızdan toplanmış məlumatlara baxa bilsə, həmçinin qanınızı sizə yaxın olan əlverişli yerdə, bəlkə də nəticələri birbaşa həkiminizə göndərən yerli aptekinizdə yoxlatdıra bilsəniz nə edərdiniz? Başqa bir şəhərə köçsəniz belə, sevimli həkiminizə hələ də müraciət edə biləcəyinizi bir düşünün.”

Ola bilsin ki, alzeymer xəstələri üçün qan testi istifadə üçün təsdiqlənəcək.

Bill Qeyts qaçılmaz olduğuna inandığı bir çox tibbi irəliləyişlərə, o cümlədən, alzeymer xəstəliyi üçün qan testinə dair son dərəcə nikbindir. Onun fikrincə, 2022-ci ildə diqqət yönəltmək vacib olan başqa bir sahə alzeymer diaqnozudur. Son zamanlar bu sahədə böyük irəliləyiş əldə edildiyini vurğulayan Bill Qeyts fikirlərini belə ifadə edir:

"Görünən odur ki, alzeymer xəstələri üçün ilk münasib qiymətli və əlçatan qan testi 2022-ci ildə təqdim olunacaq. Bu test, hal-hazırda müalicəsi və ya onu yavaşlatmaq üçün yolu olmayan xəstəliyi olan insanlar üçün oyunu dəyişdirməsə də, müalicə axtarışında irəliləyişi sürətləndirəcək."

2022 “yeni normal” il olacaq.

Bill Qeyts pandemiyanın ən pis dövrünün 2022-ci ildə başa çatacağına inandığını bildirərək, Covid-19 böhranının bir çox qalıqları davam etsə belə, normal vəziyyətin yeni bir versiyasına daxil olacağımızı söyləyir: “Düşünürəm ki, 2022-ci il pandemiyadan sonra çoxumuzun nəhayət “yeni normal” vəziyyətə daxil olacağı il olacaq”.

Bill Qeyts insanların gələcəyi haqqında da proqnozlar verib. O, özünə məxsus fikirlərə və uzaqgörənliyə sahibdir. Bill Qeytsin fikrincə yaxın gələcəkdə insan sivilizasiyasını gözləyən təhlükələr yuxarıda sadalananlar arasından olacaqdır. Bill Qeyts öz müsahibələrinin birində gələcəyin problemləri və onların mümkün həll yolları barəsində danışıb. Həmin yazını oxumaq üçün keçid edin

Həmin yazını oxumaq üçün keçid edin 👉🏻 Bill Gates – insanların gələcəyi barədə proqnozları

JSaffar

Bookworm, captain of Diplomaticos team

Oxşar yazılar

Back to top button