New Piece 🖌

Bloq ilə tanışlıq

Salam. Bloquma xoş gəlmisiniz.

Özüm haqqında qısaca,

Mən:

  • Corvinus universitetinin doktorantıyam və …
  • Oyun oynamağı 🎮
  • Kitab oxumağı 📚
  • Araşdırma aparmağı 🕵🏻‍♂️
  • Filmlərə baxmağı xoşlayıram 🍿

Bildiklərim okeanda damla kimidir, amma bildiklərimi bölüşməyin Sizə faydalı olacağına ümid edirəm. Bloqumdakı yazıların əksəriyyəti yaşadığım təcrübələrin təzahürü, elmi məqalələr isə bu günə qədər araşdırdığım və öyrəndiyim məlumatların aynası olacaq. Ümid edirəm, məqalələr yararlı olar və bəyənərək başqaları ilə də bölüşərsiniz.

Qısaca olaraq bloqda;

  • Elmi məqalələr;
  • Texnoloji şərhlər;
  • Maraqlı faktlar;
  • Akademik paylaşımlar;
  • Öz-inkişaf yolları haqqında yazılar olacaq.

Saytda yerləşdirilən bütün məqalələr kateqoriyalaşdırılmışdır. Saytın yuxarı hissəsində bu kateqoriyalara keçid edə bilərsiniz. Axtarış bölməsində isə sizə lazım olan sözü yazmaqla mövcud yazılar içində istədiyiniz məlumatı əldə edə bilərsiniz. Saytın sağındakı bölmədə ən çox oxunan məqalələr, yazı arxivi və Facebook səhifəmizin keçidi yerləşdirilib. Saytın menyularının ingiliscə olmasının səbəbi qlobal fəaliyyətimiz və ingiliscə də yayımlanacaq yazıların xarici dostlarımıza asanlıqla çatmasıdır. Əgər bütün bunlarla hər hansı təklif və ya iradınız olarsa, bizə bildirməkdən çəkinməyin. Həmçinin Facebook səhifəmizi də izləməyi unutmayın 😇🙂😉

Saytda yayımlanan məqalələr həm yazarların öz araşdırmaları, həm də müxtəlif mənbələrdə qarşımıza çıxan maraqlı kontentlərin tərcüməsi olacaq. Düşünürəm ki, Azərbaycan dilində keyfiyyətli və lazımlı kontentlərin sayı çox azdır. Bu baxımdan hər hansı mövzu ilə bağlı araşdırma apardıqda, Azərbaycan dilindəki məlumatların azlığına görə digər dillərdə olan mənbələrə üz tuturuq. Bu bloq ilə bu məqalələrin bir qismini əlçatan etmək istəyirik. Hər məqalənin sonunda teqlərdən istifadə olunur, beləliklə həmin teqlər üzrə uyğun digər yazılara da keçid edib oxuya bilərsiniz.

Xoş oxumalar! 🤓

What's your reaction?

Excellent
1
image/svg+xml Happy
1
In Love
2
Wow
0
Funny
0
Azimoff
Academic researcher, writer, blogger

    You may also like

    Comments are closed.