Bioqrafiya

Tarixin ən qəddar hökmdarı: Çingizxan haqqında danışılmayanlar

Çingizxan dünyanın ən əzəmətli, cəsur, ağıllı və güclü hökmdarlarından biri olub. Onunla bağlı kitablar, filmlər, məqalələr təxəyyülümüzdə onu yenilməz sərkərdə kimi canlandırır. Çingizxanın davamçıları ona çox sadiq idi, onlar yer üzündə görülməmiş fəlakətlərə səbəb olmuşdular: milyonlarla insanı öldürmüş, krallıqları və mədəniyyətləri tarixdən silmiş, şəhərləri, abidələri və mədəniyyətləri yerlə yeksan etmişdilər.

Çingizxan hakimiyyətdə olduğu dövrdə 23 milyon kvadrat kilometr əraziyə hökm edirdi. Onun ölümündən əsrlər keçsə də, Çingizxan hələ də tarixin ən qəddar və qüdrətli hökmdarı kimi tanınır. Bu yazımızda Çingizxanın səbəb olduğu vəhşiliklərdən və cinayətlərdən bəhs edirik.

Çingizxan düşmənini özünün əbədi silahdaşı edir.

Çingizxan

Tayiçiqudlara qarşı müharibələrin birində Çingizxanın atını oxla vururlar. At qəfildən zərbə aldığı və yaralandığı üçün Çingizxan atdan düşür və at da monqol liderinin üzərinə yıxılır. Çingizxan yaralansa da, monqollar bu müharibədə qalib gəlirlər. Çingizxan aldığı yaraya görə hiddətlənərək qarşısına çıxan hər kəsi (günahsız insanları belə) öldürür. Minlərlə insan onun qəzəbinin qurbanı olur.

Növbə onun atına oxu atan şəxsə çatdıqda, Cebe xan irəli çıxaraq onun atını öldürdüyünü etiraf edir. Onun bu qorxusuzluğu və cəsur addımı Çingizxanı heyrətləndirir. Belə ki, bir müddət sonra onu monqol ordusuna komandir təyin edir. İllər ərzində Cebe xanın rütbələri də artır və Çingizxanın inandığı ən etibarlı insanlardan birinə çevrilir.

Çingizxan bir nəfərə görə milyonlarla insanı qətlə yetirir.

Çingizxan

Qədim zamanlarda evlilik siyasi sövdələşmələr üçün həyata keçirilirdi. Bu cür sevgisiz evliliklərin əsas məqsədi tərəflərin sahib olduqları gücü, pulu və təsir dairələrini artırmaq idi. Belə evliliklərdən birini də Çingizxanın qızı etmişdi, ancaq onun evliliyində sevgi də var idi. Hətta Çingizxanın qızının həyat yoldaşına öz oğlu kimi yanaşırdı.

Farsların Nişapur şəhərindəki yürüşlərinin birində Çingizxanın kürəkəni öldürülür. Onun qəfil ölümü monqol hökmdarını olduqca qəzəbləndirir və bu əraziyə öz ordusu ilə hücum edir. Bir nəfərin ölümünə görə təxminən yarım milyon insanı (uşaqlar, qadınlar, qocalar da daxil olmaqla) qətlə yetirir, şəhəri darmadağın edir. Öldürülən insanların sümükləri toplanaraq hər yerdə nümayiş etdirilirdi ki, heç kim Çingizxanın qırmızı xəttini keçməyə cəsarət etməsin.

Çingizxanın qızları ilə evlənmək ölüm fərmanı imzalamağa bərabər idi.

Çingizxan

Əvvəl də qeyd etdiyimiz kimi, qədim zamanlarda evliliklər sadəcə iki şəxsin bir araya gəlməsi deyil, gücü, qüdrəti və maddi varlıqları artırmaq üçün strateji ittifaqların qurulması idi. Çingizxan da bu strategiyadan istifadə etmiş, öz səltənətini və torpaqlarının həcmini artırmaq üçün qızlarını müttəfiqləri ilə evləndirmişdi.

Bununla belə Çingizxanın qızları ilə evlənmək asan deyildi. Kürəkənlər hər nə qədər Çingizxanın gücünə və dəstəyinə sahib olsalar da, ömürlərinin sonuna qədər Çingizxanın qızlarından boşana, başqa qadınlarla evlənə bilməzdilər. Bu, Çingizxan üçün olduqca vacib idi, çünki onun qızları və övladları həmin ittifaqların tək varisi olurdu.

Bundan başqa Çingizxanın qızları ilə evlənən kürəkənləri tez-tez müharibələrə gedirdi. Onların çoxu bu döyüşlərdən qayıtmırdı. Beləliklə, kürəkənlərinin ölümündən sonra bütün varlıqlar qızlarına miras qalırdı. Bu üsulla Çingizxan torpaqlarının həcmini artırmış, özünün ölümündən sonra övladlarına böyük ərazilər qalmışdı.

Monqollar insan sümüklərindən təpələr yaradırdı.

Çingizxanın ən böyük döyüşlərindən biri 1211-ci ildə Çin imperatorluğu müharibəsi idi. Çin imperatorluğunun olduqca böyük ordusu var idi, ancaq Çingizxan bu döyüşdən qələbə ilə ayrıldı. Çin ordusunu məğlub etdikdən sonra Çingizxanın ordusu indiki Pekinə (Zhongdu) doğru hərəkət etdi. Pekinin divarları olduqca hündür idi, ona görə də divarları dağıtmaq və ya dırmanmaq əvəzinə Çingizxanın ordusu şəhəri mühasirəyə alaraq bütün yolları kəsir.

Sizin üçün maraqlı ola biləcək yazı: Tarixin ən amansız silsilə qatili – Albert Fiş

Nəticədə insanların qidası tükənməyə başladı. Şəhərdə aclıqdan ölən insanların sayı artmağa başladı, hətta insanlar artıq kannibalizmə məcbur qaldı. 1215-ci ilə qədər bu şəhər mühasirədə qaldı. Nəhayət, monqol ordusu şəhərə daxil oldu, qarşısına çıxan hər kəsi öldürdülər və şəhərdə olan hər şeyi yerlə yeksan etdilər. Şəhəri öldürdükləri insanların sümüklərindən təpələr quraraq tərk etdilər.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button