Akademiya

Effektiv araşdırma üçün ən yaxşı vasitələr: İKİNCİ BEYİN strategiyası

XXI əsrin ən böyük xüsusiyyətlərindən biri insanların istədiyi zaman istədiyi informasiyaya çatmasıdır. Ancaq bunun müəyyən dezavantajları da var. Onlardan ən önəmlisi bilgi kirliliyidir. Həqiqətən hazırda həddindən artıq informasiya var və insanlar lazım olduğundan qatbaqat çox məlumatla yüklənir. Belə olduğu təqdirdə, insanlar özlərinə lazım olan doğru informasiyaya ya çatmırlar, ya da fərqli istiqamətə yönlənirlər. Bu yazımızda araşdırma və tədqiqat zamanı istifadə edə biləcəyiniz ən effektiv vasitələrdən bəhs edəcəyik.

Tədqiqat və ya araşdırma aparmaq indiki dövrdə xüsusi bacarıqlar tələb edir. Çünki sizə lazım olacaq məlumatı milyonlarla informasiya arasından tapıb çıxarmaq çox asan deyil. İnsan beyni kompyuter kimi deyil, məlumatları çox sürətli şəkildə süzgəcdən keçirib yaddaşımıza ata bilmirik. Amma bunun əvəzinə istifadə etdiyimiz cihazlarda “ikinci beynimizi” qura bilərik. Beləliklə, bundan sonra bizə lazım olacaq informasiyaya çatmaq üçün qurduğumuz sistem və alətlər işləyəcək. Yazını çox uzatmadan alətlərin siyahısına keçək.

Publish and Perish

effektiv araşdırma

Məqalə və ya kitabları daha asan tapmağın ən effektiv yolu Google Scholar, və ya bizim dilə tərcümədə Google Akademiyadır. Ancaq bu axtarış sistemində çıxan nəticələr arasında da istədiyinizi həmin an əldə edə bilmirsiniz. Bunun üçün çox yaxşı proqram hazırlanıb: Publish and Perish. Google Scholar-da axtarış zamanı əldə olunan nəticələri daha sürətli görməyə, excel və ya word formatına keçirməyə imkan verir. Bir neçə dəqiqəyə yüzlərlə mənbəlik kitabxana siyahısını əldə etmək olur. Effektiv araşdırma üçün istifadə etmənizin vacib olduğu proqramdır.

Proqramı buradan endirin.

Semantic Scholar

effektiv araşdırma

Axtarış edərkən mövzunuz barədə şəkilləri və ya diaqramları da görmək istəyirsinizsə, ən yaxşı resurslardan biri Semantic Scholardır. Google Scholar məntiqi ilə işləyir, ancaq burada tətbiq edə biləcəyiniz daha çox filtr var. Beləliklə, diaqramlarla işləyən insanlar üçün bu saytda axtarış etmək olduqca əlverişlidir. Proqramdakı axtarış sistemi effektiv araşdırma üçün əvəzolunmazdır.

Sayta buradan keçid edin.

Google platformasında effektiv araşdırma üçün qısa yollar

effektiv araşdırma
  • Hansısa sözün mənasını bilmək istəyirsinizsə, qarşısına “define” yazın 👉🏻 define:physics
  • Bildiyiniz bir sayta bənzər kateqoriyadan digər saytları axtarırsınızsa, o zaman “related” sözündən istifadə edin 👉🏻 related:sciencearc.com
  • İstədiyiniz fayl növündə nəticələr lazımdırsa, o zaman faylın tipini “filetype” şəklində yazıb axtarışa verin 👉🏻 filetype:pdf energy
  • Əgər hər hansı cümlədə xatırlamadığınız sözlər varsa, sözün əvəzinə * yerləşdirin 👉🏻 Sözün başı * bilinər.
  • Müəyyən tarixlər ərzində nəticələr görmək istəyirsinizsə “tarix…tarix” şəklində axtarın 👉🏻 Astrofizika 2011…2017
  • Əgər sizə dəqiq ölçüdə şəkillər lazımdırsa, o zaman şəklin ölçüsünü “imagesize:” əlavə edərək təyin edə bilərsiniz 👉🏻 imagesize:1080×640 landscape
  • Axtarışa söz yazdıqda Google ümumi nəticələri çıxarır. Əgər sizə spesifik məlumat lazımdırsa o zaman sözü dırnaq içinə alıb axtarışa verin 👉🏻 “how to write good article”
  • Əgər sizə axtardığınız sözün və ifadənin eyni anda dəqiq istifadə olunduğu yerlər lazımdırsa, o zaman sözün əvvəlinə və sonuna * qoyub axtarın 👉🏻 blog website design

Small PDF

Small PDF bazarda mövcud olan ən yaxşı proqramlardan biridir. Buna alternativ ilovepdf platformasını tövsiyə edirik, lakin bu platformanın ən böyük xüsusiyyəti, PDF faylları excel və ya word formasına deformasiyaya uğramadan çevirməsidir. Xüsusilə cədvəllər və datalar üzərində çox işləyirsinizsə, bu platforma sizə çox kömək olacaq.

Sayta buradan keçid edin.

Printfriendly

Bəzən axtarış zamanı bizə lazım olan informasiyanı nə kopyalaya bilirik, nə də çap etmək mümkün olmur. Printfriendly xüsusilə çap imkanı verməyən və ya iç içə keçən kontentlərin olduğu səhifələri PDF fayla çevirən platformadır. Bunu edərkən lazımsız şəkilləri, reklamları və boşluqları da aradan qaldırır. Beləliklə, sizə sadəcə lazım olan informasiya təqdim olunur.

Sayta buradan keçid edin.

Sumnotes

Bu sayt vasitəsilə oxuduğunuz PDF fayllardakı işarələdiyiniz hissələri toplu halda əldə edə bilirsiniz. Məsələn, araşdırma sırasında 40 səhifəlik bir faylda sizə lazım olan hissəsləri rəngləndirmisiniz və sonda sizə sadəcə onları əldə etmək lazımdır. Bunun üçün yenidən 40 səhifəyə nəzər yetirməyə ehtiyac yoxdur. Sumnotes sizə lazım olan işarələnmiş hissələri mətndən seçib təqdim edəcək. Beləliklə, effektiv araşdırma zamanı vaxt itkisinin də qarşısını alacaq.

Sayta buradan keçid edin.

Effektiv araşdırma üçün müxtəlif etibarlı mənbələr

İnternetdə effektiv araşdırma üçün nəzərdə tutulmuş belə mənbələrin sayı olduqda çoxdur. Onların hamısını bu yazıda toplamaq mümkün deyil, ancaq aşağıda yerləşdirdiyimiz tvitdə və şərhlərdə istifadə edə biləcəyiniz mənbələr var. Bu tviti yaddaşda saxlayın ki, sizə lazım olduqda istifadə edə biləsiniz.

Aşağıda yerləşən saytda isə araşdırma üçün mənbə axtararkən istifadə edə biləcəyiniz 40 (open-access) sayt təqdim olunub.

Text to Speech 

Əgər təqdimat hazırlayırsınızsa və onu səsləndirmək üçün variantlar axtarırsınızsa, sizə dörd sayt təqdim edirik. Bu saytlarda müxtəlif səs tonları və sürətlər mövcuddur. İstədiyiniz səs tonunda səsləndirməni əldə edib, daha sonradan təqdimatınıza əlavə edə bilərsiniz.

Researcher

Müasir beynəlxalq ədəbiyyatı izləmək üçün ən yaxşı tətbiqlərdən biri Researcher tətbiqidir. Tədqiqat sahənizlə bağlı ən yaxşı jurnalları buradan izləyə bilərsiniz. Bununla yanaşı sizə maraqlı olan sahələrdə də yeniliklər barədə xəbər ala bilərsiniz. Tədqiqat zamanı çox işinizə yarayacaq.

Proqramı buradan endirin.

MindMap

Sizə məsləhət görə biləcəyimiz ən yaxşı üsullardan biri də mind map proqramlarından istifadə etməkdir. Bunu bir növ ideya qutusu kimi də başa düşmək olar. Aşağıdakı şəkildə Mind Map prosesinin nəyə bənzədiyini göstərmişik.

effektiv araşdırma

Bu proqramdan istifadə etməklə siz öz işlərinizi daha sürətləndirə və ya detallandıra bilərsiniz. Bəzən ağlımıza ideyalar gəlir, struktur qurmaq istəyirik, ancaq bir müddət sonra unudulub gedir. Ya da onun üzərindən zaman keçdiyi üçün əlavə informasiyalardan sonra yerini unuduruq. Mind Map məhz bunun qarşısını almağa kömək edəcək. İstədiyiniz zaman qurduğunuz diaqramlara geri dönüb sizə lazım olan hissələrdən davam edə bilərsiniz.

Bununla bağlı çox tətbiq var, ancaq aşağıdakılar ən yaxşılardandır.

Cornel qeyd aparma sistemi

Cornel not sistemi tədqiqatçıların istifadə etdiyi ən effektiv sistemlərdən biridir. Əgər işinizlə bağlı çox sayda qeyd aparırsınızsa və effektiv ola bilmirsinizsə, onda bu sistemi yoxlamağı məsləhət görürük. 

effektiv araşdırma

Qısaca olaraq kağızın və ya qeyd aparmaq üçün istifadə etdiyiniz vasitənin sol hissəsində sizə vacib olan açar sözlər və ya suallar qeyd olunur. Sağ hissədə isə bu sözlərə bağlı detallı açıqlamalar və ya mənimsədikləriniz yazılır. Ən aşağıda isə qeyd apardığınız mövzunun ümumi çox qısa xülasəsi verilir. Beləliklə, oxuduğunuz və ya dinlədiyiniz mənbədə sizin üçün vacib olan bütün detalları bu sistem vasitəsilə dəftərinizdə və ya kompyuterinizdə istifadə edə biləcəksiniz.

Zotero

Zotero ədəbiyyat siyahısı hazırlamaq və ya tədqiqatınızla bağlı mənbələri toplaya biləcəyiniz ən yaxşı proqramlardan biridir. Microsoft firmasının Office proqramları ilə də işləyə bilir. Yazı yazarkən istinad vermək lazımdırsa, bu proqramdan istifadə etməklə, qısa zaman ərzində istifadə etdiyiniz mənbələri yazınıza yerləşdirə bilərsiniz. İstifadəsi olduqca asandır.

Proqramı buradan endirin.

SlideShare

Bir mövzunu anlamağın ən qısa yolu ya videosuna baxmaq (əgər varsa), ya da başqaları tərəfindən hazırlanmış slaydlardan istifadə etməkdir. SlideShare vasitəsilə istənilən mövzuda istədiyiniz qədər slayd tapıb istifadə edə bilərsiniz.

Sayta buradan keçid edin.

Notion

Əgər geniş imkanlara malik not proqramı axtarırsınızsa, Notion proqramı tam sizə görədir. Notion ilə proqram daxilində səhifələr yaratmaq, cədvəllər qurmaq, onları bir bir ilə əlaqələndirmək, databazalar qurmaq, linkləri yerləşdirmək, oxuma siyahıları düzəltmək və s. mümkündür. Notion sizə tapşırıqlar yaratmaq, planlamaq, faylları idarə etmək, sənədləri saxlamaq, xatırlatmalar quraşdırmaq kimi imkanlar da təqdim edir.

Proqramı buradan endirin.

İnstapaper

Əgər məqalələri oxumağa vaxtınız yoxdursa, onları sonra oxumaq üçün saxlamaq istəyirsinizsə, İnstapaper bu baxımdan möhtəşəm işlər görür. Instapaper veb brauzer və ya proqram vasitəsilə istifadə edilə bilər. Chrome və Safari üçün əlavəsi (extensions) var. Beləliklə, sadəcə bir klik ilə oxuduğunuz məqalələri asanlıqla saxlaya bilərsiniz. Proqram məqalələri öz formatına uyğunlaşdırır, yəni lazımsız görüntü, reklam, boşluqları aradan qaldırır və sizə bütün mətni sadə şəkildə təqdim edir.

Proqramı buradan endirə bilərsiniz.

EDS Google Book Downloader

Google Books özündə kifayət qədər böyük kitab bazası ehtiva edir. Bu kitabların bəziləri ödənişsizdir və kompyuterə endirmək, çap etmək mümkündür. Ancaq əksər kitablar üçün ya ödəniş tələb olunur, ya da müəyyən qismi açıq olaraq oxuculara təqdim olunur (çap etmək mümkün olmur). Bu proqram həmin kitablardakı oxuculara açıq səhifələri skan edir və PDF fayl kimi birləşdirir. Tədqiqat və araşdırmalar zamanı sizə kömək olacaq ən yaxşı vasitələrdəndir.

Proqramı buradan endirin.

Məşhur universitetlərin təqdim etdiyi pulsuz kurslar

Aşağıda yerləşdirdiyimiz sayta keçid edərək Harvard, Cornell, Princeton, Yale, Columbia kimi universitetlərin pulsuz təqdim etdiyi 450 onlayn kursu əldə edə bilərsiniz. Əgər ixtisasınızla bağlı sertifikatlar əldə etmək, yeni bilik qazanmaq və ya sadəcə maraq dairənizə uyğun öyrənmək istəyirsinizsə, bu kurslar ideal seçimlərdir.

Here are 450 Ivy League courses you can take online right now for free

Qrammatika 

effektiv araşdırma

Əgər ingilis dilində məqalələr çox yazırsınızsa, sizin üçün iki əsas tətbiqi məsləhət görürük.

1. Grammarly – Grammarly təkmilləşdirilmiş qrammatika və orfoqrafik yoxlama funksiyalarını təklif edən ən yaxşı vasitələrdən biridir. Yazdığınız yazılar və kontentlər üçün güclü süni zəka əsaslı mətn redaktorudur. Grammarly sizə konkret sözlərin mümkün sinonimləri haqqında məlumat verir, çətin oxunan cümlələri sadələşdirməyə kömək edir, hətta cümlə strukturunu düzəldir.

2. Writefull – İnternetdə mövcud olan məqalə və kitabları skan edərək sizin yazınızdakı səhvləri qarşılaşdırır və qrammatik səhvlərinizi minimuma endirməyə yardımçı olur.

Plagiarizm

Akademik sahədəki ən həssas mövzulardan biri plagiarizmdir. Bunu minimuma endirmək üçün bir sıra yollar var. Onlar haqqında öyrənmək üçün aşağıdakı videoya keçid edin.

Plagiarism nədir? Plagiarism dərəcəsini azaltmağın effektiv yolları | Ətraflı izah

Connected Papers

Ədəbiyyat icmalı hazırlayarkən axtardığınız mövzuda mövcud olan məqalələr arasında bir birinə bağlı olanlar və ya o sahədə yazılmış digər məqalələri tapmağa çalışan proqramdır. Bir mövzu barədə mövcud ədəbiyyatı diaqram şəklində qarşınıza çıxarır.

Sayta buradan keçid edin.

Kitab və məqalələri sürətli oxumağın yolları

Pis oxucu yoxdur, yalnız pis oxuma vərdişləri var. Oxuma sürətinizə hansı vərdişlərin maneə törətdiyini bildiyinizdə daha sürətli oxumaq çox daha asandır. Əgər oxumaq sürətiniz aşağıdırsa və kifayət qədər material oxumağa zaman tapmırsınızsa, bu, xüsusilə akademik karyeranızda yavaşlamalara səbəb ola bilər. Sürətli oxumağın yolları haqqında müxtəlif metodlar və vərdişlər var. Məlumat dolu dünyamızda özümüzü inkişaf etdirmək üçün sürətli oxuma kritik bir bacarıqdır. Xüsusilə, oxumalı olduğunuz 100-lərlə material, kitab, məqalə varsa, bunun üçün müxtəlif metodlar yoxlamalısnız. Bu videoda hər kəsin daha sürətli oxumasına kömək edəcək 3 metod haqqında bəhs edirik.

Kitab və məqalələri sürətli oxumağın yolları: Ekspert metodları və vərdişləri

ABBYY Reader

Bəzi PDF fayllar çap və kopyalanmağa qarşı qorunur və nəticədə ondan istədiyimiz kimi istifadə edə bilmirik. Bu tip fayllar üzərində rahat işləmək üçün ən yaxşı proqramlardan biri ABBYY Reader proqramıdır. Yüksək keyfiyyətlə PDF faylları word formatına çevirə bilir.

Proqramı buradan endirin.

Scite

Scite ədəbiyyat icmalının ən pik nöqtəsidir. Süni zəka sayəsində axtardığınız məqalələrin hansı məqalələri dəstəklədiyini, hansı məqalələrin müzakirə olunduğu, hansıların aktual olduğu tapa bilərsiniz.

Sayta buradan keçid edin.

Əlavə araşdırma mənbələri

  1. LibriVox – ödənişsiz elektron kitabları özündə ehtiva edən, kitab qurdları üçün ideal saytdır. Bu platformada kitabları həm endirə, həm də dinləyə bilərsiniz.
  2. SpringerLink – Demək olar ki, bütün mövzularda elektron jurnallar və kitablar tapa biləcəyiniz möhtəşəm informasiya bazasıdır. Əlavə olaraq kolleksiya və ya kontent növünə görə də yayımlanmış yazılara baxa bilərsiniz.
  3. Qiqqa Qiqqa – tədqiqatçılara minlərlə PDF fayllarını bir arada tutmağa və lazım olduqda istinad etməyə imkan verən referans proqramıdır. Proqram daxilində beyin xəritəsi (mind map), istinad alətləri kimi bir çox xüsusiyyəti birləşdirir.
  4. EasyBib – İnternetdə mövcud olan veb səhifələrə bəzən istinad etmək çətin olur. Bu proqram vasitəsilə veb saytlara sizə lazım olan formada istinad edə bilərsiniz. Bir çox istinad formasını da dəstəkləyir.
  5. Research Seminars – dünyadakı bütün elmi seminarları özündə ehtiva edən saytdır.

Mailtrack

Bəzən yazdığımız emaillərin oxunub oxunmadığını bilmirik. Bizim üçün çox vacib olan emaillərin ünvanına çatdıqdan sonra alıcının ona reaksiyasını da bilmirik. Mailtrack göndərdiyiniz emaillərin oxunub oxunmadığını sizə bildirən proqramdır. Alıcı sizin emailinizi açdığı anda sizə bununla bağlı bildiriş gəlir. Bəzi şirkətlər serverlərindən bu funksiyanı əngəlləyir, ancaq əksər email alıcılarında bu funksiya aktiv olur.

Proqramı buradan endirin.

Unlock PDF

Əldə etdiyiniz, ancaq çap və kopyalama funksiyaları bağlı olan PDF faylları açmağa kömək edən proqramdır. Tamamilə ödənişsizdir. Bundan başqa proqramın daxilində konvertasiya xüsusiyyətləri, səs yazılarına çevirmə və s. Mövcuddur.

Proqramı buradan əldə edin.

Son olaraq…

Ümid edirik ki, bu yazı sizin üçün faydalı olacaqdır. Bu vasitələri daim istifadə etdiyiniz təqdirdə, işiniz olduqca asanlaşacaq. Bundan başqa saytımızda sizin üçün maraqlı yazılarımız da var. Onları da aşağıda sıralayırıq.

  1. Akademik cv necə hazırlanır: effektiv təlimat
  2. Xaricdə təhsil və karyera: miflər vs reallıqlar
  3. Elm adamlarından həyatlarına yön verən kitab tövsiyələri
  4. Güclü Research Proposal necə yazılır?
  5. Mükəmməl CV hazırlamaq üçün nələr lazımdır

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button