Bioqrafiya

Pablo Escobar haqqında maraqlı faktlar

✍🏻 Pablo Escobar tarixin ən böyük narkotik baronu hesab olunurdu. Nə ondan əvvəl, nə də ondan sonra heç kim ona çata bilməyib. Pablo Escobar elə bir bir dərəcəyə çata bilmişdi ki, dünyadakı kokain ticarətinin 80 %-ini əlində saxlayırdı. Escobar haqqında bir sıra faktlar:

✓ Narkotik ticarətinə başlamazdan əvvəl avtomobil oğurluğu və oğurlanmış məzar daşı satma kimi işlər görürdü.

✓ Bir müddət sonra ilik gəliri 30 milyard dollara qədər çatmışdı. Pullarını bir yerdən başqa yerə daşımaq üçün özünə şəxsi təyyarə belə almışdı. Əlbəttə bu təyyarə ilə kokain də daşıyırdı. Bu təyyarənin təkərlərinə kokain yerləşdirə biləcəyini öyrəndikdən isə, gündə 500.000 dollar daha çox qazanmağa başladı.

✓ Qardaşı və baş mühasibi Roberto Escobarın dediyinə görə Pablo Escobar sadəcə pullarını bükmək üçün də pul bağlamaq üçün istifadə olunan rezinlərə ayda 2500 dollar pul xərcləyirdi. Ancaq belə böyük pulları saxlamaq üçün seçdiyi yerlər xarabalıqlar olduğuna görə hər il pullarının 10 %-ni siçanların yeməsindən və bir çox səbələrdən dolayı itirirdi.

✓ Escobar o qədər güclənmişdi ki, bir gündə ABŞ-a 15 ton kokain göndərməyə başladı. Bu səbəbdən də ABŞ-ın diqqətini çəkdi və ABŞ höküməti Kolumbiyaya təzyiq göstərməyə başladı.

✓ Pablo Escobarın ən qorxduğu şey isə Amerika həbsxanalarında cəza çəkmək idi. Məhz bu səbəblə Kolumbiya hökumətinə, hökumət borclarını bağlamağa qarşılıq (onlarla milyard dollar), cinayətkar ekstradisiya qanununu dəyişdirməyi təklif etdi. Lakin qəbul edilmədi.

✓ Pablo Escobar üçün polislər böyük problem idi. Polislər tərəfindən axtarılan Pablo Escobar 1993-cü ildə hər bir polisin başına 3000 dollar mükafat qoydu. Bu mükafatı almaq istəyən vətəndaşlar isə o vaxt 400 polisi küçələrdə öldürmüşdü. Pablo Escobar, 200 hakim, 1000 polis, jurnalist və hökumət rəsmisinin də daxil olduğu ümumi 4000 nəfərin ölümündə günahlandırılırdı.

✓ Pablo Escobarın yeganə oğlu Xuan Pablo Escobarın 2009-cu ildə verdiyi bir müsahibədə dedikləri böyük marağa səbəb oldu. Xuan Pablonun dediklərinə görə, Pablo Escobar bir qış günü qaçarkən ailəsini soyuqdan qorumaq üçün 2 milyon dolları yandırmışdı. Ancaq tarixin ən zəngin narkotik baronu qaçmasına baxmayaraq bu müharibədə qalib ola bilmədi və 1993-də bir silahlı münaqişədə öldürüldü.

📌 Telegram kanalımızı izləmək üçün: 👉🏻 t.me/sciencearc

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button