Zeyqarnik effekti və natamam tapşırıqlar
Zeyqarnik effekti. İyirminci əsrin əvvəllərində psixoloq Bluma Zeyqarnikin eksperimental işi ilə adlanan Zeyqarnik effekti yarımçıq tapşırıqların diqqətimizə hakim olma qabiliyyətini izah edir. Bu effekt bizə deyir ki, saat beşdə etdiyin işi yarımçıq dayandırsan və “Sabaha qədər işim bitdi” desən, ehtimal ki, Bluma Zeyqarnikin təcrübələrində olduğu kimi, zehninizdə həll olunmamış qalan bir çox öhdəliklər diqqətinizi həmin axşam boyunca yayındırmaq üçün mübarizə aparacaqlar (çox vaxt qazanacaqları bir mübarizə olur).
İlk baxışda bu problem həll olunması mümkünsüz görünə bilər. Hər hansı bir bilik istehal edən peşə sahibinin təsdiq edə biləcəyi kimi, hər zaman yarımçıq qalan işlər olur. Bütün öhdəliklərinizin tamamlandığı bir ana çata biləcəyiniz fikri xəyaldan başqa bir şey deyil. Xoşbəxtlikdən, bir tapşırığı ağlımızdan çıxarmaq üçün onu yerinə yetirməyə ehtiyac yoxdur. E.J. Masicampo ilə “Hazır olduğunu düşün!” başlıqlı bir yazı yazan psixoloq Roy Baumeister, bu araşdırmada, iki tədqiqatçı Zeyqarnik effektinin eynisini öz eksperimentlərində də müşahidə etməyə başladılar, lakin sonrasında natamam tapşırığı necə daha sonra yerinə yetirəcəklərinə dair bir plan qurmalarını ekperiment iştirakçılarndan xahiş edərək effektin təsirini əhəmiyyətli dərəcədə azalda biləcəklərini tapdılar.
Məqalədən sitat gətirəsi olsaq: “Beləliklə, bir məqsəd üçün müəyyən bir plana sadiq qalmaq, həmin məqsədə çatmağı asanlaşdırmaqla yanaşı, əqli resurslarınızı digər hədəflər üçün də azad edə bilər.”
Sizə maraqlı ola biləcək yazı: İngilis dilini təkmilləşdirmək üçün 6 ən yaxşı tətbiq
Zeyqarnik effekti ilə mübarizə aparmaq. Tapşırıq siyahınızdakı hər bir tapşırığı ümumi bir siyahıda qeyd edin və sonra növbəti günün planını hazırlamadan əvvəl bu tapşırıqları ümumi siyahıda nəzərdən keçirin. Bu vərdiş heç bir tapşırığın unudulmamasını təmin edir: Hər biri gündəlik nəzərdən keçiriləcək və vaxtı uyğun olduqda həll ediləcəkdir. Fikriniz, başqa sözlə, hər an bu öhdəlikləri izləmək vəzifəsindən azad olur – işlərinizi ümumi bir yerdə qeyd etməyiniz bu məsuliyyəti öz üzərinə götürür.
Psixologiya elmində çoxsaylı fərqli sahələrdə onilliklər ərzində aparılan müşahidələrin hamısı beynimizin mütəmadi olaraq istirahət etməyinin gördüyümüz işlərin keyfiyyətini artırdığı qənaətinə gəlmişdir. Çalışanda çox çalışın. İşiniz bitdikdən sonra isə, bütün işlə əlaqəli məsələlərin sizin diqqətinizi yayındırmasına icazə verməyin.