AkademiyaSciencearc Bülleten

İldə 100+ kitab oxumaq üçün iki sadə və effektiv yol

Bu dəfəki bülleten yazımızda kitab oxumaqdan bəhs edirik. Oxumaq həyatımızda ən vacib fəaliyyətlərdən biridir, çünki diqqətimizi, yaddaşımızı, empatiyamızı və ünsiyyət bacarıqlarımızı inkişaf etdirir. Bundan əlavə, oxumaq stressi azaldır, psixi sağlamlığı yaxşılaşdırır və şəxsi/professional həyatınızdakı münasibətlərinizə müsbət təsir edir.

Mən il ərzində 60-100 arası kitab oxuya bilirəm. İlk baxışdan çox absurd rəqəm kimi görünə bilər, ancaq məqalədə yazılanları tətbiq etsəniz, daha çox kitab oxuya bilərsiniz.

Daha çox kitab oxumaq üçün 2 əsas yol var👇🏻

📚 Kəşfi kitab oxumaq

Biz gün ərzində müxtəlif sayda məlumatlar alır və müəyyən məhdudiyyətlər daxilində özümüz və dünya haqqında bilik əldə edirik. Məqsədimiz həmişə bu məhdudiyyətləri aşmaq, hər şeyi daha yaxşı başa düşmək və ümumi dünyagörüşümüzü genişləndirmək üçün daha çox öyrənməkdir. Kəşfi oxuma etdikdə bu limitləri mümkün qədər genişləndirmək mümkündür. Yeni fikirlərə sahib olmaq və onları fərqli şəkildə araşdırmaq üçün hər kitabı gözdən keçirmək daha da asanlaşır.

Bunu etməyin ən yaxşı üsullarından biri səsli kitablara (1.5x və ya 2x sürətlə) qulaq asmaqdır.

Tutaq ki, fizika ilə maraqlanırsınız və ümumi məlumatlar əldə etmək üçün kitab axtarırsınız. Mövzunu araşdırmaq və sizin üçün hansı ədəbiyyatın mövcud olduğunu görmək üçün Amazonda (əsasən audiokitablar) ən yaxşı kitabları (müxtəlif səviyyələrdə) axtara bilərsiniz. Bir mövzunun maraqlı olduğunu düşünürsünüzsə, daha sonra dərindən öyrənmək və araşdırmaq üçün həmin kitaba yenidən baxa bilərsiniz.

Beləliklə, prosesdən zövq aldığınız müddətcə, bir il ərzində çoxlu audiokitablara qulaq asmağın heç bir mənfi cəhəti yoxdur. Təbii ki, hər şeyi xatırlamayacaqsınız, ancaq buna ehtiyac da qalmayacaq. Üfüqünüzü genişləndirməklə oxuduğunuz kitabların hamısında sizə lazım olan məlumatları daimi olaraq yadınızda saxlayacaqsınız.

📘 Dərin kitab oxumaq

Bu tip kitab oxumaq növü zamanınızı oxumaq üçün ən çox sərf etdiyiniz prosesdir.

Həftədə bir dəfə vacib sətirləri işarələyərək, qeydlər apararaq dərindən kitab oxuyuram. Bu proses hər kitab üçün 10 saatdan çox vaxt ala bilər, lakin sərf etdiyim zaman mənə həyatımın hər hansı dönəmində geri qayıdır.

Mən bunu daha çox hansısa mövzunu daha dərindən öyrənmək və ya araşdırmalarım üçün edirəm. Bu, istənilən mövzuda ola bilər: fizika, siyasət, səmərəlilik və s. Tutaq ki, bir kitabda mənim həyatıma, araşdırmama və ya maraqlarıma uyğun etibarlı məlumat var. Belə olan halda onu həmişə “əsas kitablar” siyahıma əlavə edirəm. Məsələn, hazırda Stiven Hokinqin “Zamanın qısa tarixi”ni oxuyuram və mən astrofizika, qaranlıq maddə, qaranlıq enerji, qara dəliklər və s. ilə dərindən maraqlanıram. Qeydlər apararkən və daha çox araşdırarkən, bu kitab həm də məni Kvant Fizikasına dərindən girməyə vadar etdi.

Aşağıda sadalanan şərtlərdən ən azı biri uyğundursa, dərin kitab oxumaq prosesinə qərar verib, daha çox vaxt və səy sərf edirəm:

  • Kitabın mövzusu mənim maraqlarıma uyğundur və tədqiqat/iş sahəm üçün vacibdir.
  • Kitabın başlıqlarını gözdən keçirib, oxumağa dəyər olduğuna qərar verirəm.
  • Bir dost və ya etibarlı mənbə tərəfindən tövsiyə edilmişdir.

Bir-birimizi daha yaxşı başa düşmək və vizyonumuzu yeni sərhədlərə doğru genişləndirmək üçün həyatda ən vacib şey oxumaqdır. Bir il ərzində 100+ kitab oxumağın və ya uzun müddət sərf edərək 10-15 kitabı dərindən oxumağın fərqi yoxdur. Bu, daha çox quyu qazmaq kimidir – vaxt/şərt çatdıqda daha çox araşdırmaq və əldə etdiyiniz biliyi həyatınızda tətbiq etmək üçün kitab oxuyaraq çoxlu ideyalar əldə edirsiniz.

🚨 Diqqət:

  • Hər dəfə kitab oxuyanda qeydlər aparmaq və ya ümumi konsepti başa düşmək üçün həddindən artıq zaman sərf etməyin. Bu, vaxtınızı alacaq və oxumaq üçün motivasiyanızı azalda bilər. Əgər sıxıcı kitabla rastlaşsanız, zəruri hesab edib, kitabı bitirməyə məhkum olsanız, digər kitabları oxumayacaqsınız.
  • Məzmunu, başlıqlarını və xülasəsini gözdən keçirməzdən əvvəl kitaba çox vaxt sərf etməyin. Bəlkə oxuma prosesinin ortasında artıq kitabın sizin maraqlarınıza uyğun olmadığını anlayacaqsınız.

⚙️ Ayın tətbiqi

Kitab oxumaq barədə danışırqsa, ən yaxşı kitabları əldə edə biləcəyiniz platformalardan da bəhs etmək lazımdır. Hazırda mövcud olan ən yaxşı platformalardan biri Shortform onlayn səsli kitabxanasıdır. Shortform daxilində dünyada ən çox satılan 1000-dən çox kitab mövcuddur. has the world’s best guides to 1000+ non-fiction books. Learn key points and gain insights you won’t find anywhere else. Understand the world’s best ideas. Platforma idarəçiləri dünyanın ən yaxşı qeyri-bədii kitablarını sadə və anlaşılan şəkildə izah edərək qısa xülasələr yazırlar. Bundan əlavə, onlar ideyaları yeni üsullarla birləşdirən düşünülmüş təhlillər təqdim edir və əsas yeniləmələri müzakirə edirlər.

🌐 Faydalı sayt

Veb səhifələri çap etmək istədikdə adətən ölçüləri olduqda böyük olur. Əlavə olaraq isə səhifədə olan hər şey (reklamlar, lazımsız hissələr və s.) çap ekranına gəlir. Nəticədə daha çox kağız və mürəkkəb israf edilir. Bəzi brauzerlər çap zamanı veb-səhifənin lazımsız sahələrini azaltmaq üçün funksionallıq təklif edir; lakin bir çox veb-saytlar dinamik elementlər və reklamlar səbəbindən bu funksiyanın qarşısını alır.

Printfriendly bu problemi həll etmək üçün ən yaxşı saytlardan biridir. Sayt vasitəsilə istənilən veb səhifəni sadə formatda çap edə və ya cihazınızın yaddaşında saxlaya bilərsiniz. Printfriendly sayəsində saytın məzmununu çap edərkən istəmədiyiniz hissələri, şəkilləri və s. silə bilərsiniz. İstədiyiniz formatı əldə etdikdən sonra isə səhifəni çap edə və ya pdf kimi endirə bilərsiniz.

📢 Ayın sitatı

Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.

✍🏻 Ayın bloq yazısı

Əgər elm ilə bir ahəngə sahibsinizsə, elm adamlarının kitab tövsiyələri sizə həmişə maraqlı olur. Bəşəriyyətin var oluşunun, keçmişinin, bu gününün və gələcəyinin təməlində dayanan, bəsit görünüşünün əksinə təsir gücü müqayisəyə gəlməz bir vasitə var. Kitab. Kitablar texnologiyaların ən üstün inkişaf mərhələsində belə insanlığın ən etibarlı sığınacağı olmağa davam edəcəkdir.

Axtardığımız sualların cavabını tapmaq üçün ediləcək ən etibarlı bir üsul var, kitablara baxmaq. Hansı dövr olur olsun, texnologiya hansı səviyyədə inkişaf edir etsin, fərq etməz, ən sadə problemlərin həllindən tutmuş, həyatı üzərində yaşadığımız bu “Solğun Mavi Nöqtə”dən ayrılaraq kainatın başqa bir nöqtəsinə daşıya bilməmizin yolları da məhz kitablardan keçir.

Kitablar axtardığımız sualların cavabını tapmaqda, daha cəsarətli suallar verməkdə və kiçik yaşlarımızdan həyatımızı şəkilləndirməkdə bizə effektiv təsir edən sehrli vasitələrdir. Bu yazımızda sizlərə elm dünyasının məşhur nümayəndələrinin həyatlarını dəyişdiyini iddia etdikləri kitabları təqdim edirik 👉🏻 Elm adamlarından həyatlarına yön verən kitab tövsiyələri

Hələlik bu qədər!

Gələn yazılarımızda görüşənədək.

Bizi aşağıdakı kanallardan izləməyi unutmayın 👇🏻

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button