Bioqrafiya

Adam Smit: Mühafizəkar iqtisadçıların “Kapitalizm atası”

İnsanlar Adam Smit üzərinə mübahisə etməyi sevirlər. Bəzilərinə görə, şotland filosofu, kapitalizmin himayədarıdır. O iqtisadiyyatın İncili olan möhtəşəm Millətlərin Sərvəti (1776) əsərini yazmışdır. Tərəfdarlarının iddia etdiyi doktrinaya görə, azad bazarlar iqtisadi böyümə yaradaraq hər kəsi daha zəngin edir. Adam Smit hazırda ikonik olan ifadəsilə desək, bizə azadlıq, təhlükəsizlik və rifah verən hökumətin ağır əli deyil, bazarın ‘görünməz əli’dir.

Adam Smit

Nobel mükafatına layiq görülən iqtisadçı Joseph Stiglitz kimi digərləri üçün Smit, ya heç mövcud olmayıbmış kimi udunulmalı ya da ən azı yenidən nəzərdən keçirilməli olan ‘neoliberal fantaziyanın’ bir təcəssümüdür. İqtisadi böyümənin ən vacib hədəf olub olmadığını sorğulayanlar, bərabərsizlik problemlərinə diqqət çəkir və Smitin sisteminin ilk növbədə kütləvi sərvət yığımına imkan verməməli olduğunu iddia edirlər. Siyasi meyllərinizdən asılı olmayaraq bir şey aydındır: Adam Smit uzun müddətdir davam edən mübahisələrin hər iki tərəfində də müasir bazar yönümlü cəmiyyətin təməl dəyərləri haqqında danışır.

Ancaq Smitin fikirləri və şəxsiyyəti ilə bağlı bu mübahisələr yeni deyil. Bugünkü mürəkkəb nüfuzu, intellektual nüfuza sahib olmaq üçün apardığı uzun bir mübarizə tarixinin nəticəsidir.

Smitin ilk bioqrafı Dugald Stewart, qəsdən onu 1790-cı illərdə, qapalı, yöndəmsiz bir dahi, onun şahəsərini isə bir növ siyasi təsiri olmayan bir əl kitabçası kimi qələmə vermişdi. Stewart, Smitin tacirləri sərt tənqid etməsi, qərar tutmuş dinə qarşı müxalifliyi, “milli təəssübkeşliyə” və ya millətçiliyə xor baxması kimi siyasi cəhətdən yıxıcı yönlərini önəmsizmiş kimi təqdim etmişdi.

Bunun əvəzinə Stewart Millətlər Sərvətindəki ən vacib fikirlərdən biri olduğuna inandığı bir məsələyə diqqət çəkdi: “Bir dövləti barbarlığın dibindən ən yüksək zənginlik səviyyəsinə daşımaq üçün, ancaq sülh, asan vergilər və məqbul ədalət sistemi labüddür; qalan bütün şeylər təbii gedişat müddətində qazanılacaq.”

Stewartın yazmış olduğu bioqrafiya (əvvəlcə 1793-cü ildə bir mədhiyyə olaraq verildi, sonra 1794 və 1795-ci illərdə nəşr olundu) Britaniya auditoriyasını dəhşətə gətirən böyük hadisələrin ardınca ortaya çıxdı: 1789-cu il Fransız İnqilabı, ardınca baş verən Terror dönəmi (Reign of Terror) və İngiltərə və Şotlandiyanın hər ikisində baş verən qiyam məhkəmələri. Britaniyalı tarixçi Emma Rotşildin göstərdiyi kimi, Stewart Smitə məxsus fikirlərə verdiyi təsvirdən siyasi iqtisadiyyatda özünə elmi nüfuzu qazandırmaq üçün istifadə etmişdir. O Stewart ın iqtisadiyyatı ‘zərərsiz, texniki bir mövzu’ kimi qələmə vermək, Adam Smit üçün siyasi cəhətdən təhlükəli dövrlərdə siyasi ‘təhlükəsiz’ bir miras qurmağa kömək etmək istədiyini yazır. Stewartın səyi, Smitin ‘mühafizəkar iqtisadiyyat‘la əlaqəsinin başlanğıcını qoydu.

Smit tezliklə hazırda sadəcə iqtisadiyyat olaraq tanıdığımız siyasi iqtisad elminin atası kimi şöhrət qazanacaqdı. Başlanğıcda siyasi iqtisad əxlaq fəlsəfəsinin bir qolu idi; Siyasi iqtisadiyyatın öyrənilməsi gələcək dövlət adamlarına bir milləti varlı və xoşbəxt etmək prinsiplərini öyrədirdi. 1780-ci illərdən 19-cu əsrin ortalarına qədər Millətlərin Sərvəti ABŞ-da siyasi iqtisad kurslarında tez-tez dərs vəsaiti kimi istifadə olunurdu. Siyasi iqtisadiyyata dair yeni dərsliklər və elmi əsərlər dərc edildikdə belə, onlar çox vaxt 19-cu əsrdə yaşayan bir amerikan alimin sözləri ilə desək, ‘Siyasi İqtisad elminə dair standart elmi iş’ ilə müqayisə olunurdu.

Adam Smit

Bu qurucu ata statusu Smitin fikirlərini daha da irəliyə apardı. Siyasət onun fikirlərinin – ümumiyyətlə iqtisadi fikirlərin sınaqdan keçirildiyi, test edildiyi və tətbiq olunduğu arenaya çevrildi. Siyasətçilər Smitdə inandıqları şeyləri dəstəkləmək üçün çox şey tapdılar, lakin ‘görünməz əl’ hələ ki, kapitalizmin hər kəsin dilindəki məşhur ifadəsinə çevrilmədi.

ABŞ-da konqresmenlər tarif barədə mövqelərini gücləndirmək üçün Smitin adını hallandırırdılar. 1824-cü ildə, Cənubi Karolinadan George McDuffie, azad ticarət mövzusundakı mövqeyini “Adam Smitin öndərliyi siyasi iqtisadiyyat dünyasını aydınlatmaq üçün bugünki hər kəsdən daha artıq töhfə vermişdir. O elmin qurucusudur” ifadəsilə müdafiə etmişdi. 19-cu əsrin ikinci yarısına qədər Smitə ‘azad ticarətin qurucusu’ adı verildi. Əksər hallarda yalnız onların qeyri qanuniliyinə nail olmaq üçün olsa belə, proteksionizmin tərəfdarları da onun fikirlərinə müraciət edirdirlər. 1859-cu ildə bir konqresmen bəyan edərək “Proteksionizmin əsas məqsədi daxili ticarəti inkişaf etdirməkdir və bu azad ticarətin qurucusu Adam Smitin sanksiyası ilə üzləşib.”

Smitin adı və fikirləri ilə bağlı bu ‘şüar’ bəlkə də bu gün ‘görünməz əl’ ifadəsi olaraq bizim üçün çox tanışdır. Bu ifadənin siyasi bir şüar kimi məşhurluğu aralarında Milton Fridman’ın da olduğu, 20-ci əsrin ortalarından sonlarına qədər sayları artan görkəmli Chicago School iqtisadçılarından qaynaqlanır. Smitin görünməz əl metaforası, Fridmanın ictimaiyyətə təqdim olunan işlərinin (jurnal və qəzet yazıları, televiziya şouları, ictimai debatlar, çıxışlar və çox satılan kitablar) əksəriyyətində əsas yerə sahib idi. 1977-ci ildə Fridman, görünməz əlin qiymət sistemini təmsil etdiyini izah etdi: ‘Hər biri öz məqsədlərini güdən milyonlarla insanın könüllü hərəkətlərinin, bir mərkəzi sistem olmadan, qiymət sistemi vasitəsi ilə koordinasiya edilmə forması.‘ Bu fikir Millətlərin Sərvətini ‘elmi iqtisadiyyatın başlanğıcı’ olaraq əsasını qoydu. Həmçinin, Fridman da Smiti Amerikanın qurucu dəyərləri ilə əlaqələndirdi. Thomas Jeffersonun İstiqlal Bəyannaməsi, 1988-ci ildə Fridmana görə Smitin Millətlərin Sərvətinin ‘siyasi əkizi’ idi və iqtisadi azadlıq Amerikada siyasi azadlığın ön şərti idi.

Sizə maraqlı ola biləcək yazı: Məhəmməd Əmin Rəsulzadə – “Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Deyildiyi kimi, Smitin görünməz əli, Friedmanın aşkar mühafizəkar iqtisadi gündəmi ilə o qədər sıx şəkildə əlaqələndirildi ki, insanlar tez-tez Smitin nəzərdə tutduğu şeyin olması gərəkdiyi kimi olduğunu düşünməyə başladılar. Bir çox alim bunun əksini iddia etdi.

Həqiqətən, Smitin – keçmişdə və bugün kim olduğunu və necə xatırlandığını – fərqli dövrlərdə fərqli məqsədlər üçün yazan və mübahisələndirən fərqli insanlar tərəfindən kəşf oldunuğunu və yenidən kəşf olunduğunu unutmaq asandır. Smitin bəzi keçmiş şərhlərini və yanaşmalarını qəribə, səthi, çaşdırıcı və ya səhv kimi rədd etmək cəzbedici ola bilər. Ancaq onlar bizim onu necə və niyə oxuduğumuz barədə bəzi şeyləri gün üzünə çıxarırlar. Smitin dəyəri həmişə siyasi olub və tez-tez siyasiləşdirilir. Ancaq bu dəyərin çox hissəsi özünün icad etdiyi elmin neytrallığı və obyektivliyi ilə bağlı fərziyyələrdən qaynaqlanır. Əslində, bu fərziyyələrdir ki, onun sonrakı oxucularını onun izinə düşməsinə səbəb oldu. Smit, şübhəsiz ki, bir elm adamı idi, ancaq onun ‘elm adamı’ (David Hume-in ifadəsində) dəyərlə ölçüyə gələn deyildi. Eyni zamanda, bizlər onun elmini vahid normativ dəyər prizmasından oxumaqdan çəkinməliyik – istər azadlıq, istər bərabərlik, istərsə də artım və ya başqa nəsə.

Adam Smitin əsərləri həyati əhəmiyyətli olaraq qalır, çünki bazar cəmiyyətinin dəyərlərini anlamaq, özünəməxsus gücündən faydalanmaq və ən pis impulslarını cilovlamaq ehtiyacımız əvvəlki iki əsrin hər anında olduğu qədər vacibdir. İqtisadi fikirlər böyük güc daşıyır. Onlar, dünyanı ordular və donanmalar qədər dəyişdiriblər. Smitin fikirlərinin xariqüladə genişliyi və incəliyi bizə iqtisadi düşüncənin əxlaqi və siyasi qərarlardan ayrıla bilməyəcəyini və ayrılmamalı olduğunu da xatırladır.

Məqalənin original mətnini buradan oxuya bilərsiniz.

Oxşar yazılar

Back to top button