Science

Beyin kopyalamaq və ölümsüz olmaq mümkündürmü?

Beyin 86 milyard neyrondan ibarət bənzərsiz və qarışıq sistemə sahibdir. Elm əgər insan beyninin neyron xəritəsini əldə edə bilsə, iddialara görə ölümsüzlük yolunda ciddi addım atmış olacaq.

Bəşəriyyət ölüm və yaşam arasındakı təməl əlaqəni min illər boyunca öyrənməyə çalışıb. İnsanlar indiyə qədər apardığı araşdırmalar nəticəsində beynin şüura aid rolunu dair yeni biliklər əldə etmiş, müasir texnologiyaların verdiyi imklanlar sayəsində ürəyi və ağciyərləri çalışdırmaq üçün cihazlar ixtira etdikcə, ölüm və sonsuz həyat barədə fikirləri dəyişməyə başladı. Bu gün həyat və ölümü beyin fəaliyyətinin olub olmaması ilə təyin edirik. Bu son dərəcə məntiqlidir, çünki digər orqanlarımızdan fərqli olaraq, beynimiz yalnız yaşamağımızı təmin edir, eyni zamanda dünyadakı misilsiz xüsusiyyətlərimizi, yaddaşımızı və subyektiv təcrübələrimizi daşıyır.

Fərdi təcrübə yaradan beyinlərimiz haqqında nə bilirik? Yaşlandıqca təcrübələrimiz beynin sinir əlaqələrində bənzərsiz dəyişikliklərə səbəb olur. İnsan yaşlandıqca və yeni şeylər öyrəndikdə, yeni sinir əlaqələri yaranır. Anadan olduqdan sonra beyinlərindəki sinir sistemləri olduqca oxşar olan əkizlər belə böyüdükcə fərqli şeylər öyrənir və yeni təcrübələr əldə etdikcə beyinləri fərqli inkişaf edərək bir birindən fərqlənir.

Bu proses yaddaş dediyimiz amili yaradır. Velosiped sürmək, bir söz deməyi öyrənmək və hətta yerimək üçün tələb olunan əsas hərəkətlər yaddaş tələb edir. Həm ürək, həm də beyin fəaliyyətinin olmaması müşahidə olunan saatlarla klinik ölümdən əziyyət çəkən hipotermiya qurbanlarının tam sağalma vəziyyətinə gələ bilməsi, beyində yaddaşın saxlanması üçün sadəcə sinir fəaliyyətinə ehtiyac olmadığını göstərir.

Əslində nisbətən spesifik funksiyaları yerinə yetirən bölgə olmasına baxmayaraq, bir insanın yaddaşı beyində mövcuz olan hissələrin heç birində yaranmır, saxlanmır və xatırlanmır. Amigdala və hipokampus kimi bəzi bölgələr bu mövzuda əsas rol oynayır, ancaq beynin müəyyən bölgəsində yaddaşı tapmağa çalışmaq qətiyyən mümkün deyil. Əksinə, yaddaş ən geniş mənada beynin bütün birləşdirici quruluşunun özünəməxsusluğundadır

Konektom adlanan bu quruluş neyron şəbəkəsindən və onların arasındakı sinaps adlanan əlaqələrdən ibarətdir. Alimlərin təxminlərinə görə sadəcə bir kub millimetr beyin toxumasında təxminən 50 min neyron vardır və onların arasında ümumilikdə təxminən 130 milyon sinaps mövcuddur. Bununla yanaşı, insan beyni 1 milyon kub millimetrdən çox toxumaya sahibdir və təxminən 86 milyard neyron mövcuddur.

Sizə maraqlı ola biləcək yazı: Adrenalin hormonu və təhlükə anında insan bədəninə təsirləri

Hal-hazırda insan beyninin xəritəsini yuxarıda saydığımız elementlərlə birlikdə mükəmməl şəkildə kopyalamaq mümkün deyil. Çünki beynimiz ölümdən sonra sürətlə pozulmağa başlayır. Oksigenlə zəngin qan axını olmadan, bir orqanizmin hüceyrə həyatını davam etdirməsinə səbəb olan metabolik fəaliyyətində nəzərəçarpacaq dərəcədə azalma olur. Oksigen çatışmazlığından qaynaqlanan bərpaedilməz struktur zədələnməsi sadəcə beş dəqiqə ərzində başlaya bilər. Buna görə də konektom quruluşunu xəritələşdirmək üçün beyin mümkün olan ən qısa zamanda qorunmalıdır. Nəticə etibarilə, beyində mövcud olan bu sistemi qorumaq üçün hər bir neyron və sinaptik əlaqələrinin olduqları yerdə qalmasına nail olacaq qoruma metodları lazımdır. Bu da o deməkdir ki, hər neyrona sərf ediləcək əmək və efortun sayı olduqca çoxdur – insan 100 trilyon dəfə bu əməliyyatda uğurlu olmalıdır.

2018-ci ildə Kaliforniyada yerləşən 21st Century Medicine şirkətində işləyən elm adamları dovşan və donuz beynindəki sinir sistemlərini dondurmağı bacardılar. Onların bu müvəffəqqiyəti futuristik insanlar üçün inqilab sayılırdı, çünki -135 dərəcədə dondurulan beyindəki bütün sinirlər olduğu kimi qalmışdı. Bu temperaturda bütün metabolik və bioloji proseslər potensial olaraq yüzlərlə, hətta minlərlə il ərzində çürümə əlamətləri olmadan qala bilər.

Bu texnologiya hələ başlanğıc mərhələsində olsa da, müəyyən uğurlar əldə edilmişdir. Neuralink, Kernel, Building 8 və DARPA kimi milyon dollarlıq texnoloji şirkətlər bunun üzərində işləyir. Əlbətdə ki, hər şey uğurla baş versə də, bioloji bədən bu dünyada olmayacaq və başqa təqlid olunan zehinlərlə virtual, süni bir dünyada yaşamağa başlayacaq. Uzaq gələcəkdə kopyalanmış beyni protez kimi köçürmək mümkün olarsa, zehin tamamilə süni bədəndə real dünyada fəaliyyətini davam etdirə bilər.

Azimoff

Academic researcher, writer, blogger
Back to top button