Səmərəlilik

Bir vərdiş bütün həyatınızı necə dəyişir?

Təsəvvür edin ki, sahib ola biləcəyiniz bir vərdiş sizin həyatınızı tamamilə dəyişə bilər. Həyatınız, arzularınız, məqsədləriniz və potensialınız haqqında düşünərkən “Mən daha çox şey edə bilərəmmi?” deyə düşündüyünüz o anı heç yaşamısınızmı?

2018-ci ildə universiteti bitirdikdən sonra iş həyatına atılmaq olduqca çətin olmuşdu. Ard-arda gələn uğursuzluqlar, özümlə bağlı bir çox şeyi sorğulamağıma səbəb olmuşdu. Nələrsə dəyişməli idi, ancaq bunların nə olduğunu tapmaq olduqca çətin idi. Həyatımın dönüm nöqtələrindən biri məhz bu anda özümə təlqin etdiyim bir vərdiş oldu. Oxuduğum, gördüyüm, faydalı hesab etdiyim hər şeyi bir dəftərə qeyd etməyə başladım. Bu vərdiş həyatımda bir çox şeyi dəyişdi, heç təsəvvür etmədiyim yerlərə gətirib çıxardı.

Bu bloq yazısında vərdişlərin möhtəşəm dünyasına kiçik səyahət edəcəyik və üzdə olduqca sadə görünən kiçik dəyişikliyin necə böyük dəyişikliklər dalğasına səbəb ola biləcəyini kəşf edəcəyik.

Vərdiş nə üçün önəmlidir?

Böyük ehtimalla gündəlik həyatınızda dəyişiklik etmək istəyirsiniz: məsələn işləri ertələməmək, idman etmək və ya yeni bir şey öyrənmək. Bunun üçün planınızı qurub, iradənizi toplayıb hərəkətə keçirsiniz. Ancaq əksəriyyət kimi siz də uğursuzluğa düçar olursunuz.

Bəs nə baş verir?

Bəlkə də etmək istədikləriniz düşündüyünüzdən daha çətindir. Bir işə özünüzü həsr edib bitirə bilmədiyiniz üçün özünüzü günahlandırmaq asandır. Amma davranışlarda dəyişiklik çox nadir hallarda iradə ilə baş verir. Bunun əvəzinə insanlar daim təkrarlanan fəaliyyətlərə – vərdişlərə sahib olmaqla dəyişikliyə nail olurlar.

İnsan beyni və şüuru mükəmməl dərəcədə yaradıcılıq, problem həll etmə və planlar qurma kimi bacarıqlara sahib olsa da, ən kiçik və sadə vərdiş gündəlik davranışlarımızı, kimliyimizi və düşüncələrimizi kökündən dəyişə bilir.

Vərdiş nədir?

Vərdişlər təkrarlanan və ya avtomatlaşmış davranışlardır. Onlar günün müəyyən saatlarına və ya məkana bağlı olaraq davranışlarınızda hərəkətə keçirici qüvvələri tətikləyən sinqallar kimidir. Yəni, əslində beyniniz xüsusi kontekst və davranış arasında əlaqə yaradır. Daha sonra isə həmin davranışı düşünmədən həyata keçirirsiniz.

James Clear “Atomik Vərdişlər”adlı kitabında vərdişlərlə bağlı belə bir ifadəyə yer verib: “Uğur gündəlik vərdişlərinizin məhsuludur.” Yaxşı vərdişlər müttəfiqə çevrilir. Anoloji olaraq vərdişlər siz həll edici nöqtəyə çatıb yeni həyat səviyyənizə qalxana qədər nəzərə çarpmır. James Clear bunu belə izah edir: vərdişlər həyatımızın atomlarıdır. Onların hər biri əsaslı yaxşılaşmaya töhfə verən əsaslı vahiddir. İlk baxışdan sezilməyən bu rutin proseslər əhəmiyyətsiz görünsə də, tezliklə onlar da birləşir və daha əhəmiyyətli, ilkin “yatırımı” dəfələrlə aşan göstəricilərə qədər çoxalan nəticələrə töhfəsini verir.

Vərdişləri necə formalaşdırmaq lazımdır?

Beyniniz zövqlü bir prosesə fokuslandıqda dopamin ifraz edir. Bu, həm sizin əhval-ruhiyyənizi qaldırır, həm də həmin prosesə qarşı obyektivliyinizi formalaşdırır. Məsələn, günümüzün ən populyar vərdişlərindən biri sosial mediyada aktiv vaxt keçirməkdir. Paylaşdığımız statuslara gələn bəyənmə sayları, şərhlər və s. fəaliyyətinizin mükafatıdır. Hər dəfə say artdıqca, buna bağlı olaraq ifraz olunan dopamin sizi eyni prosesi təkrarlamağa sövq edir və vərdiş yaradır.

Vərdişlərin formalaşması dörd mərhələdə baş verir:

  1. Stimul beyni bu və ya digər davranışı başlatmağa sövq edir.
  2. Arzu istənilən vərdişin arxasında dayanan əsas motivasiya faktorudur.
  3. Reaksiya uyğun olaraq ya fikir, ya da fəaliyyət formasında davrandığımız müntəzəm vərdişlərdir.
  4. Mükafat istənilən vərdişin formalaşması siklini sona çatdırır.

Beləliklə, stimul bizi reaksiyaya motivasiya edən arzu doğurur. O, öz növbəsində arzunu qane edən mükafat gətirir və nəticə etibarı ilə stimulla assosiasiya olunmağa başlayır.

Vərdiş bizi necə dəyişə bilər?

Həyatınızda dəyişiklik etmək istəyirsinizsə, bu fikri beyninizə tam olaraq həkk etməlisiniz: kiçik dəyişikliklər böyük nəticələrə səbəb olur. Çox vaxt gündəlik həyatımızda baş verən kiçik dəyişiklikləri görmürük və ya diqqət etmirik. Çünki insanlar nəzərəçarpacaq uğurlar qazanmaq üçün nəzərəçarpacaq səy lazım olduğunu düşünür. İstənilən məqsədə çatmaqdan asılı olmayaraq haqqında danışacağı möhtəşəm uğura nail olmaq üçün özlərini böyük təzyiq altında qoyur.

Məsələn, universitetdə təhsil almağın yolunu imtahanlara ciddi şəkildə son dönəmlərdə hazırlıqda və yüksək bal yığmaqda görürük. Halbuki, hər gün ediləcək kiçik dəyişikliklər və ya başqa sözlə 1%-lik yaxşılaşma uzunmüddətli perspektivdə məqsədlərimizə daha tez və qətiyyətli çatmağımıza səbəb ola bilər.

vərdiş matrixi

Müəyyən müddət ərzində nəzərə çarpmayan dəyişikliklər heyrətamiz təsirlərə malik ola bilər. Bu halın izahı belədir: il ərzində hər gün 1% yaxşılaşa biləsiniz, ilin sonunda əvvəlində olduğunuzdan 37 dəfə daha yaxşı olacaqsınız.

Bunun təsirləri dərhal görünmür. Vərdişlər zamanla mürəkkəbləşir. Əvvəllərdə arzulanan nəticənin olmaması həvəsdən sala bilər. Ancaq müntəzəm olaraq təkrarlanan vərdişlər böyük dividendlər verəcək. Vərdişlər özünütəkmilləşdirmə prosesidir.

Sizə maraqlı ola biləcək yazı: Beyin gücünü artırmağın sadə yolu: İkinci Beyin sistemi

Necə dəyişək?

Dəyişmək kimliyin formalaşması ilə başlayır. Dəyişməyə başlamazdan əvvəl necə bir insan olmaq istədiyinizə qərar verməlisiniz. Özünüzlə nəyi təcəssüm etdirmək istədiyinizi anlamalısınız. Özünüzə bu sualları verin:

  • Hansı prinsip və dəyərlər mənim üçün önəmlidir?
  • Kim olmaq istəyirəm?
  • Mənim istədiyimə neçə insan nail ola bilər?

Bu suallara tam səmimi və realistik cavab verməlisiniz. Ancaq bununla belə sizin üçün ən önəmli sual bu olacaq: bütün göstərdiyiniz səyləri nəzərə alaraq, sonda olmaq istədiyiniz insana çevriləcəksinizmi?

Nəticələrə fokuslanmaq əvəzinə, kim olmaq istədiyinizi düşünün. Siz marafonda qaçmağa deyil, qaçışçı olmağa çalışmalısınız. Bir il ərzində 30 kitab oxumağı deyil, yaxşı oxucu olmağı hədəfləməlisiniz. Yəni formalaşdırdığınız kimlik bu iki prosesdən keçməlidir:

  1. Hansı insan olmaq istədiyinizə qərar verməlisiniz.
  2. Həyatınızda əldə etdiyiniz ən kiçik uğurlarla həmin insan olduğunuzu özünüzə sübut etməlisiniz.

Mahiyyət etibarilə sahib olduğunuz vərdişlər nəyəsə malik olmaqla bağlı olmamalıdır. Onlar nəyəsə çevrilmə və sizin şəxsiyyətinizin inkişafı ilə əlaqədar olmalıdır. İnsanların bütün hərəkətlərinin arxasında dayanan sistem də məhz buna uyğun formalaşır. Vərdişlərin formalaşması, uğurların əldə edilməsi üçün daim sınaqdan keçirməli, səhv etməli, öyrənməli, başqa üsulla bir daha sınaqdan keçirməlisiniz. Təcrübə artdıqca etdiyiniz faydasız hərəkətlər getdikdə azalır, yerini faydalı hərəkətlə alır. Bundan sonra artıq həyatınızı tamamilə dəyişəcək vərdişlər formalaşır.

Yaxşı vərdiş formalaşdırmaq üçün 4 addım

İstənilən yeni vərdiş 2 dəqiqədən artıq çəkməməlidir. Yaxşı vərdişlər formalaşdırmağın ən təsirli yolu sahib olmaq istədiyiniz davranışların adi hal sayıldığı mühitin bir hissəsi olmaqdır. Həyatınızı dəyişmək üçün sadəcə bir sözü dəyişməlisiniz: bunu etməli deyilsiniz, bunu etmək imkanınız var.

Buradakı ən önəmli məqam hər iki versiyanın da reallığın bir parçası olmasıdır. Sizin formalaşdıran bu iki reallıqdan birini necə və nə zaman həyatınızda tətbiq etməyinizdir. İrəliyə doğru hərəkət etmək istəyirsinizsə, motivasiya ritualı yarada bilərsiniz, yəni vərdişlərinizi xoşunuza gələn bir şeylə əlaqələndirməlisiniz.

1. Görünən edin.

Dəyişiklik fərqinə varmaqla başlayır. Vərdişlərinizin fərqinə varın. Hər gün həyatınızda baş verənləri qeyd edin: gündəlik rejimiz, baş verən yaxşı hadisələr, görməli olduğunuz işlər, hətta sizin artıq adiləşən, ancaq həyatınızın ayrılmaz hissəsi olan vərdişləri belə. Onları müsbət, mənfi və neytral olmaqla qiymətləndirin. Bu, sizin gündəlik həyatınızı necə yaşadığınızı göstərəcək.

Vərdiş formulası

Düşünün ki, dəyişiklik üçün yeni vərdiş yaratmalısınız. Bunun formulası belədir: Mən bu [DAVRANIŞI] [BU VAXTDA] [BURADA] edəcəm. Formulanın əsas hədəfi həmin vərdişi tətikləyəcək digər elementləri sizin həmişə gözünüzün qabağına çıxarmasıdır.

2. Cəzb edici edin.

Biz xoşumuza gələn şeyləri etməyi daha çox sevirik. Ona görə də formalaşdıracağımız vərdişdən zövq almalıyıq. Bunun formulası ilə belədir:

  1. [BU VƏRDİŞDƏN (mövcud)] sonra [BU VƏRDİŞİ (lazım olan)] edəcəm.
  2. [BU VƏRDİŞDƏN (lazım olan)] sonra [BU VƏRDİŞİ (istədiyim)] istəyirəm.

Məsələn;

  1. Kitab oxuduqdan (mövcud vərdiş) sonra yarım saatlıq gəzintiyə (lazım olan) çıxacam.
  2. Gəzintidən qayıtdıqdan sonra (lazım olan) film izləyəcəm (istədiyim).

3. Olduqca asan edin.

İstənilən yeni vərdiş 2 dəqiqədən artıq çəkməməlidir. Etmək istədiklərinizi asan olduqca daha çox edirsiniz. Yaradıcılıqla məşğul olursunuza, əvvəlcə kəmiyyətə fokuslanın. Məsələn, planlama, hazırlama, araşdırmaya çox vaxt ayırırsınızsa, onları kiçik hissələr bölüb, öyrənərək tamamlayın. Bir vərdişə yiyələnmək istəyirsinizsə, mükəmməliyə yox, təkrarlamağa fokuslanın.

4. Zövq alın.

Yaxşı vərdişlər formalaşdırmaq özünüzü mükafatlandırmaqdan ibarətdir. İşiniz gündəlik həyata keçirməyə qərar verdiyimiz kiçik hərəkətlərin nəticəsidir. Ona görə də, vərdiş formalaşdırdıqda, ən kiçik uğurda belə özünüzü mükafatlandırın. Vərdiş izləyicisi tutun. Vərdiş izləyicisi sizi özünüzlə dürüst olmağa vadar edir. Vərdiş izləyicisi sizə hərəkətə keçmək vaxtı gəldiyini xatırladan vizual stimul yaradır. Özü motivasiya edir, çünki siz proqressi görür və onu itirmək istəmirsiniz. Hər dəfə qazanılan uğuru qeyd edəndə məmunluq gətirir. Bundan başqa vərdiş izləyicisi arzuladığınız insan çevrilməyinizin özünəməxsus sübutudur.

Bu yazı James Clear – Atomic Habits kitabının kiçik xülasəsidir. Kitabı oxumağı şiddətlə tövsiyə edirəm, çünki yazılan hər cümlə, hər sətir sizin həyatınıza fərqli şəkildə toxuna bilər. Çünki vərdişlərinizi dəyişmək, həyatınızı dəyişməkdir.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button