Səmərəlilik

Gallup Q12 indeksi – İşçilərin özünə verməli olduğu 12 sual! Uğurlu menecer kimdir?

Gallupun işçilərin iş mühitində iştirakını əhatə edən çalışması 30 il ərzində davranış iqtisadiyyatı sahəsindəki araşdırmasına əsaslanır. Bu araşdırmalar nəticəsində Gallup, yüksək komanda performansı ilə nəticələnən işçi əlaqəsinin 12 əsas elementini təyin etdi. Gallup indeksi insan potensialını aşkara çıxarmaq üçün əsas psixoloji tələbləri təsvir etdiyi və performans ölçmək üçün olduqca effektivdir. Bu yazıda həm də uğurlu menecer kimdir sualının cavabını da axtarırıq.

uğurlu menecer

1. İş yerində sizdən nə gözlənildiyini bilirsinizmi?

Aydın gözləntilərə sahib olmaq işçilərin ən fundamental ehtiyacıdır. Əksər hallarda, işçilər hər gün öz işlərini görməyə çalışdıqları zaman onları çaş -baş salacaq işlərə görə məsuliyyət daşıyırlar.

Birinci elementin ən çox gözardı edilən məqamı, menecerlərin, bu elementə qarşı fərqli yanaşma ortaya qoymaları ilə bağlıdır. Menecerlər düşünə bilər ki, – “İnsanlar nə gözlənildiyini bilmirlərsə, onlara deyərəm.” Lakin, işçilərə menecerlərinin və təşkilatlarının onlardan nə gözlədiyini anlamalarına kömək etmək, onlara nə etməli olduqlarını söyləməkdən daha çox şey tələb edir.

Uğurlu menecer hər bir işçi üçün aydın və aydın olmayan gözləntiləri müəyyənləşdirir və müzakirə edir. Mükəmməl bir performans planı cızır və bunun iş yoldaşlarının və bütün təşkilatın uğuruna necə gətirib çıxardığını işçilərin də anlamasına kömək edirlər.

2. İşinizi düzgün yerinə yetirmək üçün material və avadanlıqlarınız varmı?

Bu element həm fiziki resurs ehtiyaclarını, həm də işəgötürənlə işçi arasındakı potensial maneələri ölçür. İşçilər, əldə edilməsi qeyri -mümkün görünən məqsədlər və gözləntilər yaratdığı üçün rəhbərlərindən və ya təşkilatlarından soyuyurlar. “Materiallar və avadanlıqlar”  dedikdə yalnız alətlər siyahısı nəzərdə tutulmur. Bura işçilərin işlərini görmələri üçün lazım olan maddi və qeyri -maddi resurslar daxildir. Uğurlu menecer, komandasının nəyə ehtiyacı olduğunu fərz edib, ona uyğun hərəkət etmir. İşçilərinin ehtiyaclarını soruşur və dinləyir və lazım olduqda bu ehtiyacların qarşılanması üçün əlindən gələni əsirgəmir.

3. İş yerində hər gün ən yaxşı etdiyiniz işi etmək imkanınız varmı?

Menecer və təşkilatlar üçün ən güclü strategiyalardan biri, işçilərinə ən yaxşı bacarıq və biliklərini tətbiq etmək imkanı yaratmaqdır. İşçilərin işdən çıxmasının əsas səbəblərindən biri də bu imkanın onlarla təqdim edilməməsi olur. Uğurlu menecer işçilərini fərd olaraq tanıyır və onlara ən yaxşı qabiliyyətlərini tətbiq etmələri üçün fürsət verir. Hər bir işçiyə özünəməxsus dəyəri haqqında danışır və mümkün olduğu zaman, işin komanda üzvlərinin istedadları ilə uyğunlaşdırılması üçün düzəlişlər edir. Yaxşı menecer, işçilərinin harada effektiv olduqlarını bilir və orada vəzifələndirir ki, məşğul olsunlar və təşkilata maksimum dəyər qatsınlar.

4. Son yeddi gündə ərzində, işinizi yaxşı yerinə yetirdiyiniz üçün təqdir və ya tərifə layiq görülmüsünüzmü?

Yaxşı işçi tapmaq çətindir. Və bir təşkilat onları işə götürdükdən sonra, bu işçilərin töhfələrinə görə onlara dəyər verildiyini hiss etdirməlidir. Kifayət qədər təqdir almadığını düşünən işçinin gələn il işdən çıxacacağı ilə bağlı ehtimal iki qat çoxdur. Həmçinin, təqdir digər işçilərə uğurun necə göründüyünə dair bir mesaj da göndərir. Uğurlu menecer yaxşı görülən işlərin dərhal tanınması üçün ehtiyac duyulan iş mühiti yaradır. Menecer fərdlərin necə tanınmağı sevdiklərini öyrənir və məqsədlərinə çatmaq, yüksək performans nümayiş etdirmək üçün onlara vaxtında təşəkkür ünvanlayır.

5. Nəzarətçiniz və ya iş yerinizdə başqa kimsə bir insan kimi sizinlə maraqlandığını hiss etdirir?

İşçilər bilməlidirlər ki, kimsə onlar haqqında öncə insan olaraq, daha sonra işçi kimi narahatdır. Beşinci element idarəetmənin “yumşaq” tərəfi kimi görünə bilər, ancaq insanlar özlərini təhlükəsiz hiss etdikləri bir mühitdə işləyərkən yaxşı nəticələr verir. Uğurlu menecer işçilərinin nailiyyətlərini tanıyır, göstərdiyi nəticə haqqında söhbətlər aparır, fikrini bildirir və hər şeydən əvvəl işçilərinə hörmət edir. Bu davranışlar, işçilərin yeni fikirlər sınamaq, məlumat mübadiləsi aparmaq, inkişaf imkanlarını araşdırmaq və işlərində və şəxsi həyatlarında bir -birlərini dəstəkləyəcəyi bir iş mühiti formalaşdırır.

6. İşinizdə inkişafınızı təşviq edən biri varmı?

Araşdırmalar göstərir ki, işçilərin işdən çıxmasının 1 nömrəli səbəbi şəxsi inkişaf və karyera irəliləməsi üçün lazım olan dəstəyi hiss etməmələridir. İnkişaf, işə götürüldükdə işçilərin gözlədiyi yazılmamış sosial müqavilənin bir hissəsidir. İşçilərin sponsorluq, kouçinq, və ya çətin iş tapşırıqların həvalə olunması yolu ilə, karyeralarını idarə etməkdə köməyə ehtiyacı var. Bu elementlə bağlı ümumi anlaşılmazlıqlardan biri də “inkişaf” ın “vəzifə yüksəlişi” mənasına gəlməsidir. Amma onlar eyni şey deyil. Vəzifə yüksəlişi birdəfəlik bir hadisədir. İnkişaf, hər bir insanın özünəməxsus istedad və güclü cəhətlərini anlamaq və onları tətbiq etməsinə imkan verən rol, vəzifə və layihələr tapmaq prosesidir. Uğurlu menecer, işçiləri qazandıqlarını və qaçırdıqlarını təyin edərək, düşündüklərinin ötəsinə keçməyə həvəsləndirir, potensial mentorlar ilə əlaqələndirir və nəticələrinə görə onları  məsuliyyətli tutur.

7. İş yerində fikirləriniz nəzərə alınırmı?

Heç bir lider bütün çətinliklərin öhdəsindən tək başına gələ bilməz, nə də bütün sullara cavabı yoxdur. Bu element işçilərin dəyər və töhfələrini ölçməyə imkan tanıyır. İşçilərin fikirini soruşmaq və nəzərə almaq daha çox məlumatlı qərar qəbul etməyə gətirib çıxarır və iş nəticələrinə müsbət təsir edən yeni fikirləri ortaya çıxarır. Uğurlu menecer açıq dialoqu təşviq edir və geridönüş sistemi (feedback loop) yaradır, buna görə də işçilər qərar-qəbuletmə prosesində iştirak etdiklərini hiss edirlər.

8. Şirkətinizin missiyası/məqsədi, işinizin vacib olduğunu hiss etdirirmi?

Bir iş sadəcə bir iş olsaydı, həqiqətən kiminsə harada çalışmasının əhəmiyyəti olmazdı. Ancaq işçilər işlərinin mənalı olmasını istəyirlər. Əslində, son iki generasiya üçün bu element işə yanaşmanın ən vacib nüanslarından biri olmuşdur. Bir çox menecer, işçilərin bu əlaqəni hiss etmələri üçün təşkilatın missiya bəyanatını divara yapışdırmağın kifayət olduğunu düşünür. Bu əsla belə deyil. Menecer, təşkilatın missiyasının və məqsədinin aydın olmasını və işçilərin təcrübəsinə uyğun olmasını təmin etməlidir. Bu baxımdan menecer, işçilərin rollarının və gündəlik vəzifələrinin təşkilatın missiyasına necə töhfə verdiyini anlamalarında vacib rol oynayırlar.

9. Həmkarlarınız (iş yoldaşlarınız) keyfiyyətli iş görməyə sadiqdirlərmi?

İş yoldaşınızın keyfiyyətli işə bağlılığına inanmaq, mükəmməl komanda performansı üçün çox vacibdir. İnsanlar bacarığı olan, amma cəhd etməyən həmkarı üçün daha çox üzülür, nəinki çox çalışan, amma çox da istedadlı olmayan iş yoldaşı üçün. İşçilər bir -birinin səylərinə və nəticələrinə qarşılıqlı güvənin və hörmətin olduğu bir mühitdə olmalıdırlar. Uğrulu menecer komandasının ruhdan düşməsini seyr etmir. Əksinə, uğurlu iş nümunələrini tanıyaraq və paylaşaraq aydın komanda standartları qurur, komanda üzvlərinin hər birini gördükləri işdən məsuliyyətli tutur və məhsuldar bir mühiti yaradır.

10. İşdə ən yaxşı dostunuz varmı?

İşçilər, komanda üzvləri ilə dərin bir bağlılıq duyğusu yaşadıqları zaman, işin xeyrinə olan müsbət addımlar atırlar – başqa vaxt heç ağıllarından belə keçməyən addımlar. İşəgötürənlər, insanların mənalı dostluq qurmaq istədiklərini və şirkətin loyallığının bu münasibətlər üzərində qurulduğunu qəbul edirlər. Ancaq işdəki dostluqları uyğun bir kontekstdə təşkil etmək gərəkdir. Menecer dostluq yaratmağa və ya hamını dost etməyə çalışmamalıdır. Lakin, insanların bir -birini tanıya biləcəyi situasiyalar yaratmalıdır. Uğurlu menecer, komanda üzvlərini bir araya gətirmək, insanları özləri haqqında hekayələr paylaşmağa təşviq etmək və müştəri xidmətini və ya digər iş nəticələrini pozmayacağı zaman iş yerində ünsiyyət qurmaq üçün vaxt ayırmaq üçün fürsətlər hazırlamalıdır.

Sizin üçün maraqlı ola biləcək yazı: Apple şirkətinin işə qəbul zamanı verdiyi 31 qəribə sual

11. Son altı ayda ərzində iş yerində kimsə irəliləyişiniz haqqında sizə danışıbmı?

İşçilər üçün ən başlıcası, necə nəticə sərgilədikləri, işlərinin kənardan necə qəbul edildiyi və gələcəkləri haqqında fikrə sahib olmalarıdır. Menecer işçilərinin irəliləyişini mütəmadi olaraq yoxladıqda, komanda üzvləri ədalətli maaş aldıqlarına inanır, şirkətdə qalma ehtimalları artır və şirkətin işləmək üçün əla bir yer olduğunu başqalarına tövsiyə etməyə başlayırlar. Uğurlu menecer işçilərlə necə işlədikləri barədə tez -tez – rəsmi və qeyri -rəsmi söhbətlər aparır. Bir sözlə, işçilərin getdikcə daha yaxşı nəticələr əldə etməsinə kömək etmək üçün dərhal, konstruktiv və həvəsləndirici rəy verən mentor rolunu oynayır.

12. Son bir ildə öyrənmək və inkişaf etmək üçün imkanlar oldumu?

Öyrənmək və inkişaf etmək arzusu, insan motivasiyasını qorumaq üçün əsas insan ehtiyaclarından biridir. İnsanlar inkişaf etdikcə, şirkətlər böyüyür və bazardakı rəqabətliliyi daha da yüksəlir. İşçilər öyrəndiklərini və inkişaf etdiklərini hiss etdikdə daha çox və daha səmərəli işləyirlər. Ancaq hər gün eyni şeyi yeni bir şey öyrənmək şansı olmadan etməli olduqları zaman, nadir hallarda işlərinə duyduqları həvəs və həyəcanı qoruyub saxlaya bilirlər. Uğurlu menecer işçilərə öyrənmə imkanları yaradır və işçilərindən öyrəndiklərini tez -tez soruşur. Təlim verməkdən əlavə, işçiləri yeni bacarıqlar öyrənməyə və ya bir iş görmək üçün daha yaxşı yollar tapmağa təşviq edirlər. İşçilərlə qısamüddətli və uzunmüddətli inşikaf hədəfləri haqqında danışır və işçilərinin üzərinə yeni məsuliyyət yükləməyə açıqdırlar.

Oxşar yazılar

Back to top button