Faktlar

Tarixin ən faciəvi hadisəsi: Nankinq qətliamı

Yapon-Çin müharibəsinin bitdiyi dövrdə Yaponiya İmperatorluğunun ani qərarı tarixin ən faciəvi qətliamlarından birinə səbəb oldu: Nankinq qətliamı. Müharibənin sonlarında hamı bitdiyini düşünsə də, imperator əsgərlərinə nifrət aşılayaraq “Bütün ordular Nankinqi işğal etmək üçün hərəkətə keçməyə hazırlaşsın. Evinizə – Yapon adasına yox, Nankinqə qayıdacaqsınız” əmrini verdi. Bu əmr yapon əsgərlərin çinlilərə qarşı nifrətini daha da dərinləşdirmişdi.

Yapon əsgərlər çinli əsgər və mülki əhalidən intiqam almaq üçün tərəddüdsüz şəkildə Nankinqə yürüyürdü. Əsgərlərin ən böyük motivasiyalarından biri də “istədiləri kimi talançılıq və təcavüz etmək” sözünü almaqları idi. Yaponlar rəsmi olaraq müharibə elan etməmişdilər. Çünki ABŞ-ın məsələyə qarışması ilə özlərinə qarşı silah ambarqosundan narahat idilər. Əgər belə bir şey olsa, müharibədə məğlub olacaqları aydın idi. Çin müharibə ehtimalını nəzərə alaraq ordularını hazır saxlasa da, yaponların belə bir hücum edəcəyini təxmin etmirdi.

8 dekabr 1937-ci ildə yapon əsgərləri Nanking şəhərinə çatmış və 9 dekabrda şəhəri mühasirəyə almışdı. Mühasirədən əvvəl yapon komandirləri Çin komandanlığına belə bir bəyanat vermişdilər: “Yapon ordusu heç bir nifrət əlaməti göstərmədən Çin mülki vətəndaşlarına və əsgərlərinə qarşı xeyirxah və səxavətli davranacaq. Ancaq onlara qarşı gələcək bütün şəxslərə qarşı nifrət dolu və mərhəmətsiz olacaq. Sabaha qədər cavab verilməsə, yapon ordusunun hücum etməkdən başqa seçimi olmayacaq.” Çin ordusunun komandanları bu ultimatumu əsgərlərinə bildirərək son adama qədər döyüşmələrini əmr etdi. Beləliklə, yaponların ultimatumunu rədd edərək dekabrın 10-nu gözləməyə başladılar.

Dekabrın 10-da yaponların ultimatumunun icrasının vaxtı çatdı, ancaq hər hansı qərar dəyişikliyi üçün bir saat əlavə vaxt verildi və elçilərlə birlikdə Nankinq şəhərinin girişində gözləməyə başladılar. Gecə 1-də başlayan yapon hücumu 13 dekabra qədər davam etdi və Çin ordusunun geri çəkilməsi ilə başa çatdı. Ancaq Çin ordusu geri çəkilənə qədər xalqı döyüşmək üçün məcbur etmiş, mülki əhalinin böyük əksəriyyətini “təhlükəsiz bölgələr”ə yerləşdirməmiş, döyüşmək üçün onların əlində nə varsa, almışdı.

Çinli mülki əhali yapon ordusunun məğlub olmuş Çin ordusu ilə yaxşı rəftar edəcəyi anlayışına inanırdı; lakin yapon əsgərləri 1937-ci il dekabrın 13-də şəhərə daxil olanda bu fikrin böyük bir yanlışlıq olduğunu anladılar. Və Nankinq qətliamı başladı. Özlərinə talançılıq və təcavüz sözü verilən yapon əsgələrdə şəhərə girdikdən sonra küçələrdə təslim olan (olmaq istəyən) əsgərləri bir yerə toplayaraq güllələdi. Onlar mülki əhalini əsgər olduqlarını düşünərək qətl etdilər. Küçələrdə təşvişlə qaçan insanları heç düşünmədən öldürürdülər. Küçələr və əsas məhəllələr insan cəsədləri ilə dolmuşdu. Əsir düşən əsgərlər və ya yaponlar tərəfindən əsir elan edilənlər şəhərin böyük çayının önündə sıraya düzülərək və ya çubuqlarla döyülərək öldürülür, daha sonra çayın axınına buraxılırdı. Bu yolla öldürülən hərbi əsirlərin sayı 55 mindən çox idi. Dövrün yüksək tirajlı yapon qəzetlərindən biri olan “Tokyo Nichi Nichi Shimbun” qəzetinin başlığı belə o dövrdə baş verən Nankinq qətliamı barədə dərin təsəvvür yaradırdı: “100 çinlini qılıncla öldürmək yarışması”.

Yarışmanın şərtləri olduqca sadə idi. İştirakçılar əllərindəki qılıncla çinli əsirləri eyni anda öldürməyə başlayır və 10 dəqiqə içində ən çox adam öldürən qalib sayılırdı. Bu qırğın 1938-ci il yanvarın sonuna – yaponların şəhəri tərk etməsinə qədər davam etdi. 6 həftəlik qırğınların nəticəsində 300 mindən çox ölü, 100 mindən çox yaralı və 20 mindən çox qadın təcavüzə uğrayaraq öldürüldü. Bu qətliamla bağlı digər dəlillər isə Nankinq Datuşa muzeyindədir.

Sizə maraqlı ola biləcək yazı: Varfolomey gecəsi – Məzhəb müharibələrinin qanlı tarixi

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bu qətliamı törədənlərdən biri olan general Tani Hərbi Cinayətlər Məhkəməsində mühakimə olundu. Bu qırğında əli olan digər general Matsui isə məhkəmə olmadan həbs edilmişdi. Qətliamda adları hallanan digər şəxslər – şahzadə Kan müharibə dövründə ölmüşdü. İsamu isə Okinavanın müdafiəsi zamanı intihar etmişdi. Şahzadə Asaka isə yapon imperatorluq ailəsinin üzvü olduğu üçün “toxunulmazlıq” haqqından istifadə edərək məhkəmədən azad olmuşdu.

Kanal:
Telegram kanalımız
Mənbə:
Nanking MassacreNanjing Massacre: Denmark honours hero who rescued ChineseThe Nanjing Massacre: Scenes from a Hideous Slaughter 75 Years AgoDocuments of Nanjing Massacre

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button