Koreya İqtisadiyyatı – Hanqanq Çayındakı Möcüzə
Cənubi Koreya qısa müddətdə sürətli inkişaf əldə etməyi bacarmış bir ölkədir. Ölkə mobil telefonlar, yarımkeçiricilər, avtomobillər, kimyəvi maddələr və polad istehsalı kimi müxtəlif sahələrdə qlobal rəqabət qabiliyyətini nümayiş etdirib. Son illərdə musiqi, oyun və incəsənət də daxil olmaqla mədəni sahədə baş verən dəyişikliklər Koreya iqtisadiyyatında liderliyi ələ alaraq özlüyündə vacib bir sahəyə çevriliblər.
Cənubi Koreya misli görünməmiş sürətlə iqtisadi böyümə əldə etdi. Üç il davam edən Koreya müharibəsi zamanı ölkənin əksər sənaye obyektləri məhv edildiyinə və sərmayə və təbii ehtiyatlardan məhrum olduğuna görə, ölkənin qazandığı bu nailiyyəti “Hanqanq çayındakı möcüzə” adlandırırlar.
1960-cı illərin əvvəllərində ölkə ixrac yönümlü iqtisadi inkişaf planları ilə irəlilədi. Əvvəlcə ölkənin əsas ixrac məhsulları əsasən kiçik fabriklərdə istehsal olunan yüngül sənaye məhsulları və xammal idi. 1970-ci illərdə ölkə ağır kimya müəssisələrinə sərmayə qoydu və ağır sənaye məhsullarının ixracına zəmin yaratdı. Ölkə hazırda yarımkeçirici və ekran sektorlarına dünyada liderlik edir.
Seul 1988 olaraq bilinən 1988 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək, ölkəni yarı inkişaf etmiş ölkələr sırasına qatılmasını sürətləndirdi. Xaricdəki kütləvi informasiya vasitələri Cənubi Koreyanı Tayvan, Sinqapur və Hong Kongla birlikdə dörd Asiya pələngindən biri adlandırdı. 1996-cı ilin dekabrında ölkə əsasən inkişaf etmiş ölkələrdən ibarət olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 29-cu üzv ölkəsi oldu.
1960-cı ildə cəmi 32.82 milyon ABŞ dolları olan Cənubi Koreyanın ixracatı, 1977-ci ildə 10 milyard ABŞ dollarını keçdi və 2019-cu ildə 542.2 milyard ABŞ dollarına çatdı. Ölkənin adambaşına düşən milli gəliri milli hökumətinin qurulduğu 1953-cü ildə 67 dollar idi. 2019-cu ildə isə bu rəqəm 32.115 ABŞ dolları idi.
Sizə maraqlı ola biləcək yazı: Bitkoin uğurlu olarsa, nə baş verər?
Cənubi Koreya, qeyri-kafi kapital və resurslar qarşısında böyüməyə davam edərkən, böyük bizneslərə əsaslanan ixracat yönümlü bir iqtisadi quruluş yaratdı. Bu, konqlomeratların sənayedə hakim mövqeyə sahib olmasına gətirib çıxardı və iqtisadi quruluşu ixracat və idxaldan çox asılı vəziyyətə gətirdi və beləliklə ölkəni xarici iqtisadi təsirlərə həssas etdi.
1997-ci ilin Noyabr ayında ölkədə valyuta böhranı yaşandı və hökümət yardım üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etməyə məcbur qaldı. Bu, illərdir sürətlə davam edən iqtisadi böyümədən sonra Cənubi Koreyanın üzləşdiyi ilk sınaq idi. Ölkə iflas edən müəssisələri ayağa qaldırmaq üçün kəskin bir addım atdı və daha sonra sənayeləşməni yenidən davam etdirdi. Yalnız iki il içində ölkə əvvəlki böyümə sürətini, qiymət səviyyələrini və cari balans profisitini bərpa etdi. Bu müddət ərzində hökumətin BVF-dən borc aldığı məbləği ödəmək üçün kömək məqsədilə qızıl toplamaq kampaniyasına təxminən 3,5 milyon koreyalı qatıldı. Ümumilikdə 227 ton qızıl toplandı. Dünya, Cənubi Koreya xalqının milli borclarını ödəmək üçün könüllü iştirakına heyran qaldı.
Valyuta böhranından xilas olmaq üçün atılan addımlar, qloballaşan iqtisadi və maliyyə sistemlərinin mənimsənilməsi kimi müəyyən fürsətlərdən bəhrələndi. Bununla belə, yenidən qurulma prosesi hökumətin artan maliyyə xərcləri və daha yüksək gəlir bərabərsizliyi kimi yan təsirlərə də səbəb oldu.
İqtisadi böhrandan çıxdıqdan sonra Cənubi Koreya iqtisadiyyatı dayanıqlı böyüməyə davam etdi. Ölkənin ÜDM-i 2001-ci ildəki 504,6 milyard ABŞ dollarından 2019-cu ildə 1,646,3 milyard ABŞ dollarınna çataraq, 3 dəfədən çox artdı və bu, dünyada 12-ci ən böyük göstərici hesab olunur. Dünyanın əksər yerlərində dağıdıcı maliyyə böhranının yaşandığı 2008-2010-cu illərində isə ölkə 6,3% -lik iqtisadi böyümə sürəti göstərdi. Dünyanın ən böyük beynəlxalq xəbər agentlikləri bu iqtisadi uğuru “dərsliklərə düşəcək iqtisadi sağalma” kimi təsvir edirdilər.
2010-cu ildə Cənubi Koreya artıq dünyanın 7-ci ən böyük ixracatçı ölkəsi idi. 2011-2014-cü illərdə ölkənin ticarət göstəriciləri dörd il ardıcıl olaraq 1 trilyon ABŞ dollarından çox olmuşdu. Ticarət həcmi 2015 və 2016-cı illərdə bir qədər kiçildi, lakin 2017-ci ildə yenidən 1 trilyon ABŞ dollarına yüksəldi. Cənubi Koreyanın xarici valyuta ehtiyatları 2019-cu ildə 408,8 milyard ABŞ dolları təşkil etdi və qısamüddətli xarici borc nisbəti 2019-cu il tarixinə görə 32,9% təşkil etdi. Bu müddət ərzində ölkənin suveren kredit reytinqi də sabit səviyyədə qalmışdır.