Bəşəriyyət özünü dərk etməyə başladığından bəri insanlar daim maraqlanır, sorğulayır, suallarına cavab axtarır. Əslində elmin təməlində də bu yerləşir. Əgər insanların marağı olmasaydı elm nə inkişaf edə bilərdi, nə də indiki texnologiya və mədəniyyətə sahib ola bilərdik. Dünya tarixində minlərlə elm adamı olsa da, onlardan bəziləri öz fikir və kəşfləri ilə iz qoymağı bacarıb. Çünki bilinməyən bir şeyi kəşf etmək və araşdırmaq olduqca çətindir. Ancaq bu elm adamları olmasaydı, bu gün bir çox şeyin sirrinə agah olmazdıq. Bu yazımızda tarixə iz qoymuş məşhur elm adamları və onların elmə töhfələrindən bəhs edirik.
Leonhard Euler (1707 – 1783)
Leonard Eyler isveçrəli riyaziyyatçı, fizik və astronomdu. Rusiyada və Almaniyada işləmişdir; riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və s. sahələrdə 800-dən artıq əsərin müəllifidir; elmin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. XVIII əsrin ən əhəmiyyətli və bütün dövrlərin aparıcı riyaziyyatçılarından biri hesab edilir. Ən məhsuldar riyaziyyatçılardan biri olaraq işlərinin ümumi həcmi 72 kitabdan ibarətdir. Bu da onun məşhur elm adamları siyahısında olmağına səbəb olub.
Eyler fövqəladə işgüzarlığa malik olan adam idi. Onun tədqiqatları riyaziyyat, mexanika, elastiklik nəzəriyyəsi, riyazi fizika, optika, musiqi nəzəriyyəsi, Ayın hərəkəti, maşın nəzəriyyəsi, ballistika, dənizçilik elmi və s. sahələri əhatə edirdi. Məhz bu işgüzarlığın nəticəsində o artıq 19 yaşında gəmi təchizatına dair dissertasiya yazmış, 20 yaşında Peterburq EA-nın adyunku-kiçik elmi işçisi, 23 yaşında fizika kafedrasının professoru, 26 yaşında isə Peterburq EA-nın üzvü olmuşdu.
Marie Curie (1867-1934)
Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatını iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri birlikdə ilə birlikdə polonium və radium elementini kəşf etmişdir. Hər ikisi də iz qoymuş məşhur elm adamları kimi tarixə keçib.
Nikola Tesla (1856 – 1943)
Nikola Tesla müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki, maşın mühəndisi və ixtiraçısıdır. Tesla 1884-cü ildə ABŞ-ın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu.
Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində “Cərəyanlar müharibəsi” kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı. Məşhur elm adamları kimi bilinsə də, onun yaradıcılığından çox az hissə günümüzə gəlib çıxıb.
Isaac Newton (1642 – 1727)
Isaac Nyuton ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçıdır və məşhur elm adamları siyahısında ilk sıralarda olan alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir.
Nyutonun dövründən bəri 12-14 nəsil artıq bir-birini əvəzləyib. Amma Nyuton qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb. 17-ci əsrin sonunda o, elmi kəşflərində Nikolay Kopernik, Kepler və Qalileo Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib. Nyuton ümumdünya cazibə qanununu kəşf etmiş, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçmüşdür.
Louis Pasteur (1822 – 1895)
Lui Paster fransız bioloq, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisidir. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir. O, 1847-ci ildə fizika və kimya sahələrində doktorluq dərəcəsini almışdır. Bu illər ərzində Paster izomeriya, kristal quruluş və optik səmərəliliyə dair işləri ilə tanındı. 1871-ci ildən etibarən onun üçün qurulan laboratoriyada işə başlayır.
Bu laboratoriyada qarayara, toyuq vəbası və quduzluq kimi virus xəstəlikləri; immunitet mexanizmi və peyvənd hazırlamaq texnikası üzərində işləmişdir. Quduz itlər üzərində işini daha təhlükəsiz etmək üçün Paster 1885-ci ildə köhnə imperator qalasını lazımi qaydada yenidən quraraq quduzluğa qarşı peyvənd üçün ilk addımı atmışdı. O, həkim olmadığı üçün həkimlərdən tərəfindən sevilməsə də, işlərini davam etdirmiş və tibbə böyük töhfələr vermişdir.
Otto Hahn (1879 – 1968)
Otto Han alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisidir. Onu nüvə kimyasının atası, nüvə parçalanmasının isə xaç atası adlandırırlar, bu da onun məşhur elm adamları siyahısında olmasına gətirib çıxarıb. O, radium, torium, protaktinium və uranın radioaktiv izotoplarını kəşf edib. 1944-cü ildə isə Nobel mükafatı qazanıb. 1901-ci ildə Marburq və Münihdə kimya üzrə təhsilini tamamladıqdan sonra doktorluq dərəcsini alır və Marbuq universitetində çalışmağa başlayır. Həmçinin o, protaktinyum (Pa) elementini də kəşf etmişdir.
Michael Faraday (1971 – 1867)
Maykl Faradey elektromaqnetizm və elektrokimyanın öyrənilməsinə töhfə verən ingilis fiziki və kimyaçısıdır. Onun əsas kəşfləri arasında elektromaqnit induksiyası, diamaqteizm və elektroliz kimi əsasını qoyduğu prinsiplər var. Faradey güclü təhsil almasa da, tarixin ən məşhur elm adamları cərgəsində öz yerini tapıb. Faradeyin fizikada elektromaqnit sahəsi anlayışının əsasını qoyduğunu birbaşa cərəyan keçirən bir naqilin ətrafındakı maqnetik sahədəki araşdırmasıyla əlaqələndirmişdi. Faradey, həmçinin maqnitin işıq şüalarına təsir göstərə biləcəyini və iki hadisə arasında əsas əlaqənin olduğunu təsbit etmiş, elektromaqnit induksiyası və diamaqnetizm prinsiplərini və elektroliz qanunlarını kəşf etmişdi. Onun elektromaqnitli fırlanan cihazların ixtiraları elektrik mühərrikinin əsasını qoydu və bu səylərin nəticəsində elektrikin texnologiyada istifadəsi əlverişli hala gəldi.
Faradey bir kimyaçı olaraq benzol və xlor haqqında araşdırmalar aparmışdı. Əlavə olaraq bunsen yanarının erkən formasını və oksidləşmə nömrələri sistemini ixtira etmişdi. Faradey həyatı boyunca Kral İnstitutunda ilk və ən öncül Fullerian Kimya professoru vəzifəsini tutdu. Faradey fikirlərini aydın və sadə dildə çatdıran əla ekspert idi; riyazi qabiliyyətləri isə triqonometriyaya qədər və ən sadə cəbr bilikləri ilə məhdud idi. Ceyms Maksvell, Faradey və başqalarının işlərini ələ alaraq və bu işləri,bütün müasir elektromaqnit nəzəriyyələrinin əsasını kimi qəbul edilən tənliklər toplusunda ümumiləşdirdi. Faradeyin güc xətlərindən istifadə etməsi ilə əlaqədar olaraq, Maksvell, Faradeyin əslində gələcəyin riyaziyyatçılarının qiymətli metodlar əldə edə biləcəyini çox yüksək nizamlı bir riyaziyyatçı olduğunu yazmışdı. Beynəlxalq vahidlər sistemində elektrik tutumu onun şərəfinə farad olaraq adlandırılmışdır.
Galileo Galilei (1564 – 1642)
Qalileo Qaliley italyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biridir. Tarixdə iz qoyan məşhur elm adamları və alimlərindən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Nikolay Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulunu tətbiq etmişdir.
Tələbəlik illərində Qaliley böyük elmi və praktik əhəmiyyəti olan rəqqasın rəqsinin izoxronluq qanununu kəşf edir. Qaliley öz müəllimi Ostilio Riççinin rəhbərliyi ilə riyaziyyat və mexanikanı öyrənməklə kifayətlənməyib, mexani kanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də öyrənmiş və Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların tənzim edilməsi və s. işləri müşahidə etmişdir. Deyilənlərə görə, kilsədə ibadət zamanı tavandan asılmış iki çilçırağın yellənməsini müşahidə edərkən Qaliley, rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını müəyyən etmişdir. Qaliley fitri istedadın əsasında Aristotel fizikasının səhvlərini göstərmiş, təbiət elmlərinin yeni təməlini qurmuş, onun gizli sirlərini açaraq, cəmiyyətin materialist dünyagörüşünün inkişafına böyük təkan vermişdir.
Pifagor (570 – 495)
Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür. Tarixdə iz qoyan məşhur elm adamları və alimlərindən biridir.
Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o “Tərbiyə haqqında”, “Dövlət haqqında” və “Təbiət haqqında” adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur. Pifaqorun elmi bilgiləri qədim Babil və Misir kahinlərindən alması haqqında rəvayətlər də vardır. Belə ki, o, uzun illər səyahətdə olmuş, 30 il Misirdə kahinliyin sirlərini və hikmətini mənimsəmişdi. O, vətənə yetkin yaşında qayıtmış və Delfadakı Apollon məbədinin ali kahini olmuşdur. Bu, Qədim Yunanıstanda baş məbəd idi. Delfa alimləri bütün Yunanıstanda tanınmışdı.
Daha sonra Pifaqor Krotonada “Pifaqorçular ittifaqı (ya da məktəbi)” adlı dini-fəlsəfi cəmiyyət yaratmış və ona başçılıq etmişdir. Ancaq bir sürə sonra Krotonada siyasi durum gərginləşmiş, şəhər sakinləri pifaqorçuların fəaliyyətindən ehtiyat edərək, bu məktəbi darmadağın etmişdirlər. Pifaqorun da o hadisələrdə öldürüldüyü güman edilir. Ancaq başqa xəbərlərə görə o, baş vermiş hadisələrdən üzülərək özünü aclığa məruz qoyaraq ölmüşdür.
Charles Darwin (1809 – 1882)
Çarlz Robert Darvin ingilis naturalisti və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası. 1859-cu ildə özünün məşhur Növlərin mənşəyi kitabını yazmışdır. Tarixdə iz qoyan məşhur elm adamları və alimlərindən biridir.
Darvin anasını erkən yaşda itirmişdi. O, Edinburq Universitetində tibb üzrə təhsil alsa da, istəyi olmadığına görə yarımçıq qoyur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olur. Universiteti bitirdikdən sonra 1831-ci il dekabrın 27-də “Biql” gəmisində təbiətşunas kimi səyahətə çıxır. O, səyahətinin nəticələrini 1839-ci ildə “The Journal of a Naturalist”, 1840-ci ildə “Zoology of the Voyage on the Beagle”, 1842-ci ildə “The Structure and Distribution of Coral Reefs” və s. əsərlərində nəşr etdirir.
1858-ci il iyulun 1-də Qrey, Layley və Hukerin dəstəyi ilə Darvin öz “Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması” (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərini Londonda Linyen cəmiyyətinə təqdim edir. 1859-cu ilin noyabrında həmin əsəri nəşr etdirir.
Çarlz Robert Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daun sindromundan vəfat etmişdir. Vestminster abbatlığında (Westminster Abbey) dəfn olunmuşdur.
Aristotel (e.ə. 384 – 322)
Aristotel Qədim yunan filosofu və ensiklopediyaçı alimi, Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisidir. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman “Staqirit” deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Albert Einstein (1879 – 1955)
Albert Eynşteyn alman fiziki; nəzəriyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatıdır. Almaniyada (1879–1893, 1914–1933), İsveçrədə (1893–1914) və ABŞ-da yaşayıb (1933–1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü olub. Tarixdə iz qoyan məşhur elm adamları və alimlərindən biridir.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. “Xirosima” və “Naqasaki” faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Tədqiqatları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında “Kopli Nişanı” (1925) və “Franklin Nişanı” (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatına layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.
Nisbilik nəzəriyyəsi və xüsusilə, cisimlərin Kütlə və enerjinin ekvivalentliyi arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.
1999-cu ildə “Time” jurnalının keçirdiyi səs sorğularına əsasən “Əsrin adamı” və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə “Eynşteyn” adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.
Alan Turing (1912 – 1954)
Alan Metison Türinq informatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri və London kral cəmiyyətinin üzvü idi. Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd “Türinq hesablama maşını”, alqoritm anlayışını formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur. Tarixdə iz qoyan məşhur elm adamları və alimlərindən biridir.
İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökumət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe – Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır).
Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. 1948-ci ildə alim Mançester Universitetinin hesablama laboratoriyasında çalışan Maks Robert Nyumanın yanına işə düzələrək, məşhur “Mançester kompüterlərinin” yaradılmasında ona köməklik göstərmiş, bir müddət sonra isə riyazi biologiya nəzəriyyəsi ilə maraqlanmışdır. Türinq morfogenezin kimyəvi əsası haqqında elmi iş nəşr etdirmiş və ilk dəfə 1968-ci ildə elm aləminə məlum olmuş Belousov-Jabotinski reaksiyası kimi rəqsi hərəkət halında kimyəvi reaksiyanın meydana gəlməsini əvvəlcədən xəbər vermişdir. Süni kompüter intellektinin qiymətləndirilməsi üçün, o, 1950-ci ildə Türinq testinin təcrübədən keçirilməsini təklif etmişdir.
1952-ci ildə “Labuşer düzəlişinə” uyğun olaraq (bu düzəlişə əsasən, homoseksual şəxslər hakimiyyət tərəfindən təqib olunurdular), Alan Türinq “kobud ədəbsizlik” ittihamları üzrə təqsirli bilinmişdir. Türinqə həbs cəzası ilə seksual libidonu boğmaq üçün məcburi hormonal terapiya arasında seçim hüququ verilmişdir. Alim sonuncu variantı seçməyə məcbur olmuşdur. Alan Türinq 1954-cü ildə sianidlə zəhərlənərək ölmüşdür. İstintaq Türinqin intihar etdiyini müəyyənləşdirmişdir, halbuki alimin anası hesab edirdi ki, baş verənlər təsadüfdən başqa bir şey deyildi. Alan Türinq həmçinin “Böyük Britaniyada homofobiyanın ən məşhur qurbanlarından birisi” kimi məşhurlaşmışdır. 2013-cü il dekabrın 24-də Türinq ölümündən sonra Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən əfv olunmuşdur.