Faktlar

Albert Eynşteynin beyni niyə və necə parçalara ayrıldı?

Albert Eynşteyn həyatını dəyişdikdən sonra elm adamları onun zəkasının sirrini öyrənmək üçün beynini araşdırmağı qərara almışdılar. Çünki Eynşteynin beyni bir çox sirri aça bilərdi. Albert Eynşteyn dünyanın indiyədək gördüyü ən parlaq ağıl sahiblərindən biri hesab olunur, çünki onun elmi nailiyyətləri dünyanı və həyata baxışımızı dəyişib.

Karyerası ərzində bir çox bioloq onu bu qədər ağıllı edən məhvumun nə olduğunu, anatomik səviyyədə digər insanlardan nə ilə fərqləndiyini anlamağa çalışıb. Nə qədər kədərli səslənsə də, bu sirri öyrənmək üçün əksəriyyət onun ölümünü gözləyirdi. Eynşteyn artıq beyninə çox diqqət yetirildiyini bilirdi və ailəsinə beyninin öyrənilməsini istəmədiyini bildirmişdi. Onun son arzusu cəsədinin yandırılması və küllərinin gizli şəkildə basdırılması idi.

Eynşteyn 1955-ci ilin aprelində xəstələndi. Brian Burrel 2005-ci ildə nəşr etdiyi “Beyin Muzeyindən Açıqcalar” kitabında Eynşteynin öz ölümünün yaxınlaşdığını qabaqcadan bilməsindən və ətrafındakılara söyləməsindən bəhs edir. 18 aprel 1955-ci ildə Eynşteyn Prinston Xəstəxanasına yerləşdirildikdən bir neçə saat sonra 76 yaşında vəfat etdi.

Dünyanın ən mükəmməl beynini oğurlamaq

Həkimlər onun ölümünün dəqiq səbəbinin nə olduğundan əmin deyildilər, buna görə də patoloq Tomas Harvinin başçılığı onun bədəninin yarılması prosesi təsdiqləndi. Harvey Eynşteynin istəklərini yaxşı bilirdi, lakin ona olan heyranlığı onun Eynşteynin beynini oğurlamasına mane olmadı. Bir neçə gün sonra Harvey həm yarılma prosesinə görə, həm də oğurlanan beyin haqqında istintaqa cəlb olundu.

İstintaqdan sonra Tomas Harvi Albert Eynşteynin oğlu Hans Eynşteynə müraciət edərək elm üçün atasının beyninin incələnməsi üçün icazəsini istədi. Oğlu bu prosesə icazə versə də, Harvi Prinston xəstəxanasındakı işindən qovuldu. Buna baxmayaraq,Harvi analiz etməyə başladığı beyni Eynşteynin zəkasının sirrini tapmaq üçün Filadelfiyaya apardı. Beyini 240 hissəyə bölərək soloid adlanan mayedə saxlayırdı. Onları qorumaq üçün parçaları iki ayrı bankaya toplayıb, qaldığı yerin zirzəmisində saxlayırdı.

Harvinin Eynşteynin beynini bu qədər hissəyə bölməsinin səbəbi onun qədər araşdırmaqda maraqlı olan digər tədqiqatçılarla paylaşmaq istəməsi idi. Nə qədər qəribə səslənsə də, Eynşteynin beyninin bir hissəsi paketlə bütün dünyaya göndərilmişdi. Harvi hər nə qədər beynin öyrənilməsində maraqlı idisə, onun xanımı qorxduğu üçün yoldaşının bu beyindən qısa müddət ərzində qurtulmasını istəyir, onu təhdid edirdi. Burrell kitabında bu məsələ ilə bağlı belə yazırdı:

“O, bir müddət Kanzas ştatının Viçita şəhərində bioloji sınaq laboratoriyasında tibbi nəzarətçi kimi çalışdı və beyni pivə soyuducusunun altında gizlədilmiş şərab qutusunda saxladı. Daha sonra Harvi Missuri ştatının Veston şəhərinə qayıtdı və beyni öyrənərkən boş vaxtlarında tibblə məşğul oldu. Ancaq üç günlük ixtisas imtahanından kəsilərək 1988-ci ildə tibb lisenziyasını itirdi.”

Eynşteynin beyninin neçə hissəsinin hara göndərildiyi barədə heç bir qeyd yoxdur. Bəzi parçalar böyük hissələrə ayrılmış, digər parçalar isə mikroskop altında yaxından araşdırıla bilməsi üçün incə kəsilmişdi.

Eynşteynin beyni həqiqətən də fərqli idimi?

Harvinin beyni oğurlayıb özü kimi digər pərəstişkarları ilə paylaşmasının yeganə səbəbi Eynşteynin zəkasının arxasında bir sirrin olub-olmadığını öyrənmək idi. 1985-ci ildə Harvi və onun beyin analizləri üzrə digər əməkdaşları “Eynşteynin beyni adi beyindən əhəmiyyətli dərəcədə fərqlənmədiyi” qənaətinə gələn ilk araşdırmanı dərc etdilər. Bu məqalədən sonra Eynşteynin beynində əlavə hüceyrələr olması ilə əlaqədar fərqlənən tədqiqatlar da aparıldı.

Ancaq bu araşdırmalar, zəkanın beynin anatomiyası ilə heç bir əlaqəsi olmadığını bildirən sahə mütəxəssisləri tərəfindən çox tənqid edildi. Həmçinin, Eynşteynin beyni 30 ildən çox müddət ərzində duzlu suda olduğu üçün əldə olunacaq məlumatların doğru olacağına şübhə edirdilər. Digər qrup elm adamları isə Eynşteynin beyninin hissələrinin araşdırılmasının tərəfdarı idi. Onlara görə bu təcrübələr beynin hansı hissəsinin zəkanı inkişaf etdirdiyini üzə çıxara bilərdi.

Bunlarla kifayətlənməyən Harvi 1996-cı ildə başqa araşdırm üçün Alabamadan Britt Anderson adlı bir alimlə əməkdaşlıq etdi. Bu araşdırmada beynin prefrontal korteksində yerləşən neyronları saydılar. Nəticədə Eynşteynin beyninin digər insanlardan fərqlənmədiyi üzə çıxdı və fərqlilik tapılmadı.

1999-cu ildə nəşr olunmuş başqa bir məqalədə Harvi Eynşteynin beyninin parçalanmamış və zədələnməmiş nadir fotoşəkilini paylaşmışdı. Bu məqalədə o, Eynşteynin parietal lobunun bir hissəsinin riyazi qabiliyyətlə əlaqəli anormal qatlanma modelinə malik olduğunu qeyd etmişdi. Həmçinin qeyd olunmuşdu ki, Eynşteynin parietal lobları digər beyinlərdən 15 faiz daha böyük və simmetrikdir.

Əvvəl olduğu kimi bu araşdırmalar da tənqidə məruz qaldı, lakin bu dəfə beyin oğurlandığı üçün deyil, anatomik baxımdan Eynşteynin beyninin xüsusi olmadığı üçün idi. Bununla bağlı başqa bir araşdırma 2014-cü ildə bir neçə nevroloq tərəfindən də aparılmışdı.

Bütün bu araşdırmaların ortaq nöqtəsi var idi. Tədqiqatlar daha qabaqcıl avadanlıq və yeni nəzəriyyədən istifadə etsə də, əvvəlki tədqiqatların nəticələrini təkrarladığı üçün yeni nəticə vermirdi və təbii ki, elm adamları tərəfindən akademik tənqid olunurdu. Bəlkə də zəkanın beynimizdən çox şüurumuzla əlaqəsi var, kim bilir?

Tomas Harvi 2007-ci ildə vəfat edib. Ölümündən əvvəl o, Eynşteynin beyninin qalan hissəsini Milli Sağlamlıq və Tibb Muzeyinə bağışlamışdı. Nümunələrdən bəziləri bu gün Filadelfiyadakı Mütter Muzeyində nümayiş etdirilir. Daha maraqlısı odur ki, Eynşteynin beyninin bəzi hissələri hələ də tapılmayıb və hər yerdə ola bilər.

Eynşteyn barədə daha çox oxuyun 👉🏻 Albert Eynşteyn ölümündən sonra miras qoyduğu sirr

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button