Texnologiya

Refurbished telefon nədir və almaq olarmı?

Refurbished telefon nədir?

Termin olaraq bu sözə nəzər yetirdikdə, istehsaldan sonra istifadə zamanı baş vermis hər hansı texniki və ya fiziki zərərə görə bərpa olunması üçün zavoda geri göndərilən cihaz kimi bir izah ilə qarşılaşırıq. Amma sadəcə zərəri olan telefonlara reburfished telefon deyilmir. Bəzən hər hansı istifadəçinin bağladığı müqaviləyə əsasən geri qaytardığı telefon da reburfished adlanır. Satışa çıxarılmazdan öncə bütün refurbished telefonlar ciddi yoxlanılmadan keçirilir və tam bərpa olunaraq yola salınır.

Refurbished telefonlarla normal telefonlar arasındakı fərqlər nələrdir?

Nəzəri cəhətdən hər iki telefon arasında həm daxili sistem, həm də fiziki detal olaraq fərq yoxdur. Fərqlər telefonun kassasında bir sıra cızıq və əziklərlə bilinə bilər. Hər iki telefonun sistemi eyni olur və versiyadan asılı olaraq telefon performans göstərir. Məsələn, normal telefonda olan Android və ya iOS versiyası ilə eyni olan refurbished telefon arasında nə sürətdə, nə performansda, nə kamerasında, nə batareya ömründə çox kiçik belə fərq olmur. Ən böyük fərqlər qutulaşması, qiyməti və gövdəsində olan fiziki qüsurlardır. Bu qüsurlar isə telefonun hansı cəhətdən reburfished olunmasından asılıdır. Refurbished telefonların imei kodları fərqli deyil, yəni ilk seriya telefonlar arasında belə reburfished olunmuş telefonlar mövcuddur.

Refurbished olunmuş telefonların üstün və mənfi cəhətləri

Refurbished olunmuş telefonların normal telefonlardan heç bir fərqi yoxdur. Amma hər bir halda onların da üstün və mənfi cəhətləri vardır.
Üstün cəhətləri:

  • Bu telefonlar hər hansı bir səbəbdən istehsalçıya geri göndərilir və istehsalçı daha dəqiq, keyfiyyətli yoxlamalar ilə onu bərpa edib satışa buraxır. Bu o deməkdir ki, refurbished telefonlarda sonradan problem yaranma ehtimalı normal telefonlardan daha azdır.
  • Bu telefonlar normal telefonlardan daha ucuz olur. Əgər siz brend şirkətlərin telefonlarına üstünlük verirsinizsə, onda bu sizin cibinizə daha uyğundur. İri şirkətlərdən biri olan Apple öz saytında bu tip telefonların satışını həyata keçirir. Hətta saytında mövcud olan telefonların yeni telefonlardan heç bir fərqi olmur. Bundan başqa Amazon, Ebay kimi müxtəlif saytlardan da reburfished telefonları uyğun qiymətə tapa bilərsiniz.
  • Refurbished telefonlara verilən zəmanət digərlərindən fərqli olur. Belə ki, əgər yenidən problem yaranarsa, istifadədən asılı olmayaraq ya yenisi ilə əvəz edilir, ya da tam ödəniş geri qaytarılır.

Mənfi cəhətləri:

  • Refurbished olunma səbəbindən asılı olaraq qutusu normal telefonlardan fərqli ola bilər. Belə ki, qutudan hər hansı əlavə detal çıxmaya bilər. Bu əsasən qulaqcığın olmaması ilə müşaiyət olunur. Lakin belə hallar daha çox cihazın bəyənilməyərək geri qaytarılması halında baş verir. Bu mobil operatorlarla bağlanan müqavilələrdən asılıdır.
  • Cihazın gövdəsində cızıq və ya kiçik əzikliklər ola bilər.

Refurbished olunmuş telefon almaq olarmı?

Refurbished telefonlar büdcə üçün çox sərfəlidir. Satılma mənbələrinə diqqətlə nəzər yetirməklə reburfished telefonlar almaq olar. Rəsmi saytlardan alınan telefonların yenidən fərqi olmur və bütün funksiyaları tam işləyir. Bəzi hallarda reburfished telefonlar normal telefonlardan daha sürətlə satılır. Təbii ki, bu da markadan asılıdır.

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button