Texnologiya
Trend

Blokda olan vəsait və gözləmə müddəti

Kredit və debet kartı əməliyyatları üçün vəsaitin bloklanması, ticarətlə məşğul olan tərəflər (satıcılar) üçün dələduzluq, chargeback (kart sahibinin onlayn həyata keçirilən kart əməliyyatına qarşı etirazıdır) və lazımsız geri ödəmələrdən qorunmaq üçün ağıllı, etibarlı və asan bir yoldur. Bankçılıq dilində vəsaitin bloklanması avtorizasiya gözləməsi adlanır. Kartla ödəniş qəbul edən bir çox satıcı avtorizasiya gözləməsinin müsbət tərəflərindən faydalanır, lakin bu bəzən müştəri narazılığına da səbəb ola bilir.

Bank Card Background Photos, Vectors and PSD Files for Free Download | Pngtree

Avtorizasiya gözləməsi nədir?

Avtorizasiya gözləməsi, icazə üçün icrada olan məbləğə qoyulan bir gözləmədir. Satıcılar müəyyən bir əməliyyat zamanı pul vəsaitini müvəqqəti bloklamaq üçün icazə sənədlərindən istifadə edir və bununla da kredit və ya debet kartı vasitəsi ilə edilən alış-veriş üçün ödənişin həyata keçəcəyinə əmin olurlar. Bu prosesi anlamaq üçün bir az arxa fonda nələr baş verənləri başa düşməyə ehtiyac var.

Ödəniş kartı əməliyyatının tamamlanması iki mərhələdən ibarətdir: 1) alqı-satqı icazəsi, yəni avtorizasiyası və 2) əməliyyatın icrası. Avtorizasiya prosesi bankın satıcıya alış üçün vəsaitin mövcud olduğunu söyləmək üsuludur.

Sizə maraqlı ola biləcək yazı:

Bitcoin uğurlu olarsa, nə baş verər?

Bir müştəri kredit və ya debet kartı ilə ödəmə etdikdə, satıcı, kart sahibinin bankı ilə sistem üzərindən əlaqə saxlayır və icazə tələb edir. Bankın icazə tələbinə cavabı, satıcıya necə davam etməli olduğunu bildirir. Mümkün cavablara daxildir – əməliyyat üçün kifayət qədər vəsait var və ya yoxdu, kart mümkündür ki, oğurlanıb və ya itirilib, əməliyyatın icrasında qeyri-müəyyən problem yaşanır, pin kod yalnış daxil edilib, kartın istifadə müddəti bitib və s.

İcazə sorğusu təsdiqlənərsə, satıcı sadəcə əməliyyatın icrası üçün gözləyir. Bununla yanaşı, satıcılar kart sahibinin hesabına avtorizasiya gözləməsi də tətbiq edə bilərlər. Bu gözləmə, əməliyyatı tamamlamaq ərəfəsində kart sahibinin vəsaitini müvəqqəti azaldır.

 Xülasə olaraq, addım-addım avtorizasiya gözləməsi necə baş verir :

  1. Kart sahibi alış-veriş üçün kartından istifadə edir.
  2. Satıcı tərəf kart sahibinin bankına icazə sorğusu göndərir.
  3. Emitent bank əməliyyatı təsdiqləyir və avtomatik olaraq vəsaiti bloklayır.
  4. Satıcı əməliyyatın icrası üçün hazır olduğunu banka bildirir.
  5. Emitent bank vəsaiti müvəqqəti blokdan azad edir və
  6. Satınalmanın son dəyəri müştərinin hesabından satıcının hesabına köçürülür.

Proses bu qədər sadə olsa idi, icazə müddətinə ehtiyac qalmazdı. Ancaq reallıq ondan ibarətdir ki, vəsaitin köçürülməsi, yalnız satıcı bir neçə gün çəkə biləcək sistem məlumatlarını banka təqdim etdikdən sonra baş tutur. Yəni, yalnız həmin məlumatlar banka təqdim edildiyi halda satıcı əməliyyatın icrası üçün hazır hesab olunur. Bu proses bankçılıq dilində klirinq adlanır.

* Klirinq – hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.

İcazə üçün gözləmə müddəti

Ümumiyyətlə, icazə müddəti aşağıdakı dəyişkənlərdən asılıdır:

  • Kart markası (Mastercard®, Visa®, və s.)
  • Satıcı müəssisənin təsnifat kodu (MCC)
  • Emitent bankın tələbləri
  • İstifadə olunan kart növü (kredit və ya debet)
  • Ödəniş metodu (tək satış və ya təkrarlanan əməliyyat)
  • Əməliyyat növü
  • Satın alınan məhsullar və ya xidmətlər

Debet kartı üzrə əməliyyatlar bir ilə səkkiz iş günü arasında blokda ola bilər; kredit kartı üzrə əməliyyatlar üçün gözləmə bir aya qədər davam edə bilər.

Oxşar yazılar

Back to top button