Texnologiya

TechArc: Faydalı vebsaytlar #1

Bu yazımızda sizə bizim də istifadə edib yararlandığımız faydalı saytlardan bir neçəsindən bəhs edəcəyik. Dünyada hökm sürən pandemiya nəticəsində insanlar öz işlərini və inkişaflarını artıq evdən həll etməyə başladılar. Hazırda vebdə milyonlarla fəaliyyət göstərən sayt var. Bunların arasından faydalı olanları seçmək, tapmaq, istifadə etmək və faydalanmaq təbii ki, çətindir. Sözü daha çox uzatmadan, keçək veb saytların siyahısına.

Takemeback

Bu veb sayt sizi virtual olaraq keçmişə aparır. Sayta daxil olduqdan sonra istədiyiniz ili müvafiq xanaya daxil etməklə həmin ildə baş vermiş bütün önəmli hadisələr haqqında məlumatlar əldə edə bilərsiniz. Sayt demək olar ki, mövcud bütün sahələrdə baş vermiş yeniliklərin bütün siyahısını təqdim edir.

Sayta buradan keçid edə bilərsiniz.

Bookseer

Bu veb sayt sizə zövqünüzə uyğun kitab seçimləri etməyinizə yardımçı olur. Lakin saytın işləmə mexanizmi fərqlidir. Hal hazırda oxuduğunuz və ya oxuyub bitirdikdən sonra eyni süjet xəttində olan kitablar barədə təkliflər görmək istəyirsinizsə, bu sayta daxil olmaqla oxuduğunuz kitabın adını və müəllifini qeyd etdikdən sonra sayt sizə növbəti kitab seçimləri barədə siyahı çıxarır. Buradan isə istədiyiniz kitabı seçib, əldə edib oxuya bilərsiniz.

Sayta buradan keçid edə bilərsiniz.

My Vocabulary Size

Adından da göründüyü kimi bu sayt sizin ingilis dilindəki lüğətinizi test etməyinizə şərait yaradır. Saytın interfeysi və testləri olduqca sadədir və yorucu deyil. Bundan başqa saytda bir sıra tapşırıqlar mövcuddur. Bu tapşırıqlar vasitəsilə lüğətinizi daha da möhkəmləndirə bilərsiniz. Qrammatikaya gəldikdə isə saytda hər hansı bir sözün cümlədə necə istifadə olunmasına dair bölmə də yerləşdirilib. Sözün cümlədə istifadə oluna bilinəcək bütün versiyalarını həmin bölmədən görə bilərsiniz.

Sayta buradan keçid edə bilərsiniz.

Remove Background

Bəzən şəkillərdən arxa fonu silmək gərəkli olur və buna görə uyğun proqram axtarışına keçirik. Və ya photoshop proqramını öyrənməyimiz lazım olur. Bu sayt vasitəsilə photoshop biliyi olmasa belə asanlıqla şəkillərinizdən arxa fonu silə bilərsiniz. Saytın interfeysi və istifadəsi olduqca rahatdır.

Sayta buradan keçid edə bilərsiniz.

My Noise

Bəzən yazı yazarkən, iş görərkən və ya sosial şəbəkələrdə xəbərləri oxuyarkən arxa fonda musiqi deyil, müxtəlif təbiət səsləri eşitmək istəyirik. Bu veb sayt məhz bu xüsusiyyəti ilə fərqlənir. Saytda külək səsindən dalğa səsinə qədər bir çox təbiət hadisələrinin səsləri yerləşdirilib. İşləyərkən həm diqqətinizi cəmləmək, həm təbiəti hiss etmək, həm də yorulmadan produktivliyinizi artırmaq istəyirsinizsə, o zaman bu sayt sizin üçün ideal seçimdir.

Sayta buradan keçid edə bilərsiniz.

Bizi Telegramda izləməyi də unutmayın 👉🏻 t.me/sciencearc

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button