Ay haqqında indiyə qədər səsləndirilmiş 10 qəribə nəzəriyyə
Bəşəriyyət özünü dərk etməyə başladığı andan etibarən sərhədlərini aşmağa çalışır. İlk addımlarını Ayı kəşf etməklə başladı. Ay ilə bağlı ən məşhur hadisə Apollon missiyasıdır. Həmin missiyanın nəticəsində Ayın süxurları Dünyamıza gətirildi və öyrənilməyə başlanıldı. Ancaq Ay ilə bağlı tarix boyu yüzlərlə konspirasiya nəzəriyyələri mövcud olub. Kosmos, kainat və ya səma elmləri ilə maraqlanmasanız belə Ay haqqında müxtəlif ideyaların səsləndirildiyinə yəqin ki şahid olmusunuz. Bu yazımızda həmin konspirasiya nəzəriyyələrini dəyərləndiririk.
1. İkinci Dünya müharibəsindəki bir nəzəriyyəyə görə Ayda Nazi bazası var idi.
II Dünya Müharibəsi bitdikdən sonra Nazilər barədə müxtəlif fikirlər səsləndirilməyə başlandı. Onlardan ən məşhuru Nazi elminin yüksək dərəcədə inkişaf etməsi və Aya rejimin astronovtlarının göndərilməsi idi. Hətta daha sonralar Ayda həqiqətən Nazi bazasının olması və Adolf Hitlerin də əslində ölmədiyi, bu bazada gizləndiyi haqqında söyləntilər artmışdı.
2. 2016-nın Yaşıl Ayı
Bu konspirasiya nəzəriyyəsi olduqca yaxın tarixdə ortaya atılmışdı. Bir iddiaya görə 20 aprel 2016-cı ildə Ay yaşıl rəngdə parlayacaqdı. Buna səbəb kimi həmin gün bir neçə planetin eyni istiqamətdə sıralanması göstərilirdi. Ancaq təbii ki, bu baş vermədi. Yeri gəlmişkən, bu günü bəzi insanlar marixuana günü (happy 420) olaraq qeyd edirlər. Buna görə həmin gün Ayı yaşıl rəngdə görmək olardı.
3. Dolun Aya baxsaq, dəli ola bilərik
Məşhur inanca görə dolun ay insanların sağlamlığına müxtəlif yollarla təsir edir: onlar yata bilmirlər, zehni olaraq qeyri-sabit olurlar və ya ağıllarını itirirlər. Hətta incanca görə dolun aya uzun müddət diqqətlə baxsaq, dəli ola bilərik və heç vaxt sağala bilmərik. Bu inanclar insanlar arasında əsrlərdir ki, var və indiyə qədər də davam edir. Əslində isə bu nəzəriyyəni təsdiqləmək üçün bir sıra araşdırma aparılsa da, nəticədə bunun əksi sübut olundu.
4. Ayda yaşayan Yarasa qanadlı bir insan irqi?
1835-ci ildə New York Sun tərəfindən ortalığa çox qəribə iddia atıldı. O dövrlərdə bu qəzet ən çox oxunan qəzetlərdən biri idi. Qəzetin yayımladığı məqalədə Ayda yarasa qanadlı insan irqinin olduğuna dair ciddi dəlillər olduğu qeyd olunurdu. Həmin qəzetdəki yazıya görə bu iddia o zamanların məşhur astronomu olan John Herschel tərəfindən irəli sürülmüşdü. Bir ay sonra qəzet Ay haqqında yayımladıqları bu xəbərin yalan olduğunu etiraf etdi, ancaq bu yalan qəzeti daha da populyarlaşdırmışdı. İnsanların həqiqətləri deyil, konspirasiya və uydurma yazıları oxuduqlarını ortaya çıxarmışdı.
5. Yer kürəsi Ayı yaratdı
Bu barədə hələ qızğın debatlar mövcuddur. Əlbəttə ki, bu iddialara konspirasiya nəzəriyyələrindən çox fərqlidir, çünki Ayın Yerdən ayrılan parçalar nəticəsində yarandığına dair ciddi araşdırmalar aparılır. Bəzi yazarlar bu araşdırmaların sürrealistik olduğuna inanır. Bu iddianı səsləndirən insan George Darwin idi. Onun nəzəriyyəsinə görə Ay Yerdən ayrılan parçalar və materiallar nəticəsində yaranıb. Burada maraq doğuran əsas məqam ayrılan bu parçanın Yerin ətrafında özünə necə yer tapmasıdır, xüsusilə çox yüksək hədlərdə dönən Yer kürəsini nəzərə aldıqda. Bu nəzəriyyə məqbul sayılacaq iddialar arasından çıxarılın, ancaq 2010-cu ildə aparılan araşdırmalarda məlum olub ki, təbii nüvə partlayışı qayanı kosmosa qədər fırlada bilər.
6. Ay boşdurmu?!
Bu nəzəriyyə XX əsrin əvvəllərində elmi-fantastik kitablarda görünməyə başlanmışdı, ancaq geniş şəkildə XX əsrin 70-ci illərində müzakirə olunmağa başlandı. Sovet alimləri düşünürdü ki, Ay içi tamamilə boş olan yadplanetli gəmisidir. Təbii ki, bu düşüncənin cəmiyyətdə sonradan necə təsir göstərdiyini təxmin etmək çətin deyil.
Sizə maraqlı gələ biləcək yazı: Kainatın gizli kəşfiyyatçıları: Voyager kosmik cihazlar
7. Ay boş deyil, ancaq holoqram ola bilər
Bu iddianın başlanğıcı haqqında məlumat yoxdur, ancaq kifayət qədər dəstəkçisi var. Həqiqətən bəzi insanlar inanır ki, Ay əslində mövcud deyil, o, səmada gözümüzə görünən holoqramdır. This particular theory has unknown origins but a fair number of supporters. Yes, some truly believe that the Moon is nothing more than a hologram. Mövzu ilə bağlı araşdırma aparan astronomlardan biri hətta iddia edirdi ki, biz əslində gerçəklikdə yaşamırıq. Ona görə Ay həqiqətən holoqram ola bilər. Həmin məqaləni buradan oxuya bilərsiniz. Digər nəzəriyyəyə görə isə Ay sadəcə tam şəkildə göründüyü zaman holoqram olur. Hətta inanclara görə yadplanetlilər öz işlərini gizlətmək üçün Ayı səmada holoqram olaraq istifadə edirlər.
9. Ayda Yadplanetli Kosmos Stansiyası?
Bəşəriyyət aya qədəm basdığı andan etibarən bu haqda çox fikirlər səsləndirildi, suallar verildi. Ancaq elm adamları bunun mümkün olmadığını vurğulasalar da, bəzi astronavtlar orada yadplanetli stansiyası gördüyünü iddia etmişdi. Deyim mümkündürsə, medalın hər iki üzünün ciddi sayıla biləcək arqumentləri var, lakin yadplanetlilər haqqında rəsmi olaraq varlığını təsdiqləyəcək sübut və ya dəlil yoxdur. Bəlkə yaxında onlar haqqında məlumatlar əldə edə bilərik.
10. Dolun Ay təbii fəlakətlərə səbəb olur
Bir çox insanın inancına görə dünyada baş verən təbii fəlakətlərin səbəbi dolun aydır. Bu iddialara görə dolun ay Yerə yaxın olduqda daha böyük olur və nəticədə bir sıra fəlakətə səbəb olur. Bu zaman cazibə qüvvəsi daha da güclənir, ancaq araşdırmalar sübut edib ki, Ayın Yerə yaxınlaşdığı anlarda təbii fəlakətlərin baş verməsi Aya görə deyil.
Yazılarımızdan dərhal xəbər tutmaq üçün teleqram kanalımıza abunə olmağı unutmayın: https://t.me/sciencearc