Texnologiya

Tech Arc: Faydalı tətbiqlər #1

Bu gün mobil cihazlar gündəlik həyatımızda xüsusi rola malikdir. Demək olar ki, bütün işlərimizi mobil cihazlar vasitəsilə həll edirik. Ona görə də tətbiq bazarında sonsuz sayda mobil tətbiqlər var. Ancaq bu qədər tətbiqin arasından bizə faydalı olanları tapmaq çox çətindir. Bu yazımızdan etibarən sizə test edib, təcrübədən keçirdiyimiz faydalı proqramlar barədə məlumatlar verəcəyik. Elə isə başlayaq.

Monefy

Bu tətbiq şəxsi finans işləri üçün ən mükəmməl tətbiqlərdən biridir. Pulunuzu necə xərclədiyinizə nəzarət etmək üçün tətbiq sizə bir çox imkanlar təklif edir. İstədiyiniz qədər hesab yaradıb, hər hesaba uyğun xərclərinizi qeyd edə bilirsiniz. Tətbiqin özünün avtomatik kateqoriyaları vardır, lakin sizin xərclərinizi əhatə edən kateqoriya yoxdursa, yeni kateqoriya yaratmaq mümkündür. Tətbiqdə xərcləri günlük, həftəlik, aylıq və ya illik olaraq daxil edə bilirsiniz. Bundan başqa tətbiqdə demək olar ki, dünyanın bütün məzənnələri yer alır, Azərbaycan manatı da daxil olmaqla. Tətbiqi istədiyiniz formada özəlləşdirmək üçün tənzimləmələr bölməsində kifayət qədər seçim vardır.

Qeyd: Tətbiqin bütün imkanlarından yararlanmaq üçün ödənişli versiyanı almağınızı məsləhət görürük. Tətbiqi yükləmək üçün:

Flipboard

Dünyanın bütün xəbər portallarında yer alan xəbərləri sizin seçdiyiniz kateqoriya və maraq dairənizə uyğun olaraq sıralayan tətbiqdir. Tətbiqin ilk səhifəsi sizin seçdiyiniz kateqoriyalar üzrə xəbərləri təsadüfi şəkildə sıralayır. Daha sonrakı səhifələrdə isə artıq sizə sırf xüsusi sahə üzrə maraqlı olan xəbərləri yerləşdirə bilərsiniz.

Tətbiqi yükləmək üçün:

Walli

Bu tətbiq bazarda ən gözəl ekran rəsmlərinin olduğu tətbiqlərdən biridir. Mobil cihazlarınız üçün bir birindən maraqlı, kreativ, rəngli və zövqlü şəkillərdən ödənişsiz olaraq istifadə edə bilərsiniz. Şəkil kitabxanası olduqca genişdir. Bundan başqa açar sözləri axtarışa verməklə ona uyğun ekran rəsmlərini də endirə bilərsiniz.

Tətbiqi yükləmək üçün:

Bizi izlədiyiniz üçün təşəkkür edirik. Telegram kanalımızı izləmək üçün: 👉🏻 t.me/sciencearc

Azimoff

Academic researcher, writer, blogger

Oxşar yazılar

Back to top button